Ermənistan Parlamentinin sədri Simonyan Bakıda “3+3” formatında keçiriləcək görüşdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etməyib.
"Heç bir regional formatdan kənarda qalmağın, iştirak etməməyin düzgün məntiq olduğunu düşünmürəm və Bakıda keçirilməsi planlaşdırılan hər hansı tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakını istisna etmirəm. Hesab edirəm ki, bu regional vəziyyətdə artıq mübahisəli məsələ deyil. Hər hansı problem olarsa, onları qaldıracağıq. Lakin iştirak etməmək, məncə, sadəcə olaraq qəbuledilməzdir” - deyə Simonyan jurnalistlərə bildirib.
TAHİR