Cümə axşamı günü, 01 oktyabr 2026
     

ŞƏT Şərq dünyasında Azərbaycan üçün mühüm iqtisadi platformaya çevrilir...

Image


Məlumdur ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq aləmdə möhkəmlənmək, dünya birliyinə uğurla inteqrasiya etmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirməkdən ibarət olub.

Ötən illər ərzində ölkə bu istiqamətdə mühüm nailiyyətlər qazanıb və regionda sabitliyin, əməkdaşlığın, iqtisadi inkişafın təmin olunmasında fəal rol oynamağa başlayıb. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi onun həm siyasi nüfuzunu artırıb, həm də iqtisadi, humanitar və təhlükəsizlik sahələrində imkanlarını genişləndirib.

Ölkəmizin həyata keçirdiyi layihələr ŞƏT ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır

Ölkəmiz müstəqilliyinin ilk illərindən Birləşmiş Millətlər Təşkilatının (BMT) tamhüquqlu üzvü kimi qlobal məsələlərin müzakirəsində iştirak edir. BMT çərçivəsində Azərbaycan ərazi bütövlüyü, suverenlik və beynəlxalq hüququn aliliyi prinsipini daim müdafiə edib. 2012–2013-cü illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkənin diplomatik uğurlarının bariz nümunəsi oldu. Bu, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu göstərməklə yanaşı, qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində də fəal iştirakına şərait yaratdı.

Bundan başqa, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT və digər qurumlarla sıx əməkdaşlıq edir. Xüsusilə də Qoşulmama Hərəkatına 2019-cu ildə sədrliyin Azərbaycana verilməsi ölkənin beynəlxalq nüfuzunu daha da artırdı. Bakı bu müddətdə Hərəkatın səsini beynəlxalq arenada daha güclü şəkildə eşitdirdi və ədalətli mövqelərin müdafiəsinə töhfə verdi. Amma yeni təşkilatlarla da əçəkdaşlığın qurulması, münasibətlərin dərinləşdirilməsi Azərbaycanın diqqət mərkəzindədir. Belə qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Qeyd edək ki, təşkilatın növbəti sammiti Çində keçirilib və o, bu dəfə də həm əhatə dairəsinə, həm də qəbul etdiyi qərarlara görə mühüm tədbir kimi yadda qaldı. Burada 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri iştirak etdi. Son 30 ildə ilk dəfə olaraq Asiya, Yaxın Şərq və Afrikanın bu sayda ölkələri bir araya gəldi. Onlar sırasında Azərbaycan da yer aldı. Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında baş tutan görüşdə çıxışı zamanı prezident İlham Əliyev qeyd edib: “Son iki ildə əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində biz strateji tərəfdaşlıq qurduq. Bu il mənim Çinə dövlət səfərim zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı... Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Xatırladaq ki, ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. ölkəmzi yaxın tezlikdə bu qurumun tamhüquqlu üzvü olmağa hazırlaşır. İndilidə ŞƏT-in hazırkı 10 üzvündən 3-ü Türk Dövlətləri Təşkilatının üzvü, biri qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır. Bu fonda ekspertlər bildirir ki, ŞƏT indidən Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platformaya çevrilib. Onu da bildirək ki, təşkilata üzv ölkələrin məcmu ÜDM-i 26 trilyon dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30 faizi deməkdir. Təşkilat üzvlərinin əhalisi ümumilikdə 3.3 milyard nəfərdir ki, bu da planetin əhalisinin 41 faizidir. Bundan başqa, təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41 faizinə, elmi patentlərin 30 faizinə və nadir elementlərin ixracının 45 faizinə sahibdirlər. Azərbaycan ilə ŞƏT arasında münasibətlərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Azərbaycanın zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi təşkilatın üzv dövlətləri üçün böyük maraq kəsb edir. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələri ŞƏT ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Digər tərəfdən, Azərbaycanın tranzit imkanları – Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz layihəsi – Çinlə Avropa arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli platforma sayılır. ŞƏT ölkələrinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın nəqliyyat-logistika layihələrinin uzlaşması qarşılıqlı maraqlara xidmət edir.

Balanslı siyasəti ilə Azərbaycan yenə nümunə yaradır

ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən biri təhlükəsizlik məsələləridir. Təşkilat terrorizm, ekstremizm və separatizm kimi təhdidlərə qarşı mübarizəyə böyük diqqət ayırır. Azərbaycan da bu sahədə ŞƏT ilə əməkdaşlığa maraqlıdır.

Regionda sabitliyin və təhlükəsizliyin təmin olunması Azərbaycanın milli maraqları ilə üst-üstə düşür. Azərbaycanın ŞƏT çərçivəsində apardığı əməkdaşlıq həm regional təhlükəsizlik mexanizmlərinin möhkəmlənməsinə, həm də qlobal səviyyədə sülh təşəbbüslərinə töhfə verir. Azərbaycanın ŞƏT ilə münasibətləri təkcə siyasi və iqtisadi sahə ilə məhdudlaşmır. Humanitar əməkdaşlıq, təhsil və mədəniyyət sahəsində də addımlar atılır. Azərbaycan ŞƏT çərçivəsində keçirilən mədəni tədbirlərdə fəal iştirak edir, eyni zamanda, Bakı mədəniyyətlərarası dialoqun təşviqi üçün beynəlxalq platforma rolunu oynayır. ŞƏT ölkələri ilə təhsil sahəsində tələbə mübadiləsi, elm və texnologiya sahəsində əməkdaşlıq imkanları da mövcuddur. Bu, Azərbaycanın gənc nəslinin Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmasına şərait yaradır. Digər mühüm məqam isə Azərbaycanın balanslı xarici siyasətidir. Azərbaycan Qərb və Şərq strukturlarında paralel əməkdaşlıq apararaq özünü etibarlı tərəfdaş kimi təqdim edir. Bu yanaşma ölkəyə həm beynəlxalq nüfuz qazandırır, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Beləliklə, bütün bunlar onu göstərir ki, Azərbaycan və ŞƏT münasibətləri qarşılıqlı maraqlar üzərində qurulub. Enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Azərbaycanın təşkilatla əlaqələri həm ölkənin iqtisadi inkişafına, həm də beynəlxalq nüfuzunun güclənməsinə töhfə verir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi, Azərbaycanın ŞƏT-də daha aktiv mövqe tutması gözlənilir. Bu isə yalnız Azərbaycan üçün deyil, bütün region üçün sabitlik, əməkdaşlıq və inkişaf baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın dünya birliyinə və beynəlxalq təşkilatlara uğurlu inteqrasiyası onun müstəqil dövlət kimi mövqelərini gücləndirir, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini formalaşdırır. Siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan yalnız regionda deyil, qlobal miqyasda da mühüm aktora çevrilib. Dünya birliyi ilə əməkdaşlığın daha da genişləndirilməsi, beynəlxalq təşkilatlarda fəallığın artırılması gələcəkdə ölkənin davamlı inkişafına və milli maraqlarının qorunmasına mühüm töhfə verir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ