çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Dünyada Azərbaycanın maraqlarının təmin edilməsində yeni böyük uğur...

Image


Azərbaycanın müasir tarixində milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq arenada mövqelərin gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri son günlərdə özünü daha qabarıq şəkildə büruzə verir.

Söhbət prezident İlham Əliyevin ABŞ-a səfəri, əldə edilən razılıqlardan gedir. Bütün bunlar nəticə etibarı ilə regionda sülh və əməkdaşlıq mühitinin başlanmasıan cavab verir ki, belə vəziyyət Azərbaycanın ictimai və dövlət maraqlarının təmin edilməsində böyük önəmə malikdir.

“Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş tarixə qovuşur

Eyni zamanda, baş verənlər Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların konkret nəticələridir. Bu reallıqlara gedən yol isə heç də rəvan olmayıb. Xatırladaq ki, prezident İlham Əliyev üçün milli maraqların qorunmasının əsas şərtlərindən biri güclü dövlət və sabit cəmiyyətin formalaşdırılması olub. O, hakimiyyətə gəldiyi ilk illərdən ölkədə siyasi sabitliyin, ictimai təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsini qarşısına məqsəd qoydu.

Daxili siyasətdə milli maraqların qorunması iqtisadi müstəqilliklə sıx bağlıdır. İlham Əliyevin həyata keçirdiyi neft strategiyası və enerji layihələri ölkəyə böyük maliyyə resursları gətirdi. Bu gəlirlər infrastrukturun yenilənməsi, sosial proqramların genişləndirilməsi və regionların inkişafı üçün istifadə olundu. Beləliklə, milli iqtisadi təhlükəsizlik möhkəmləndirildi. Dövlət başçısının

xarici siyasəti Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üzərində qurulub. O, balanslaşdırılmış diplomatiya apararaq həm qonşu ölkələrlə, həm də qlobal güc mərkəzləri ilə qarşılıqlı faydalı münasibətlər yaradıb. Yenə prezidentin ABŞ səfəri fonunda bunu görmək olar. Məəslən, bu səfər fonunda ABŞ prezidenti Donald Trampın “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasını dayandırılmaq üçün atdığı addımlar Azərbaycanın böyük uğuru, milli maraqlarının etibarlı şəkildə təmin olunmasıdır. Qeyd edək ki, prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq. Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Amma inidi Azərbaycanın gedişləri sayəsində bu sənəd tarixin arxivinə qovuşur. ABŞ-la Azərbaycanın Strateji İşçi Qrupu yaratması ölkəmizin maraqlarının etibarlı müdafiəsini göstərən daha bir faktordur. Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. Bu fonda “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” da ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək: enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə; müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Naxçıvan üçün möhtəşəm yenilik...

Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırlması bu gün Azərbaycanın ən möhtəşəm uğurlarından biri hesab olunur. Faktdır ki, prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl fəaliyyət nəticəsində Azərbaycanın mövqeləri beynəlxalq təşkilatlarda dəstəklənib. Bu müstəvidə milli maraqları qorumaq sahəsində ən böyük nailiyyət 2020-ci ilin Vətən müharibəsində əldə olunan qələbədir. 44 günlük hərbi əməliyyat nəticəsində Azərbaycan Ordusu işğal altında olan torpaqların böyük hissəsini azad etdi. Bu, yalnız hərbi uğur deyil, həm də milli iradənin, siyasi qətiyyətin və diplomatik bacarığın nəticəsi idi. Birgünlük antiterror əməliyyatı isə bütün ərazilərdə suvernliyin bərpa olunması ilə nəticələndi.

İndi qələbənin nəticələri dünyada qəbul edilir. Yenə həmin qələbənin nəticəsi olaraq Azərbaycanla ayrılmaz ərazimiz olan Naxçıvan arasında Zəngəzur dəhlizi üzrə birbaşa əlaqə yaradılır. Bu, dövlət maraqlarının müdafiəsində möhtəşəm uğurdur. ABŞ-ın “Politico” nəşri yazır ki, dəhliz yaxın perspektivdə işə düşəcək. Nəşrə danışan üç ABŞ rəsmisinin sözlərinə görə, bu, ABŞ-ın ortaq tranzit dəhlizinin inkişafı ilə bağlı mübahisənin həllinə kömək etməsi sayəsində mümkün olub. Onlardan biri qeyd edib: “Uzun müddətdir davam edən münaqişənin yumşaldılmasının açarı tranzit dəhlizinə dair sazişdir. Bu, Azərbaycanla anklavı Naxçıvan arasında Zəngəzur dəhlizi kimi tanınan - Ermənistan ərazisinin dağlıq hissəsindən keçən yolun açılmasını ehtiva edir. Biz onun blokunu aça bilsək, bəlkə də qalan hissələr yerinə düşməyə başlayaq”. Nəşr yazıb ki, Ermənistan Zəngəzur dəhlizinə nəzarətin 99 il müddətinə ABŞ-a verilməsinə razılaşıb: “ABŞ torpaq sahəsini dəmir yolu, neft, qaz və fiber optik xətləri və 32 km dəhliz boyunca elektrik enerjisinin ötürülməsini inkişaf etdirəcək konsorsiuma icarəyə verəcək”. Onu da qeyd edək ki, Azərbaycanın xarici siyasəti milli maraqların beynəlxalq səviyyədə müdafiəsini hədəfləyir. Balanslaşdırılmış diplomatiya, müxtəlif qlobal güclərlə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq və regional təşəbbüslərdə fəal iştirak ölkəmizin mövqelərini möhkəmləndirir. Qoşulmama Hərəkatına sədrliyi, enerji təhlükəsizliyi layihələrində lider mövqeyi və beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın qlobal nüfuzunu artırıb. Bu, milli maraqların beynəlxalq müstəvidə qorunmasının nümunəsidir. ümumiyyətlə, Azərbaycan milli maraqlarının qorunması ölkənin müstəqilliyini, sabitliyini və inkişafını təmin edən əsas amildir. Güclü dövlət, müasir ordu, diversifikasiya olunmuş iqtisadiyyat, zəngin mədəni irs və balanslı xarici siyasət bu maraqların təmin olunmasında həlledici rol oynayır. Amma hazırkı geosiyasi şəraitdə milli maraqların qorunması yalnız dövlət siyasətinin deyil, həm də hər bir vətəndaşın məsuliyyətidir.

Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ