çərşənbə axşamı günü, 11 avqust 2026
     

Azərbaycanın qlobal mövqeyinin ideoloji əsasları azərbaycançılıq üzərində qurulur...

Image


Azərbaycan xalqının tarixi, mədəniyyəti və dövlətçilik ənənələri əsrlər boyu müxtəlif çağırışlarla qarşı-qarşıya qalıb. Bu hal günümüzdə də özünü qabarıq şəkildə büruzə verir. Toplanan tarixi təcrübə içində xalqın varlığını, birliyini və inkişafını təmin edən əsas ideoloji dayaqlardan biri məhz azərbaycançılıq ideyasıdır.

Azərbaycançılıq təkcə milli kimliyi ifadə edən bir anlayış deyil, həm də dövlətçilik fəlsəfəsini, ictimai həmrəyliyi və müasir inkişaf strategiyasını müəyyənləşdirən konsepsiyadır. Bu ideya Azərbaycan xalqının mədəni, siyasi və mənəvi dəyərlərini qorumaqla yanaşı, qloballaşan dünyada ölkənin tərəqqisini təmin edən başlıca faktorlardan biri kimi çıxış edir.

Gələcəyə yönəlmiş strateji inkişaf konsepsiyası

Hazırda qloballaşma prosesi olduqca dinamik inkişaf edir. Bu şəraitdə Azərbaycanın öz yerini və mövqeyini qoruması üçün azərbaycançılıq əsas ideoloji sütundur. Azərbaycan prezidenti İlham Əliyevin AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alan fikirlər fonunda da bunu görmək mümkündür. Burada qeyd olunan fikirlər ölkəmizin postmünaqişə dövründə regional və qlobal xarici siyasət kursunun əsas prioritetlərini bir daha aydın şəkildə ortaya qoyur. Suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra Azərbaycanın təşviq etdiyi sülh gündəliyi artıq təkcə region üçün deyil, beynəlxalq münasibətlər sistemi üçün də yeni imkanlar yaradır. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik müstəvisində ölkəmizin rolunu gücləndirir.

Dövlət başçısının müraciətdə nəzər saldığı məqamlardan biri də sülh gündəliyi ilə bağlıdır. Məsələ burasındadır ki, ölkəmizin təşviq etdiyi sülh gündəliyi təkcə münaqişədən sonrakı sabitliyi təmin etmir, eyni zamanda, regional əməkdaşlıq və iqtisadi inteqrasiya üçün qlobal perspektivlər açır. Bundan əlavə, prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində Azərbaycanın xarici siyasətinin yeni mərhələsinin konturları bir daha vurğulanır. Azərbaycanın regional təşəbbüsləri həm Avropa, həm Asiya, həm də Yaxın Şərq ölkələrinin maraqları ilə uzlaşdığı üçün beynəlxalq dəstəyin artacağı gözlənilir. Beləliklə, ölkəmiz təkcə Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının təhlükəsizlik və inkişaf xəritəsində mühüm aktora çevrilir. Qeyd edildiyi kimi isə bunun ideoloji əsasları azərbaycançılıq ideyası üzərində qurulur. Bundan əlavə, bəllidir ki, azərbaycançılıq anlayışı, ilk növbədə, azərbaycanlıların milli kimliyini, mədəni irsini, tarixi ənənələrini və dilini qorumaqla bağlıdır. Bu ideya eyni zamanda tolerantlıq, çoxmədəniyyətlilik, dini və etnik müxtəlifliyə hörmət prinsiplərini özündə birləşdirir. Azərbaycanda müxtəlif xalqların və konfessiyaların sülh və qarşılıqlı hörmət şəraitində yaşaması, milli birliyin möhkəmlənməsi azərbaycançılıq fəlsəfəsinin ən mühüm nəticələrindən biridir. Azərbaycançılıq həm də Vətən sevgisini, dövlətçilik ənənələrinə sədaqəti və xalqın milli maraqlarını üstün tutmağı ifadə edir. Bu baxımdan, o, yalnız tarixi yaddaşın qorunması deyil, həm də gələcəyə yönəlmiş strateji inkişaf konsepsiyasıdır. Qeyd edək ki, müstəqillikdən sonra Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. 2016-cı ilin “Multikulturalizm ili” elan olunması, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, mədəniyyətlərarası dialoq forumlarının keçirilməsi Azərbaycanın bu sahədə beynəlxalq nüfuzunu artırıb. Dövlət siyasəti bütün etnik və dini icmaların hüquqlarını qorumağa, onların azad fəaliyyətinə şərait yaratmağa yönəlib. Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələri bu gün də cəmiyyətin gündəlik həyatında özünü göstərir. Müxtəlif etnik qruplar və dini icmalar ölkənin siyasi, iqtisadi və mədəni həyatında bərabər şəkildə iştirak edirlər. İnsanlar arasında milli və dini fərqlərdən daha çox, ortaq vətən sevgisi və azərbaycançılıq ideyası ön plana çıxır.

Beynəlxalq münasibətlərdə azərbaycançılıq ideyasının rolu

Azərbaycançılıq ideyası ölkənin xarici siyasətində də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dünyada özünü sülhsevər, əməkdaşlığa açıq, tolerant və çoxmədəniyyətli bir ölkə kimi təqdim edir. Bu imic Azərbaycançılıq fəlsəfəsinə əsaslanır. Azərbaycan beynəlxalq arenada həm türk dünyası, həm də islam ölkələri ilə əməkdaşlıq edir, eyni zamanda Avropa və digər qlobal güclərlə balanslı siyasət yürüdür. Bu isə milli maraqların qorunması və ölkənin tərəqqisi baxımından mühüm strateji üstünlükdür.

Azərbaycançılıq ideyası xalqlar arasında qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və əməkdaşlıq prinsiplərinə əsaslanır. Bu, Azərbaycanın beynəlxalq arenada dialoq və əməkdaşlıq tərəfdarı kimi çıxış etməsinə şərait yaradır. Azərbaycançılıq həm də vahid milli kimliyi ön plana çəkərək dövlətin maraqlarının beynəlxalq müstəvidə müdafiəsinə imkan yaradır. Bu ideya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqil siyasət aparmaq hüququnun qorunmasında ideoloji əsas rolunu oynayır. Azərbaycan özünü yalnız regional deyil, həm də qlobal miqyasda mədəniyyətlərarası körpü kimi təqdim edir. Bu, ölkənin həm İslam aləmi, həm də Qərb dövlətləri ilə əməkdaşlığında mühüm rol oynayır. Azərbaycançılıq ideyasının verdiyi tolerantlıq və həmrəylik mesajı Azərbaycanın dünyada etibarlı tərəfdaş, multikultural dəyərlərə sadiq dövlət kimi tanınmasına səbəb olur. Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modeli onun etibarlılığını həm də mədəni-humanitar müstəvidə artırır. Bu, müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığa töhfə verir. Beləliklə, azərbaycançılıq ideyası ölkənin milli kimliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması və beynəlxalq nüfuzun artırılması üçün əsas ideoloji dayaqdır. Bu ideya Azərbaycan xalqının birliyini, həmrəyliyini və gələcəyə inamını gücləndirir. Azərbaycançılıq, əslində, həm milli dəyərlərin qorunması, həm də qlobal çağırışlara uyğun modern inkişaf modelidir. Bu ideya Azərbaycanın tərəqqisini təmin edən, xalqın milli kimliyini və dövlətçilik ənənələrini gələcək nəsillərə ötürən ən güclü ideoloji baza olaraq qalmaqdadır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

11.08.2026 / 17:09
ABŞ kəşfiyyatı Rusiyanın NATO-nu parçalaya biləcəyindən danışır...

11.08.2026 / 16:34
QHT Şərurda görüş keçirib

11.08.2026 / 15:16
İrandan Rusiyaya “bibər” yükü aparan maşından 25 kq narkotik çıxdı...

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

10.08.2026 / 21:54
Avropaya anomal istilərin yeni dalğası gəlir…

10.08.2026 / 21:18
Xətai mübahisələri Azərbaycana xaricdən atılıb?...

10.08.2026 / 20:51
8 avqustdan sonra - Türkiyə və Ermənistan daxil yeni hərbi ittifaq ..(?)

10.08.2026 / 20:34
Mümkün ABŞ-İran razılaşmasında ŞOK detal… Hörmüzün açılması üçün 100 milyard – “Tramp müharibəni uduzdu”…

10.08.2026 / 19:59
Azərbaycan-ABŞ münasibətləri 34 illik zirvədə - indi nə lazımdır?

10.08.2026 / 19:41
Vaşinqton sazişinə imza atılmasaydı...Əliyevin Trampa məktubunda eyham...

10.08.2026 / 19:28
İran Trampdan sazişi pozduğuna görə ağır kompensasiya tələb etdi...

10.08.2026 / 19:10
"Dövlət qulluqçularını hədəf alan beynəlxalq kibercinayətkar şəbəkələrin bəzi iştirakçıları müəyyənləşdirilib" - DTX

10.08.2026 / 19:00
Paşinyan sülh üçün Qərbi Azərbaycan mövzusundan imtina istəyir...

10.08.2026 / 18:19
10 milyon manatlıq qanunsuz onlayn mərc şəbəkəsi ifşa edildi - 5 nəfər saxlandı - VİDEO

10.08.2026 / 17:54
Transxəzər Ticarət Fonduna ABŞ-dan 100 milyonlar axmağa başlayır...

10.08.2026 / 17:33
"NATO dağılır, Türkiyə çıxır" - Türkiyə-Səudiyyə-Pakistan sazişinin pərdəarxası...

10.08.2026 / 17:17
14 dövlətin "dəniz ittifaqının" ardınca Pakistan-Türkiyə-Səudiyyə Müdafiə Sazişi niyə imzalandı...

10.08.2026 / 17:12
Rusiya Suriyadakı bazalarına görə Bəşər Əsədi “qaytarır”...

10.08.2026 / 17:06
Avroparlamentdən Ərdoğan iqtidarına sərt sözlər – “...avtokratik bir addımdır”

10.08.2026 / 16:30
İran Hörmüz boğazının açılışı üçün yeni qiymət təyin etdi...

10.08.2026 / 16:22
8 avqust Vaşinqton sazişinin ildönümünü Moskva mütləq sükutla qarşıladı...

10.08.2026 / 16:11
Qara dənizdə Rusiya-Türkiyə ziddiyyətləri başladı - "su moratoriumu"...

10.08.2026 / 16:04
“İRƏVAN MƏSƏLƏSİ” – TARİXİ BƏLGƏLƏR İŞIĞINDA

10.08.2026 / 15:53
Marneulidə 8 avqust qəhrəmanlarının xatirəsi yad edilib

10.08.2026 / 15:50
“Azərbaycan – Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimatı keçirilib

10.08.2026 / 15:35
Tehran Xəzərdə vurulan İran gəmisinə görə Kiyevdən təzminat istədi…

10.08.2026 / 15:18
Serbiyadan Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq - daha böyük müharibənin astanasındayıq…

10.08.2026 / 15:02
AZAL Naxçıvan reysləri ilə bağlı sərnişinlərə müraciət etdi

10.08.2026 / 14:47
Moldova dron hücumuna görə, Rusiyadakı səfirini geri çağırdı

10.08.2026 / 14:31
Şimali Koreya Rusiyaya 120 ballistik raket, 50 min əsgər göndərir… Zelenski Cənubi Koreyaya səsləndi - "Bizə kömək edin"...

10.08.2026 / 14:10
Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

10.08.2026 / 13:47
Xəzər Konsorsiumuna hücumlar dayanmır - Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artıra bilər...

10.08.2026 / 13:29
Almaniya diplomat adı ilə ölkəyə sızmış 80-dən çox rus agenti deportasiya etdi…

10.08.2026 / 13:25
Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib

10.08.2026 / 13:23
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi

10.08.2026 / 13:16
İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçişini rəsmən qadağan etdi…

10.08.2026 / 13:03
Husilər Səudiyyənin silah anbarlarına hücum etdi – çox sayda ölü və yaralı var…

10.08.2026 / 12:48
Yunus Oğuz – Tarixi romanın müasir nəfəsi

10.08.2026 / 12:35
Ukraynadan Tatarıstana kütləvi dron hücumu… Sənaye mərkəzi vuruldu - 12 ölü, 39 yaralı… - VİDEO

10.08.2026 / 12:32
Arxeoloqlar Azərbaycanda 3200 illik ritual mətbəx aşkar ediblər

10.08.2026 / 12:08
Tramp İranın artıq pulunun qalmadığını iddia etdi - "51 illik pis davranış”…

10.08.2026 / 11:22
Nazirlik kosmetoloqun işini alt-üst etdi - Baş Prokurorluğa da müraciət edildi...

10.08.2026 / 11:07
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10.08.2026 / 11:05
Litvanın Baş naziri Prezident İlham Əliyevə zəng etdi

10.08.2026 / 10:48
Deputat Baş nazirin başına yumurta çırpdı - VİDEO

10.08.2026 / 10:32
Moskva rəsmən təsdiqlədi - Bakıda Rusiya və Almaniya arasında gizli görüş olub...

10.08.2026 / 10:15
DYP velosipedçilərə müraciət etdi - mobil telefondan istifadə yolverilməzdir...

10.08.2026 / 10:09
Xərçəng Baydenin "sümüklərinə işlədi" - oğlu hələ güclü olduğunu deyir

10.08.2026 / 09:41
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10.08.2026 / 09:06
Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

09.08.2026 / 23:21
Rusiya və Suriya razılığa gəldi - Xmeymim və Tartusdakı rus bazaları təlim mərkəzinə çevrilir…

09.08.2026 / 22:51
Paşinyan Azərbaycan xalqına "8 avqust təbriki" içində düşmənçiliyini də ifadə etdi....

09.08.2026 / 21:35
XVIII-XIX əsrlərdə Bütöv Azərbaycan torpaqlarının tarixi-coğrafi təhlili...

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ