Martın 16-da Almaniya kansleri Fridrix Merz Berlində keçirilən mətbuat konfransında İsrailin Livandakı quru əməliyyatını səhv adlandırıb. O, belə bir hücumun "onsuz da son dərəcə gərgin olan humanitar və miqrasiya vəziyyətini daha da pisləşdirəcəyi" barədə xəbərdarlıq edib.
Merzin sözlərinə görə, Almaniya fevralın sonlarında ABŞ və İsrail İrana qarşı birgə hücumlara başladıqdan sonra İranın dəstəklədiyi Hizbullah hərəkatının İsrailə qarşı yenidən hücumlarını "şiddətlə pisləyir". O, Livan radikal şiə hərəkatının yaraqlılarından hücumlarını dərhal dayandırmalarını və silahlarını yerə qoymalarını tələb edib.
SAMİRƏ