Pakistanın Əfqanıstanın paytaxtı Kabilə hava hücumu nəticəsində ölənlərin sayının 400-ə çatdığı bildirilir. TOLO News Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrata istinadən hücum nəticəsində ən azı 250 nəfərin yaralandığını bildirib.
Əfqanıstan hakimiyyəti hava hücumunun narkotik reabilitasiya mərkəzinə edildiyini iddia edib. Lakin Pakistanın İnformasiya və Yayım Nazirliyi bu iddianı təkzib edərək, məlumatı "ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan faktların təhrif edilməsi" adlandırıb.
Eyni zamanda, Əfqanıstan hakimiyyəti Pakistan ərazisindən yeni hücumlar barədə məlumat verib. Qeyd olunur ki, Pakistan ordusu Əfqanıstanın üç əyalətində hava hücumları həyata keçirib. Əfqanıstan buna "nüvə obyekti"nə və Pakistan bazasına zərbə endirməklə cavab verib.
SAMİRƏ