Ermənistan spikeri Alen Simonyan, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsinin delimitasiya olunacağını açıqlayıb.
“Deməliyəm ki, bəzi məsələlərdə biz, bəzi məsələlərdə isə Azərbaycan tərəfi tələsir, lakin proses davam edir və düşünürəm ki, yaxın vaxtlarda sərhədin hansısa hissəsini delimitasiya edəcəyik” - deyə Simonyan Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir çərçivəsində keçirilən brifinqdə qeyd edib.
Erməni spiker prosesin gələn ilin birinci rübündə baş tuta biləcəyini deyib.
ZÜMRÜD