Son günlər "Levski"nin forvardı Mustafa Sanqarenin "Qarabağ"ın maraq dairəsinə düşməsi iddia olunur. Həttda "TransferFeed" portalı yazır ki, malili hücumçu karyerasını Azərbaycan çempionunun heyətində davam etdirməyə çox yaxındır. "Qarabağ"ın direktoru Əmrah Çəlikəl bu barədə sportinfo.az-a açıqlamasında bildirib ki, afrikalı forvard onların gündəmində deyil: "Klubumuz tərəfindən indiyədək onunla heç bir səviyyədə danışıqlar aparılmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir".
Mətləb