çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanla Ermənistan bölgəmizdə Rusiyasız yeni mərhələ açır...

Image


Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli görüşü erməni cəmiyyətində bəzi qüvvələrin böyük məyusluğuna səbəb olub. Erməni politoloq Suren Surenyants qeyd edir ki, Azərbaycan artıq ABŞ-ın strateji tərəfdaşıdır: “Vaşinqtonda Azərbaycanın SOCAR və ABŞ-ın neft nəhəngi “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu, sadəcə növbəti enerji sövdələşməsi deyil, həm də siyasi siqnaldır. ABŞ Xəzər dənizinin enerji resurslarının tranziti məsələlərində Bakını strateji tərəfdaşa çevirərək Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Maraqlıdır ki, memorandum Zəngəzurdan keçən “Tramp yolu”nun tikintisinin də müzakirə edildiyi bir vaxtda imzalanır”.

Surenyants qeyd edib ki, ABŞ-ın strateji tərəfdaşına çevrilən Azərbaycan həm də Zəngəzur dəhlizi ilə bağlı hədəfinə çatır: “Biz tost alırıq, Bakı isə konkret dividendlər”. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan qeyd edir ki, erməni məkanı Azərbaycan tezisləri və gündəmi ilə doludur: “Bunun əvəzinə hökumətyönlü təbliğat hər kəsi narahat edən məsələləri dilə gətirməyə çalışanların hamısını “antiamerikan” və ya “rusofil” kimi qələmə verir. Məlum olur ki, danışıqlar yalnız Azərbaycanın tələblərinin təmin edilməsi yönündə gedir, Bakının əvvəllər qaldırdığı bir çox Azərbaycan məsələləri gündəmin bir hissəsinə çevrilib”. Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan qeyd edir ki, Nikol Paşinyanın ABŞ-a səfəri, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü, Zəngəzur dəhlizi ilə bağlı addımlar Ermənistanın maraqlarına cavab vermir. O xatırladıb ki, mətbuatda ABŞ-ın planına görə, bu dəhlizin Amerika hərbçilərinin və ya özəl hərbi şirkətlərin nəzarətində olacağına dair yazılar var. Onun sözlərinə görə, bu cür razılaşmalar Ermənistanın maraqlarına cavab vermir: “Bu strateji əhəmiyyətli magistralın İrəvanın özü tərəfindən və ya Rusiya ilə birgə idarə olunmasından xeyir götürmək olar”. Ermənistanın baş naziri Nikol Paşinyan isə sülh və əməkdaşlıq məsələsində fərqli düşünür. O, bu xüsusda İncildən paylaşım edib: “Sülh yaradanlar nə bəxtiyardırlar. Çünki onlar Allahın övladları adlanacaqlar. Matta 5:9”. Hazırda Azərbaycan və Ermənistan arasında sülh və əməkdaşlıq üçün tarixi şans var. Xatırladaq ki, 1991-ci ildə Sovet İttifaqının süqutu ilə müstəqillik qazanan Azərbaycan və Ermənistan o vaxtdan bəri Qarabağ uğrunda iki müharibə aparıb. Cənubi Qafqazın bu iki dövləti 2020-ci ildə baş verən son silahlı münaqişədən və 2023-cü ildə Qarabağda birgünlük antiterror əməliyyatından sonra münasibətləri normallaşdırmaq istiqamətində əhəmiyyətli addımlar atıblar. İrəvandakı rəsmilər Qarabağı artıq Azərbaycanın suveren ərazisi kimi tanıyırlar. İllərlə aparılan ikitərəfli danışıqlardan sonra 2025-ci ilin martında sülh sazişi mətninin yekunlaşması beynəlxalq miqyasda alqışlansa da, sənəd hələ də imzalanmayıb. Azərbaycan bu sənədin imzalanması üçün Ermənistan Konstitusiyasından 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması şərtini irəli sürüb. Həmin bəyannamədə isə 1989-cu ildə Sovet Ermənistanı və Dağlıq Qarabağın qanunverici orqanları tərəfindən qəbul edilmiş birləşmə aktına istinad olunur. Bakı, həmçinin, onilliklər boyunca Qarabağ münaqişəsinin nizamlanmasına çalışmış ATƏT-in Minsk qrupunun ləğv olunması üçün birgə müraciət olunmasını tələb edir. Ermənistan hər iki şərti faktiki olaraq qəbul edib.

Beynəlxalq ictimaiyyətin də alqışladığı digər bir diplomatik irəliləyiş nəticəsində Ermənistan və Azərbaycan 2024-cü ilin yaz-yay aylarında şimal sərhədlərinin 13 kilometrlik hissəsində ilk dəfə delimitasiya və demarkasiya prosesini həyata keçirib. Nəticədə, Ermənistan ordusu 1990-cı illərin əvvəllərində iki ölkə arasında müharibə başlamazdan əvvəl Sovet Azərbaycanının tərkibində olmuş dörd kənddən geri çəkilib. Hər iki tərəf sərhədin delimitasiya və demarkasiya prosesini davam etdirmək barədə razılığa gəlsə də, son bir il ərzində digər sərhəd hissələrində irəliləyiş əldə olunmayıb. Ermənistan müxalifəti bu mübahisəli sərhəd demarkasiyası və İrəvanın növbəti diplomatik addımlarını kapitulyasiya adlandıraraq Paşinyanın istefasını tələb edib. Lakin 2024-cü ilin may və iyun aylarında minlərlə insanın iştirak etdiyi davamlı küçə etirazları və mitinqlər nəticəsiz başa çatıb. Ermənistanın baş naziri isə hökumətinin Azərbaycanla dayanıqlı sülh axtarışlarının hələ də cəmiyyətin geniş dəstəyinə malik olduğunu bəyan edib. 2020-ci ildə Qarabağda 44 günlük müharibəyə son qoymaq üçün Moskvanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalanıb. Bu razılaşmanın maddələrindən birinə əsasən, Ermənistan Azərbaycanla onun eksklavı – Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməli və vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etməlidir. 2024-cü ildə tərəflər bu məsələ üzrə ortaq həll tapa bilmədiyi üçün Azərbaycan və Ermənistan razılaşıblar ki, bu məsələ sülh sazişindən ayrıca şəkildə müzakirə olunsun. Ermənistan və Azərbaycan arasında davam edən mübahisənin mümkün həlli çərçivəsində yolun idarəçiliyində ABŞ-ın iştirakı ilə bağlı müzakirələr iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş sammit fonunda gündəmə gəlib. Beş saat davam edən həmin görüşün əsas mövzularından birinin də nəqliyyat bağlantıları olduğu güman edilir. ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak bildirib ki, Vaşinqton iki Cənubi Qafqaz ölkəsi arasında sülh sazişinə töhfə vermək məqsədilə belə bir nəqliyyat bağlantısı üçün 100 illik icarə modeli təklif edib: “Ermənistan və Azərbaycan 32 kilometrlik bir yol üzərində mübahisə edir, amma bu, zarafat deyil. Bu, artıq illərdir ki, davam edir – 32 kilometrlik bir yol”. Ermənistan baş nazirinin sözçüsü Nazeli Bağdasaryan icarə ideyasını inkar etsə də, Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında ABŞ-ın insan və yük daşımalarının Zəngəzurdan keçidinin idarə olunmasının amerikalı şirkətə həvalə olunmasını təklif etdiyini təsdiqləyib. O, İrəvanın bu marşrutun idarəsini üçüncü tərəfə – o cümlədən ABŞ şirkətinə və ya yeni yaradılacaq birgə müəssisəyə – verməyə hazır olduğuna işarə edib. Bununla belə, Paşinyan vurğulayıb ki, İranla sərhəddə yerləşən yeganə bölgəsi üzərində ölkənin suverenliyi tam şəkildə qorunmalıdır: “Biz dəmir və avtomobil yolları haqqında çox danışırıq, amma bu kontekstdə biz həm də boru kəmərləri, elektrik xətləri və telekommunikasiya kabellərindən danışırıq – bu, yaradılması və idarə olunması lazım olan bir infrastrukturdur”. Öz növbəsində, prezident İlham Əliyev tələblərini bir daha təkrarlayıb: “Azərbaycan vətəndaşları və yük maşınları Ermənistan sərhədçilərinin və ya başqa birinin üzünü görməməlidir. Fiziki təmas olmamalıdır, bizim vətəndaşlarımız və yüklərimiz üçün sərbəst keçidi təmin edən təhlükəsizlik zəmanətləri mövcud olmalıdır”. Dayanıqlı sülh və Ermənistandan keçəcək tranzit marşrutun açılması neft və qazla zəngin Qafqaz və Mərkəzi Asiyanı Rusiya ilə İrandan keçmədən Avropa ilə birləşdirmək potensialına malikdir. Həm Rusiya, həm də İran ABŞ-ın Ermənistanın İranla sərhəddə yerləşən strateji Sünik bölgəsində mümkün varlığı ilə bağlı narahatlıq ifadə ediblər. Moskva Vaşinqtonu Azərbaycan - Ermənistan sülh prosesini ələ keçirməyə və regional gücləri bu prosesdən kənarlaşdırmağa çalışmaqda ittiham edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bundan əvvəl bildirib: “Qərb Bakı ilə İrəvan arasındakı barışıq prosesini öz xəttinə keçirmək niyyətindədir. Biz yaxşı bilirik ki, bu xətt adətən hara aparır... Bu, regiondakı təhlükəsizlik sisteminin balanssızlaşmasına səbəb ola bilər”. İran da Ermənistanla olan şimal sərhədini təhlükəyə ata biləcək istənilən razılaşmaya qarşı olduğunu qəti şəkildə bildirib. İranın ali dini lideri Əli Xamneinin baş müşaviri Əli Əkbər Vilayəti regionda və ya ondan kənarda yerləşən ölkələrə xəbərdarlıq edib ki, onlar Azərbaycan üçün Ermənistanın İranla sərhəd ərazisindən keçəcək quru dəhlizi təmin etməyə çalışmaqdan çəkinsinlər: “Öz maraqlarına və regionun maraqlarına laqeyd olan bəzi iddialı hökumətlər Zəngəzur dəhlizi məsələsini gündəmə gətirərək Cənubi Qafqazda öz qeyri-legitim məqsədlərini irəlilətmək üçün hər qapını döyürlər”. Amma müşahidəçilər hesab edir ki, nə Rusiya, nə də İran ABŞ-a qarşı çıxmağa cəsarət edəcək. Bundan başqa, Azərbaycan və Ermənistan arasında sülh Tramp üçün Nobel Sülh Mükafatına namizədliyini gücləndirmək baxımından əhəmiyyətli bir fürsətdir. Ağ Ev bəyan edir ki, Tramp bir neçə qlobal münaqişəni uğurla həll edib. Bunlara Tailand və Kamboca, İsrail və İran, Ruanda və Konqo Demokratik Respublikası, Hindistan və Pakistan, Serbiya və Kosovo, Misir və Efiopiya arasındakı mübahisələr daxildir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ