çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Ağ Evdə Tramp-Əliyev-Paşinyan görüşü - TARİXİ SƏNƏD İMZALANDI... - FOTO/VİDEO

Image


Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxış ediblər.

Əvvəlcə ABŞ Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident Donald Trampın bəyanatı

-Təşəkkür edirəm, böyük şərəfdir, minnətdaram.

Otuz beş il idi ki, müharibə idi, indi isə onlar dostdurlar və onlar uzunmüddətli perspektivdə dost qalacaqlar. Böyük şərəflə sizi burada - Ağ Evdə salamlayıram. Azərbaycan və Ermənistan arasında tarixi xarakter daşıyan sülh sammitinə xoş gəlmisiniz. Əlbəttə ki, bu sözləri böyük məmnuniyyət hissi ilə söyləyirəm. Bu insanlar - iki böyük lider - Baş nazir Paşinyan və Prezident Əliyev burada bərabər iştirak edirlər. Hər ikisinə təşəkkürümü bildirirəm ki, onlar bu Bəyannaməni - həqiqətən də çox önəmli bir sənədi burada - Vaşinqtonda imzalayacaqlar. Onlar hər zaman fikirləşirdilər ki, bu, mümkün deyil, amma bu gün mümkündür. Eyni zamanda, Dövlət katibi Marko Rubioya minnətdarlığımı bildirirəm. Həmçinin xüsusi nümayəndə Stiv Uitkoffa və Dövlət Departamentinin bütün digər komanda üzvlərinə minnətdaram. Çox sağ olun. Eyni zamanda, sizin ölkələrinizin nümayəndə heyətləri də bu gün burada iştirak edirlər. Ciddi şəkildə diplomatik səylər nümayiş etdirərək nailiyyətlərə imza atmışıq.

Bəli, 35 il idi ki, Ermənistan və Azərbaycan müharibə şəraitində və böyük bir münaqişə içində idilər. Bu münaqişə hər iki dövlətə illər ərzində böyük ziyan vurmuşdur və onlar çıxış yolu axtarırdılar. Eyni zamanda, Avropa İttifaqı, ruslar da bu istiqamətdə ciddi şəkildə iş görüblər. Amma alınmadı. Bütün günü yuxulu olan Co Bayden də cəhd elədi, ancaq o da bunu bacarmadı, alınmadı. Digər komandalar, digər dövlətlər də buna cəhd etdilər. Amma alınmadı. Bu dəfə isə biz ABŞ olaraq çox böyük sənədlər silsiləsinə imza atdıq və onlar da həmin sazişin tərkib hissəsi olacaq.

Ermənistan və Azərbaycan ticarətə başlamaq, diplomatik münasibətləri bərpa etmək, suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşmaq şərti ilə fəaliyyət göstərəcəklər. Hər iki rəhbər, əslində, tez-tez görüşmürdü. Amma məncə, siz hər ikiniz bu görüşdə yaxşı münasibətlər qurdunuz, eyni zamanda, danışıqlarda. Bəyannamədə də qeyd olunur ki, - əslində, bu, mənim üçün böyük şərəfdir, - məhz Tramp marşrutu - sülh və rifah marşrutu Ermənistanın suverenliyinə hörmətlə yanaşaraq Azərbaycanın, eyni zamanda, Naxçıvan ərazisinə tam çıxışını təmin edəcək. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” vasitəsilə buna nail olacaqlar. Hər iki dövlət bunun üzərində çalışacaq. Çox önəmli bir ərazidir, xüsusilə hər ikiniz üçün mühüm bir ərazidir. Eyni zamanda, Ermənistan da bu dəhlizi inkişaf etdirmək üçün ABŞ ilə müstəsna əməkdaşlığa imza atır. Onlar söz verirlər ki, 99 il ərzində və 99 ildən sonra da bu əməkdaşlığın müddətini uzadacaqlar. Biz də - Amerika şirkətləri də həmin əraziyə gedib orada böyük infrastruktur işləri görmək niyyətindədirlər. Onlar orada böyük pullar xərcləyəcəklər. Bu pullar, əlbəttə ki, bizim üç dövlətə fayda verəcək. Bu, bütün bölgə, region, eyni zamanda, bütün dünya üçün son dərəcə önəmli və faydalı xəbərlərdir.

ABŞ, eyni zamanda, hər iki ölkə ilə energetika, texnologiya, süni intellekt istiqamətində ikitərəfli münasibətlər quracaq və sazişlər imzalayacaq. Kris də burada bizim ölkəmizi təmsil edəcək. Bu işi Krisdən daha yaxşı görən adam yoxdur. Kris dediyi kimi, bu ərazilər çox məhsuldardır və bizə böyük uğur qazandıracaq.

Beləliklə, bu yeni istiqamətdə böyük nailiyyətlərə imza atıldı. Biz əvvəlki illərə nəzər yetirdiyimiz zaman görürük ki, yeni neft-qaz sahəsində böyük işlər görmüşük. Eyni zamanda, Azərbaycan və ABŞ arasında da böyük işlər görülüb. Xüsusən müdafiə istiqamətində böyük nailiyyətlər var. Onlar bu istiqamətdə çox məmnundurlar. Prezident olaraq mənim istəyim də bölgə və bütövlükdə dünya üçün sülhün və rifahın təmin olunmasıdır.

Bir neçə kəlmə söyləmək istəyirsinizsə, buyurun.

x x x

Sonra Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident. Eyni zamanda, ilk növbədə, dəvətə görə minnətdaram. ABŞ Prezidentinin dəvətini qəbul edərək burada iştirak etmək böyük şərəfdir. Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.

Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, eyni zamanda, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.

Cənab Prezident, Sizə təşəkkür edirəm ki, 1992-ci ildə, - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra, - bizə tətbiq olunan məhdudiyyət 33 ildən sonra ləğv edilib. Bu gün bu baş tutdu. Bu gün həqiqətən də Azərbaycan xalqının yaddaşına həkk olunacaq. Böyük şərəf və təşəkkür hissi ilə bu gün fikirlərimizi bölüşürük ki, Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub.

Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı.

Bu gün həqiqətən də tarixi bir gündür. Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır.

Azərbaycan və Ermənistan eyni ərəfədə, Sovet İttifaqının süqutundan sonra müstəqil oldu. Amma o ərəfədə artıq biz müharibə içində idik. Biz, əlbəttə ki, bir çox illəri itirdik. Müharibələr, işğal və qan tökülməsi ilə bağlı narahatlıq içində idik. Bu gün tarixi gündür, sülh günüdür. Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən ona olduqca minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətlə sülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cür münaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəli gedəcəyik.

Beləliklə, mən çox sevinirəm. Əlbəttə ki, biz böyük bir tarixə imza atırıq. Cənab Prezident, Sizə bir daha təşəkkür edirəm. Bizim üçün, bölgəmiz üçün və bütün dünya üçün etdiklərinizə görə minnətdaram.

ABŞ Prezidenti Donald Tramp: Çox sağ olun. Neçə ildir prezidentsiniz?

Azərbaycan Prezidenti İlham Əliyev: 22 ildir ki, prezident vəzifəsini icra edirəm.

ABŞ Prezidenti Donald Tramp: Əlbəttə ki, böyük işlərdir, böyük nailiyyətlərdir və bu işdə əməyiniz təqdirəlayiqdir. Təşəkkür edirəm. Buyurun.

X X X

Daha sonra Ermənistanın Baş naziri bəyanatla çıxış etdi.

Baş nazir Nikol Paşinyanın bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident.

Xanımlar və cənablar.

Bu gün biz, həqiqətən də Ermənistan-Azərbaycan ikitərəfli münasibətləri baxımından fundamental bir mərhələyə qədəm qoyuruq və keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsən cəlb edilməsi və bu prosesdə iştirakı olmadan mümkün olmazdı. Beləliklə, sülh sazişinin hazırlanması və imzalanması nəticə etibarilə iki ölkə arasında yeni bir mərhələnin açılması və ölkələrimiz arasında suverenliyə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının bir başlanğıcıdır. Prezident Tramp da şəxsən bugünkü Bəyannaməyə imza atacaq. Əlbəttə ki, bu sözlərlə və bu iştirakla biz tariximizin yeni fəslinə başlayırıq. Cənubi Qafqazda sülh, əmin-amanlıq, iqtisadi əməkdaşlıq və inkişaf baş verəcəkdir.

Beləliklə, eyni zamanda, bu sənəd kommunikasiya və nəqliyyat kontekstində bizim bölgəmizdə məhz suverenlik, ərazi bütövlüyü və hüquqi səlahiyyət baxımından da önəmli təşəbbüsdür. ABŞ və Ermənistan bu kontekstdə “Beynəlxalq Sülh və Rifah naminə Trampın Marşrutu”nun tamamlanması və icra olunması kontekstində bir yerdə bərabər çalışacaq. İqtisadi imkanların artırılmasında, eyni zamanda, infrastruktura sərmayələrin qoyulmasında, regional əlaqələrin qurulmasında, həmçinin münaqişələrin həllində iştirak edən bir ölkə olaraq ABŞ rəhbərliyinin liderliyi bu kontekstdə onun önəmini daha da artıracaq.

Prezident Trampa təşəkkür edirəm, Azərbaycan ilə Ermənistan arasındakı münaqişəyə son qoyulması kontekstində Sizə minnətdaram. Bu, həqiqətən də tarixi bir gündür. Bu, bizim ölkələrimiz arasında və bizim üçün bir uğurdur, regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq. Çünki sülh içində yaşayan bir region və dünya daha rifahlı və bərabər bir dünya deməkdir.

Cənab Prezident, bugünkü böyük nailiyyətlər Sizin qlobal liderliyinizin əyani təzahürüdür və onun bariz nümunəsidir. Sülh qurucusu olaraq rolunuz danılmazdır. Beləliklə, sülhün bərqərar olunması üçün siyasi iradə, öhdəlik və cəsurluq lazımdır. Burada ən önəmli məqam odur ki, həqiqətən də məhz bu məqsədə inanmaq lazımdır. Müqəddəs “İncil”də qeyd olunan kimi, Tanrı sülh yaradan insanları müqəddəs eləsin və biz həm Sizə cənab Prezident Əliyev, həm cənab Trampa, həm də digər həmkarlara - Ermənistandan, Azərbaycandan, ABŞ-dan olan bütün həmkarlara və bizim bölgəmizin bütün xalqlarına, bizim ölkələrimizin xalqlarına, əhalimizə təşəkkürümüzü bildirirəm və təbrik edirəm. Öncə də qeyd etdiyim kimi, bu, həqiqi mənada dünyanı daha yaxşı bir məkana çevirəcəkdir. Təşəkkür edirəm.

x x x

ABŞ Prezidenti Donald Tramp: Bir daha təşəkkür edirəm. Həqiqətən də bizim hər birimiz üçün çox əlamətdar gündür. Yəni, ağrı-acıları, fəlakətləri geridə qoyaraq bu gün uğuru qeyd edirik. Bu, böyük nailiyyətdir, hər iki liderin nailiyyətidir. Ötən 35 ildə nə qədər insan qətlə yetirilib, indi isə bizi böyük sülh gözləyir. Mən, əlbəttə ki, bu sülhü səbirsizliklə gözləyirəm. Bu gün senatorlar mənimlə bir yerdədirlər və Stiv, biz bunu həqiqətən də geridə qoyuruq. Bu, hər birimiz üçün böyük nailiyyətdir. Mən sizi səmimi-qəlbdən təbrik edirəm. Siz həqiqətən inanılmaz liderlərsiniz və adlarınız tarixə bu şəkildə həkk olunacaq. Uzun müddətdir siz düşünürdünüz ki, artıq sülhə çatdınız, amma sonra alınmadı. Sonra digər məsələlər ortaya çıxdı və nəticə etibarilə bu, həqiqətən çox xüsusi bir gündür. Bir neçə sualı cavablandıraq və bəzi digər məsələlər də var, onların da anonsu olacaq.

x x x

Sonra suallar cavablandırıldı.

SUAL: Qarabağ erməniləri Qarabağa qayıtmaq imkanlarından faydalana biləcəkmi? Olacaqmı belə bir imkan?

ABŞ Prezidenti Donald Tramp: Buyurun, əgər nəsə demək istəyirsinizsə.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Məncə, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir və biz bu təklifi təşviq edəcəyik. Məncə, bu, açıq-aydındır. Bu gün burada olmağımız həmin nailiyyətin bariz nümunəsidir. Ümid edirəm ki, Siz bizi də həmin mərasimə dəvət edəcəksiniz.

ABŞ Prezidenti Donald Tramp: Hə, birinci sıralarda olacaqsınız. Narahat olmayın.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Biz onun tərəfdarıyıq.

Azərbaycan Prezidenti İlham Əliyev: Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel Sülh Mükafatını Sülh Komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Burada bir çox prezident olub. 1990-cı illərdən fəaliyyət göstərən fərqli prezidentlər olub və faktiki olaraq mənim erməni həmkarım ilə 1992-ci ildən başlayan Minsk prosesinə son qoyduq. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bəs, indi Prezident Tramp deyilsə, bu sülh mükafatına kim layiqdir? Mən tarixə, çox qəribə qərarlara varmaq istəmirəm. Sülh Komitəsi bəzilərinə, ümumiyyətlə, həyatda bir iş görməyən adamlara bu mükafatı verib. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı və əminəm ki, mənim Ermənistandan olan həmkarım bu təşəbbüsü dəstəkləyəcəkdir. Buradakı auditoriyada əyləşənlərin reaksiyalarına əsasən, məncə, birgə məktub tərtib edə bilərik. Ümidvaram ki, Siz də məni həmin mərasimə dəvət edəcəksiniz və məmnuniyyətlə, həmin mərasimdə iştirak edərəm.

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Çox sağ olun.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Əgər bir qaralama versiya varsa, ona birbaşa imza ataq, bitsin bu məsələ.

Azərbaycan Prezidenti İlham Əliyev: Yəni, biz artıq lazım olan sənədləri imzaladıq. Bəli.

ABŞ Prezidenti Donald Tramp: Baxın, problemlər olur orada-burada. Böyük problemlər, daha böyük, nəhəng problemlər həll olundu.

Azərbaycan Prezidenti İlham Əliyev: İcazənizlə, mən söyləmək istəyirəm ki, bu gün biz sülh sazişinə start veririk. Artıq bu proses çoxdan gedirdi. Nəyə görə bunun paraflanması burada – bir nömrəli paytaxtda, dünyada bir nömrəli ofisdə və möhtəşəm Prezidentin iştirakı ilə baş verir? Bu o deməkdir ki, burada nə şübhələr, nə başqa bir məsələlər olmamalıdır. Əgər ya Baş nazir Paşinyanın, yaxud da mənim ağlımızda geriyə addım atmaq fikirləri olsaydı, buraya gəlməzdik. Tam əmin ola bilərsiniz. Burada baş verən hadisələr sülhə, uzunmüddətli, əbədi sülhə gətirib çıxaracaqdır.

Ermənistanın Baş naziri Nikol Paşinyan: Üzr istəyirəm, tam razıyam, heç bir əlavəm yoxdur.

ABŞ Prezidenti Donald Tramp: Təşəkkür edirəm. Məncə, gözəl sözlərdir, gözəl bəyanatdır. Buyurun.

SUAL: Cənubi Qafqazda, Azərbaycanda Co Baydenin, eyni zamanda, dövlət katibi Antoni Blinkenin ikitərəfli münasibətlərdə yaratdıqları maneələr və problemlər barədə danışıldı və onlar günahlandırıldılar. Azərbaycan və Ermənistanla əməkdaşlıq Sizin üçün nə dərəcədə önəmlidir?

ABŞ Prezidenti Donald Tramp: Azərbaycan və Ermənistanla əməkdaşlıq bizim üçün, mənim üçün son dərəcə önəmlidir. Mən tarixi bilirəm, materialları oxuyuram və onların həqiqətən də son illər ərzində böyük problemləri var idi. Yəni, müharibə içində yaşayırdılar. Əksər vaxtlar müharibə içində idilər. Əlbəttə, hər iki ölkənin insanları ilə tanışam. Onlar möhtəşəm insanlardır. Bu, baş verməməli idi. Düşünürəm ki, biz bu nailiyyətə daha tez imza ata bilərdik. Burada seçkiləri saxtalaşdırdılar və s. o məsələyə toxunmaq istəmirəm. Amma bəli, həqiqət odur. Əgər saxtalaşdırılmasaydı, mən burada dörd il bundan öncə olardım və dörd il bundan öncə bu sazişlər imzalana bilərdi. Amma olmadı. Bayden administrasiyası bu kontekstdə demək olar ki, heç nə, sıfır, heç bir şey etmədi. Onlar, ümumiyyətlə, heç bir iş görmürdülər. Baxın, solumda və sağımda əyləşən bu yoldaşlar çox ağıllıdırlar, çox müdrikdirlər. Düşünürəm ki, onlar, sadəcə olaraq, heç mənə zəng etməyəcəklər, özləri öz aralarında həll edəcəklər. Biz artıq sülh sazişinə çox yaxınıq. Bu, müvəqqəti bir şey deyil. Onlar ticarət edəcəklər, ABŞ ilə əlaqələr quracaqlar. Mən həmişə onların ağıllı, müdrik və peşəkar olduqlarını xatırlayacağam. Biz də 100 faiz tam şəkildə özümüzü buna həsr edəcəyik ki, bu, alınsın. Onlar həqiqətən də böyük iş gördülər, böyük cəsarətlə və ürəklə davrandılar. Çox mürəkkəb, çox qəliz bir bölgədən gəliblər. Onlar çox ağıllı, çox güclü və böyük enerjili liderlərdir. Mən elə bu yaxınlarda Krislə söhbət edirdim. Yəni, zənginlik baxımından orada böyük var-dövlət və sərvət var. Amma sərvət öz-özlüyündə problemləri həll etmir. Başqa məsələlərə də ehtiyac var, amma onlar iki güclü liderdir və onlarla əlaqədə olmaq, təmasda olmaq xoşdur.

Beləliklə, mən həyatları xilas etməyi xoşlayıram. Həyatları xilas edəndə, əlbəttə ki, sən daha sülh içində yaşayan bir dünyaya malik olursan. Bax, bu iki liderə təşəkkür edirəm. Onların cəsarəti və adları tarixə həkk olunacaq və bu istiqamətdə iş görmək, əlbəttə ki, böyük şərəfdir. Təşəkkür edirəm.

XXX

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Bəyannaməni təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır..



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ