Fransada 10 sentyabr tarixində tarixə düşəcək xaos günü yaşanır. Aylardır sosial şəbəkələrdə “Hər şeyi bloklayın” şüarı ilə edilən çağırışlardan sonra bu gün bütün Fransanı etiraz aksiyaları bürüyüb.
Makronun sosial-iqtisadi siyasətinə qarşı çıxan etirazçılar magistralları, dairəvi yolları, qatar stansiyalarını, universitetləri, böyük orta məktəbləri, xəstəxanaları, fabrikləri, neftayırma zavodlarını, şirkətləri və atom elektrik stansiyalarını hədəf alıb. Paris, Lion və Renn kimi şəhərlərə səhər saatlarından etibarən hərəkəti dayandırmaq və avtobusların yollara çıxmasına mane olur.
Bütün ölkədə orta məktəblərdən magistral yollara, qatar stansiyalarından atom elektrik stansiyalarına qədər bütün sahələr etirazçılar tərəfindən demək olar ki, bloklanıb. Parisdə orta məktəblərin qarşısında başlayan tələbə etirazları qısa müddətdə polislə toqquşmaya çevrilib, etirazçlar zibil qutularını yandırıb, yollar bağlayıb.
Fransa Daxili İşlər Nazirliyinin açıqladığı son məlumatlara görə, aksiyalarda 300-ə yaxın insan həbs edilib. Bildirilir ki, bütün ölkə üzrə 295, o cümlədən Parisdə 171 nəfər həbs edilib.
Məlumata görə, 29 min insanın iştirak etdiyi 430 etiraz aksiyası, o cümlədən 273 mitinq və 157 barrikada qeydə alınıb. Ümumi istifadədə olan avtomobil yollarında 105 yanğın hadisəsi baş verib.
Qeyd edək ki, etiraz aksiyaları və tətilər hökumətin iqtisadi siyasətinə qarşı yönəlib. Etirazçılar həmçinin prezident Makronun da istefasını tələb edir.
TAHİR