Cümə axşamı günü, 01 oktyabr 2026
     

“Gözlərimizlə gördük ki, İsrail PUA-ları Azərbaycandan İrana girdilər” - İran siyasiləri bir-birinə qarşı...

Image


Elşən Manafov: “Belə ittiham xarakterli fikirlər konkret dəlil və sübutlara söykənmir”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib ki, İran sərhədçiləri Azərbaycan ərazisindən pilotsuz uçuş aparatlarının keçdiyini görüblər.

“İran İslam Respublikasının sərhədçiləri açıq şəkildə bildiriblər ki, sionist rejim Azərbaycan sərhədindən dronları İrana sızdırmaq üçün istifadə edib”, - Əzizi dövlət mediasına müsahibəsində deyib.

O əlavə edib ki, məsələ İranın prezident administrasiyası və XİN tərəfindən Azərbaycan prezidenti İlham Əliyev qarşısında qaldırılıb və Azərbaycan prezidenti sübutlar tələb edib: “İndi sənədləri təqdim edib-etməməyimiz bir məsələdir, amma reallığın özü danılmazdır. Sərhədçilərimiz açıq şəkildə deyirlər: “Biz orada idik və öz gözlərimizlə gördük ki, İsrailin pilotsuz təyyarələri Azərbaycan ərazisindən İrana daxil olub”.

Bundan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani son bəyanatında Azərbaycanın İsrailə yardım etməsi barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, 12 günlük müharibə zamanı Azərbaycan tərəfindən İsrailə dəstək göstərildiyinə dair heç bir sübut əldə olunmayıb: “İndiyədək bizdə Azərbaycanın İsrailə yardım etməsi barədə fakt olmayıb”.

Komitə sədri isə sübut göstərmir, amma deyir sərhədçilər belə deyir. Məqsəd nədir belə təxribatçı açıqlamaların verilməsində?

“İranda müəyyən siyasi dairələrin Azərbaycan-İsrail münasibətlərinə bəlli yanaşmaları...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “İranın rəsmi Bakını İsrailə öz hava məkanını ona zərbələr endirməsi üçün açmaqda ittiham etməsi barədə mövqeyi konkret dəlil və sübutlara söykənmir. İbrahim Əziziyə qədər də İranın ayrı-ayrı rəsmi şəxsləri Azərbaycanı İsraillə bu sayaq münasibətlərə görə qınayan çıxışlar ediblər. Hələ bu ilin yayında İsrail və İran arasında məlum müharibə başlandıqdan sonra İranın Azərbaycandakı fövqəladə səfiri Mehdi Sübhani İsrailin Xəzər ərazisindən İrana zərbələr endirməsi barədə real fakt və sübutlara söykənməyən bəyanatla çıxış edib. Səfir Xəzərin Azərbaycana aid olan sektorundan İrana dron və pilotsuz təyyarələrlə zərbələrin endirildiyi barədə fikirlər səsləndirib və bu zaman ortalığa sənəd-sübut qoya bilməyib. İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında bu məsələlər müzakirə olunub. Azərbaycan tərəfi əmin edib ki, rəsmi Bakı hər zaman üçüncü bir tərəfə onun ərazisindən istifadə etməklə İrana zərbələrin endirilməyəcəyi ilə bağlı mövqeyinə sadiqdir. Yəni heç bir vəchlə və ya hansısa qüvvələrin təkid və tələbi ilə buna yol verməz. Nəzərə almaq lazımdır ki, Azərbaycanın qüvvədə olan Konstitusiyası, habelə 2010-cu ildə təsdiq olunmuş Hərbi Doktrinasının tələbləri konteksində də belə bir halın yaşanması mümkün deyil. Ölkənin əsas qanunu ölkə ərazisində digər dövlətlərin hərbi qüvvələrinin yerləşdirilməsini qadağan edir. Hərbi Doktrina da buna yol vermir. O ki qaldı Azərbaycanın öz hava məkanından zamanında ABŞ hərbi təyyarələrinin Əfqanıstana uçuşlar etməsi üçün icazə verməsinə, bu, ilk növbədə Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərdən irəli gələn məsələ olub. İranda bəlli siyasi dairələri Azərbaycanın İsraillə münasibətləri bir qayda olaraq həmişə narahat edib və burada rəsmi Tehran nəzərə almaya bilməz ki, beynəlxalq hüququn mühüm müddəalarından biri dövlətlərin bir-birinin daxili işlərinə qarışmamaqla bağlı müəyyən etdiyi tələbdir. Azərbaycanın İsraillə münasibətləri qarşılıqlı, faydalı əməkdaşlığa söykənir və heç bir vəchlə Yaxın və Orta Şərqin təhlükəsizlik problemlərinə qarşı yönəlməyib. Azərbaycan İsrailin suverenliyini tanımaqla yanaşı, ondan Fələstin məsələsində BMT qərarlarına hörmətin göstərilməsinin vacibliyini həmişə qeyd edib. Digər tərəfdən, rəsmi Bakı İran hökumətinin region dövlətləri və beynəlxalq birliklə münasibətlərinə də bir qayda olaraq anlayışla yanaşıb. Dövlətlərin bir-birinin daxili işlərinə müdaxilə etməmələri ilə bağlı məlum hüquqi müddəaya həmişə əməl edib. İranda müəyyən siyasi dairələrin Azərbaycan-İsrail münasibətlərinə bəlli yanaşmaları isə rəsmi Bakı və Tehran arasında regionun geosiyasi, təhlükəsizlik problemlərinə fərqli yanaşmalardan irəli gəlir. Əksər problemlərin həllində dövlətlərimiz arasında ortaq mövqe və baxışlar münasibətlərin konstruktiv əməkdaşlıq müstəvisi üzərində davam etdirilməsinə ümumi maraqlardan irəli gəlsə də, İran siyasi elitasında mühafizəkarlar və islahatçılar arasında İranın idarəedilməsi, habelə xarici siyasət və təhlükəsizlik problemləri ilə bağlı məsələlərə fərqli yanaşmalar, əlbəttə, Azərbaycanla olan münasibətlərə də təsirsiz ötüşmür. Xüsusilə tranzit yolları və dəhlizlərin perspektiv durumu ilə bağlı məsələlər ətrafında müzakirələrin aparılmasına ehtiyac hələ də var”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ