Cümə axşamı günü, 01 oktyabr 2026
     

Şanxay Təşkilatı 2-ci Dünya müharibəsinin bitməsinə fərqli yanaşır?..

Image


Məhərrəm Zülfüqarlı: “Avropa özünü elə göstərmək istəyir ki, əsas qalibiyyət ABŞ və onun mütəffiqlərinin olub, SSRİ də əsas qələbəni həmişə öz adına çıxmaq istəyib, Çin və Koreya...”

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd imzalanıb və bu sənədlərdən biri də İkinci Dünya müharibəsinin bitməsinin 80-ci ildönümü ilə bağlıdır.

İkinci Dünya müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı Şanxayda yekun bəyanat qəbul olunub. Bəllidir ki, Avropa dövlətləri Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyiblər.

İkinci Dünya müharibəsinin tarixinə, başlamasına və başa çatmasına Avropa ilə ŞƏT-in əsas üzvlərinin münasibəti arasında nə kimi fərqlər var?

Ümimiyyətlə, İkinci Dünya müharibəsinin başlanmasına, bitməsinə münasibətdə ŞƏT-in əsas ölkələrinin - Rusiyanın, Çinin, Hindistanın birbaşa bu müharibənin iştirakçısı olan Avropa ölkələrindən fərqləri nədir?

Sözsüz, tarixə baxışlarda müəyyən fərqlər var. Çinin keçirdiyi parada Avropa dövlətləri gəlməyiblər. Səbəb nədir, niyə gəlməyiblər?

“İkinci Dünya müharibəsinin başa çatma tarixini Avropa və Asiya ölkələri fərqli tarixlərdə qeyd ediblər”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə “İkinci Dünya müharibəsinin başlanması belə oldu. Almaniya, Roma, Tokio üçbucağı vardı. Yəni faşist Almaniyası, faşist İtaliyası və militarist Yaponiyası müttəfiq idilər. Müharibə 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başladı, 1945-ci ilin sentyabr ayının 2-də Yaponiyanın qeyd-şərtsiz təslim aktını imzalaması ilə başa çatdı. İkinci Dünya müharibəsində əsas döyüşlər Avropada getsə də, SSRİ sona qədər, yəni 1941-ci ildən 1945-ci ilə kimi Uzaq Şərqdə böyük diviziyalar, çoxsaylı əsgəri qüvvə saxlayırdı. Çünki Yaponiyanın 1 milyonluq Kvantun ordusu var idi ki, hər an SSRİ-yə hücum edə bilərdi. Ona görə də 1945-ci ilin Krım Konfransında (buna Yalta Konfransı da deyirlər-M.Z) SSRİ öz üzərinə belə bir öhdəlik götürdü ki, alman faşistlərini məğlub etdikdən, Avropada müharibə başa çatdıqdan iki-üç ay sonra öz sərhədllərinin təhlükəsizliyi üçün Yaponiyaya müharibə elan edəcək. Artıq 1945-ci ilin may ayının 2-də Berlin təslim oldu, mayın 8-də almanlar qeyd-şərtsiz təslim olmaq haqqında sənədə imza atdılar və avqust ayının 8-də SSRİ Yaponiyaya qarşı müharibəyə başlamağı planlaşdırırdı, amma avqustun 6-da ABŞ Hərbi Hava Qüvvələri Xirosima və Naqasakiyə iki atom bombası atdı. Avqustun 8-də SSRİ-nin Yaponiya ilə müharibəyə başlamasının bu müharibənin başa çatmasında elə bir əhəmiyyəti olmadı. Çünki müharibəyə son verilməsinin səbəbi bu iki nüvə bombasının atılması idi. Buna münasibət də fərqlidir. Çünki ABŞ tarixçiləri bunu belə əsaslandırırlar ki, bu, humanizm məqsədilə edilmişdi. Yəni iki şəhərin dinc əhalisinin qırılmasına, böyük fəlakətlərə bunlar “humanizm” donu geydirirlər ki, bu olmasaydı 1 milyonluq Kvantun ordusu ilə müharibə uzun çəkəcəkdi, daha çox insan qırılacaqdı”-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı bildirdi ki, ABŞ tarixçilərinin iddiasına görə, guya müharibənin uzanmasının qarşısını almaq üçün atom bombası atmağa məcbur olublar.

M.Zülfüqarlının sözlərinə görə, deyildiyi kimi, 1945-ci ilin sentyabr ayının 2-də Yaponiya təslim oldu və bununla da İkinci Dünya müharibəsi başa çatdı. “İkinci Dünya müharibəsinə Avropa ölkələrinin və Asiya dövlətlərinin münasibəti həmişə fərqli olub. Əsas döyüşlər Avropada getsə də, Uzaq Şərqdə də müharibə ocağı vardı. İki müharibə ocağı Avropada, bir müharibə ocağı Asiyada olduğuna görə, həm Avropa, həm də Asiya ölkələri bu müharibəyə cəlb olunmuşdular. Nəticədə də müharibə başa çatdıqdan sonra dünyanın siyasi xəritəsi dəyişdi. Asiyada müharibənin başa çatması ilə bağlı paradda Avropa dövlətlərinin iştirak etməməsi düzgün deyil. Çünki bu müharibə bütün xalqların fəlakəti idi. Bu müharibə Avropada dayanmışdısa və Asiyada davam edirdisə, sonra müharibənin burda da dayanmasına Avropa sevinməli idi və paradda iştirak etməli idilər.

Amma təəssüf ki, bütün məsələlərdə olduğu kimi, bu hadisəyə yanaşmada siyasi münasibətlər özünü göstərir. Çinlə Avropa dövlətləri arasında münasibətlər elə də ilıq deyil...Ola bilsin, bu baxımdan onlar iştirak etməyiblər. Amma İkinci Dünya müharibəsinin başa çatması bütün bəşəriyyətin uğuru idi və gələcəkdə çalışmaq lazımdır ki, bəşəriyyət bu cür faciərə düçar olmasın”.

M.Zülfüqarlı onu da qeyd etdi ki, İkinci Dünya müharibəsinin başa çatmasına fərqli yanaşmalardan birinin əsası SSRİ tərəfindən qoyulub. “Bu birbaşa kommunist rejiminin özünü fərqləndirmək üçün ortaya atdığı bir məsələdir. Almaniya 1945-ci ilin may ayının 8-də qeyd-şərsiz təslim olmaq haqqında sənədə imza atıb. Berlinin mayın 8-də təslim olması səbəbilə bütün Avropa qələbəni mayın 8-də qeyd edir, amma SSRİ özünü Avropadan fərqləndirmək üçün qləbəni mayın 9-da qeyd edirdi. İkinci Dünya müharibəsinin başa çatma tarixini Avropa və Asiya ölkələri fərqli tarixlərdə qeyd ediblər.

Saxtakarlığı ən çox da keçmiş SSRİ edib və bu fərqlilik də keçmiş kommunist rejiminin saxtakarlığıdır ki, özünü büruzə verib. Digər tərəfdən, Avropa ilə Asiya ölkələri arasında bu hadisə ilə bağlı fikir ayrılığı mövcuddur. Bunun da səbəbi odur ki, qədim dövrdə Çin və Hindistan daha çox inkişaf etmişdi. Avropanın da əsas marağı qazanc, ticarət məqsədilə Hindistana və Çinə getmək idi. Bilirsiz ki, Portuqaliya səyyahları Hindistana getmək əvəzinə gedib Amerikaya çıxdılar. Müharibələr də həmişə Hindistana gedən yollara nəzarət üstündə olub. Məsələn, Rusiyanın Qafqaza hücumu, I Pyotrun vaxtında Xəzəri tutmaq ideyası təkcə Xəzəri tutmaqla kifayətlənməyib. Çünki I Pyotrun vəsiyyəti vardı ki, rus əsgəri öz çəkmələrini “isti dənizlərə” qoymalıdır. “İsti dənizlər” də Hind okeanıdır. Yəni bunlar İranı işğal edib Hind okeanına çıxmaqla Avropadan Hindistana gedən yolları ələ keçirmək və bu tranzit yoldan qazanc məqsədilə istifadə etmək istəyirdi. Ona görə də Rusiya həm Qafqazı, həm də İranı işğal etmək istəyirdi. Bu da Avropa, İngiltərə ilə onun münasibətlərinə xələl gətirirdi. Bilirsiz ki, Hindistan uzun illər İngiltərənin müstəmləkəsi olub. Ona görə də Hindistanın və Çinin müstəqillik əldə etməsi Avropanı həmişə qıcıqlandırır. İkinci Dünya müharibəsi tarixi ilə bağlı Avropa özünü elə göstərmək istəyir ki, əsas qalibiyyət ABŞ və onun mütəffiqlərinin olub, SSRİ də əsas qələbəni həmişə öz adına çıxmaq istəyib, Çin və Koreya (Koreya bu müharibədə Yaponiyaya qarşı vuruşub-M.Z) isə öz qələbələrini öz adlarına çıxırlar.

Ona görə də bu hadisə ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Ancaq o fikrimi yenə təkrar etmək istəyirəm, əsas odur ki, müharibə başa çatandan sonra bundan bütün bəşəriyyət qazanıb. Ona görə də bütün ölkələr bunu məmnunluqla qeyd etməli və bir-birini təbrik etməlidirlər. Çinin keçirdiyi parada Avropa ölkələrinin qısqanclıqla yanaşıb orda iştirak etməməsi onların təbliğ etdiyi demokratik dəyərlərə də ziddir, humanizmə də, insanlığa da.

İndiki dövrdə İkinci Dünya müharibəsini başladan faşist Almaniyasının, faşist İtaliyasının və militarist Yaponiyasının məğlub olması bütün bəşəriyyətin qələbəsidir. Bu qələbədə hamının payı var və ona görə də o ölkələr bir-birinə qısqanclıqla yanaşmamalıdır”.

Avropanın fərqli yanaşmalarında Rusiya amilinin də olduğunu deyən M.Zülfüqarlı onu da dedi ki, İkinci Dünya müharibəsinin nəticələrinə obyektiv yanaşmalar da fərqlidir: “Biri var, hücuma məruz qalan ölkələr. Məsələn, Çin, Koreya hücuma məruz qalan ölkələrdir, Avropa ölkələrinin əksəriyyəti də alman faşistləri tərəfindən işğal olunmuşdu. O cümlədən də SSRİ. Amma bir şeyi demək lazımdır ki, 1939-cu ilin avqust ayının 23-də SSRİ və faşist Almaniyası tərəfindən Molotov-Ribbentrop müqaviləsi imzalandı. 1939-cu ilin avqust ayının 23-dən 1941-ci ilin iyun ayının 23-nə qədər faşist Almaniyasına ən yaxın dövlət, onun müttəfiqi SSRİ-i olub. Amma 1941-ci il iyunun 23-də faşist Almaniyası SSRİ üzərinə hücuma keçəndən sonra iki illik tarix tamamilə saxtalaşdırıldı, o müqavilə tamamilə başqa səpkidə verildi. Amma demək istəyirəm ki, müharibənin başlamasının əsas günahı bir tərəfdən faşist Almaniyasında idisə, bir tərəfi də SSRİ-də - faşistlərin müttəfiqində idi. Onlar Polşanı bölüşdürdülər, Baltikyanı ölkələri SSRİ işğal etdi. İkinci Dünya müharibəsinin başlanmasına təkan verən əsas müqavilə Molotov-Ribbentrop müqaviləsi idi. Amma sonradan hər ölkə özünə uyğun tarix uydurub yazıb. Ona görə də bunlara obyektiv yanaşanda SSRİ müharibədə işğala məruz qalan ölkə olsa da, amma işğalçıya iki il dəstək verib. Bu səbəbdən də SSRİ rəhbərliyi qınanmalıdır”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 14:56
“Universitetdən qovulmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ