çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanın ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyası işə düşdü...

Image


Akif Nağı: "Bu onu təsdiqləyir ki, ABŞ üçün Azərbaycanla strateji tərəfdaşlıq çox mühümdür"

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri dünyanın diqqətindədir. Ekspertlərin fikrincə, Əliyevin bu səfəri ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Mətbuatdan da məlumdur ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir.

Prezident Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalana(n)caq “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir.

ABŞ-Azərbaycan Strateji tərəfdaşlığının inkişaf etdirilməsi üçün Birgə Strateji İşçi Qrupun yaradılması haqda ABŞ-Azərbaycan memorandumu imzalandı.

Ermənistan indiyə kimi bölgədə ABŞ-la Strateji tərəfdaşlıq Xartiyası imzalamış tək ölkə olması ilə öyünürdü, bu gün isə vəziyyət tamamilə dəyişib və Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi təsdiqlənib. Əlbəttə, bu da Ermənistana ən tutarlı cavabdır.

"ABŞ rəhbərliyi artıq Azərbaycanın regiondakı lider rolunu, Azərbaycanın uğurlarını qəbul edir"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, əlbəttə, bu çox mühüm hadisədir: "Dünyada münasibətlər sistemi dəyişir, o cümlədən, bizim regionda da çox ciddi dəyişikliklər baş verir. Müsbət haldır ki, bu dəyişikliklər içində Azərbaycan və Türkiyənin özünəməxsus yeri var. Azərbaycanın və Türkiyənin mövqeyi ilə dünyanın aparıcı dövlətləri hesablaşır. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq sənədinin imzalanması və işçi qrupun yaradılması vacib məsələdir və mühüm hadisədir. Bu onu təsdiqləyir ki, ABŞ üçün Azərbaycanla strateji tərəfdaşlıq çox mühümdür. ABŞ-ın Azərbaycanla güclü əlaqələrinin olması bütün mənalarda mühüm əhəmiyyətə malikdir.

Bu işçi qrupun yaradılması ondan xəbər verir ki, bu yalnız bir deklarativ sənəd olmayacaq, praktik istiqamətdə iş aparılacaq. Bu praktiki işin də istiqamətlərini, mahiyyətini, konkret planını işçi qrup təsdiq və təqdim edəcək. Bu çox müsbət prosesdir. ABŞ-la Azərbaycan arasında çox sahələrdə əməkdaşlıq olmalıdır. Məsələnin bir tərəfi ondan ibarətdir ki, ABŞ rəhbərliyi artıq Azərbaycanın regiondakı lider rolunu, Azərbaycanın uğurlarını qəbul edir. Uzun müddət Azərbaycanın uğurlarını qəbul edə bilmirdilər. Xüsusən də Tramp administrasiyasından əvvəlki Bayden administrasiyası heç bir halda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və bütün ərazilərində suveren hüquqlarının bərpa olunması ilə bağlı hərəkətlərini həzm edə bilmirdi. Bu da onların yanlış informasiyası, regiondakı yanlış siyasətləri, eyni zamanda xristian təəssübkeşliyi ilə bağlı idi. Çox cəhdlər etdilər, amma alınmadı, Azərbaycan müqavimət göstərdi, haqlı mövqeyini ortaya qoydu. Əgər davamlı şəkildə ortaya mövqe qoyulursa, deməli haqlıdır və hər kəs, o cümlədən super dövlətlər də o mövqe ilə hesablaşırlar". A.Nağının dəyərləndirməsinə görə, Azərbaycanın mövqeyi dünyanın super dövləti tərəfindən qəbul olunub.

O vurğuladı ki, bundan bir müddət əvvəl təxminən eyni məzmunda əməkdaşlıqla bağlı sənəd dünyanın digər super iqtisadi dövləti olan Çinlə imzalandı. A. Nağı qeyd etdi ki, Çinlə də Azərbaycanın çox xoş münasibətləri var. "ABŞ-la imzalanan sənəd də həmin o silsilə prosesinin davamıdır. Necə ki, Çin Azərbaycanın bölgədəki və dünya sistemindəki mövqeyini qəbul edib, ABŞ da qəbul edir.

Bu iki dövlət reallıqla hesablaşır, hesablamayan Rusiyadır ki, hələ də Azərbaycanın mövqeyini başa düşmək istəmir.

Deyək ki, Azərbaycana qarşı ənənəvi patoloji nifrəti olan İran rəhbərliyi də artıq tədricən Azərbaycanın mövqeyini qəbul edir. Orda da Azərbaycana münasibət məsələsində parçalanma var, ikitirəlik yaranıb, ənənəvi antiazərbaycan siyasətindən geri çəkilmək zorundadırlar, İran prezidenti Məsud Pezeşkianın xəttini qəbul etmək istəmirlər, amma bu, məntiqlə İranın özünün maraqlarına cavab verən bir xətdir. Rusiya isə o proseslərdən kənardadır, köhnə imperialist ideyalarından geri çəkilmir, Azərbaycana təsir etmək imkanları axtarır, mövqeyini qəbul etmək istəmir, özü də bundan zərər çəkir. Görürsüz, regiondan kənarda qaldı. Bu, Rusiyanın öz günahıdır. Bu, məsələnin bir tərəfi. Digər tərəfi isə, bu məsələyə dünyada gedən proseslər prizmasından yanaşaq. İqtisadi maraqlar həmişə hər şeydən üstün olub. ABŞ prezidenti həm də iş adamıdır, ona görə də məsələnin iqtisadi tərəflərini həmişə öndə tutur. Azərbaycan bu gün dünyanın iqtisadi maraqlarının mərkəzində dayanır. Söhbət Orta dəhliz layihəsindən gedir ki, bunun da əsas hissəsini təşkil edən Zəngəzur dəhlizi məsələsidir. Bu məsələ də artıq diqqət mərkəzində oldu. Rəsmi və qeyri-rəsmi məlumatlara görə, Tramp bu dəhlizi öz adı ilə, ABŞ-ın adı ilə bağlayır. Müvəqqəti olaraq o dəhlizə istənilən adı vermək olar. Ermənilər "Sünik qapısı" deyirlər, biz Zəngəzur dəhlizi deyirik, ABŞ "Tramp marşurutu" (“Tramp Yolu – Beynəlxalq Sülh və Rifah”) deyir. Amma mahiyyət etibarı ilə Azərbaycanın maraqlarına uyğun olaraq məsələ öz həllini tapır. Azərbaycan Prezidentinin dediyi kimi, Azərbaycanın bir ərazisindən digərinə maneəsiz, hər hansı bir şərt olmadan hərəkət təmin olunmalıdır. Belə görsənir ki, Azərbaycanın bu tələbi, bu şərti birmənalı olaraq ABŞ tərəfindən dəstəklənir, yerinə yetirilir. Ona görə də ABŞ və Azərbaycan arasında imzalanan bu sənəddə birbaşa, yaxud dolayısı ilə dediyimiz şərtlər öz əksini tapır.

Artıq ABŞ Ermənistanı da başa salıb ki, Azərbaycanın bu haqlı şərtlərini qəbul etmək lazımdır.

Ermənistanın da artıq mövqeyi ortadadır, Ermənistan Azərbaycanın uğurlarını, ABŞ-la strateji tərəfdaşlığını görür. Həm Azərbaycanın gücü, həm də beynəlxalq aləmdə gedən proseslərin nəticəsi olaraq Ermənistan başa düşür ki, Azərbaycanla hesablaşmaq məcburiyyətindədir.

Türkiyə də bizim yanımızdadır, bizimlə bir yerdə bu proseslərin içindədir. Hesab edirəm ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. İllərdir ənənəvi olaraq belə siyasət yeritmişik. Bundan sonra da bu işlər gedəcək. Yəni bizim gücünüz eyni zamanda Türkiyənin gücüdür, Türkiyənin də gücü bizim gücümüzdür. Eyni zamanda bununla bütün dünya hesablaşır.

Azərbaycan və Türkiyənin birgə gücü, ittifaqı, mövqeyi ilə hesablaşırlar, bu ittifaqa qoşulmaq istəyənlər, onu nəzərə alanlar da çoxdur.

Hesab edirəm, hər şey müsbət dinamikada gedir. Cənab Prezidentin ABŞ-a səfəri, keçirdiyi görüşlər, müəyyən sənədlərin imzalanması çox vacib məsələdir, keyfiyyətcə tam yeni bir mərhələdir. Həm Azərbaycan, həm region, eyni zamanda da münasibətlər sistemində bu proses özünəməxsus yer tutur və tutacaq da. Bu başlanğıcdır və daha ciddi nəticələrə və daha böyük uğurlara gətirib çıxaracaq".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ