Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Əli Abbasovun mandatına xitam verilməsi məsələsi qaldırılıb. APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının iclasında məsələ müzakirə olunub.
Komissiya bununla bağlı Ali Məcıisə müraciət olunması barədə qərar qəbul edib.
Məsələ Ali Məclisin iclasında müzakirə olunacaq.
Qeyd edək ki, deputat Əli Abbasovun adı bir müddət öncə məhkəmə işində hallanıb. Həmiş iş üzrə tərəflər arasında barışıq əldə olunub, işə xitam verilib.
Əli Abbasov Şərur rayonu 4 saylı Yengicə seçki dairəsi üzrə deputat seçilib. O, Ali Məclisin iqtisadi- siyasət komitəsinin üzvüdür.