Shafaq News-un verdiyi məlumata görə, ötən gecə Bağdaddakı ABŞ səfirliyinə raket hücumları edilib.
Təhlükəsizlik xidmətinin açıqlamasına görə, bir neçə mərmini tutmaq üçün hava hücumundan müdafiə sistemləri işə salınıb. Diplomatik nümayəndəlik binasına dəyən potensial maddi ziyan və ya atışma nəticəsində itkilər barədə hələlik məlumat yoxdur.
SAMİRƏ