“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat şəbəkəsinin tikintisinə 2026-cı ildə başlanılacaq.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfəri zamanı bildirib."Hazırda biz amerikalı həmkarlarımızla TRIPP nəqliyyat şəbəkəsinin inkişafı layihəsinin ümumi şərtləri ilə bağlı intensiv danışıqlar aparırıq. “TRIPP Company” şirkəti dəmir yolları və avtomobil yollarının, neft və qaz kəmərlərinin, həmçinin fiber-optik kabellərin zəruri infrastrukturunu inkişaf etdirmək hüququna malik Ermənistan-Amerika birgə müəssisəsi olacaq. Biz layihənin mərhələlərlə reallaşmasına gələn il başlayacağıq”, - deyə Paşinyan qeyd edib.
ZÜMRÜD