Livan hökuməti Hizbullah da daxil olmaqla ölkədəki bütün silahlı qüvvələrin dövlətin nəzarətinə keçməsi və qrupların silahlarının toplanması barədə qərar qəbul edib. Hizbullah isə bu qərarı tanımadığını bəyan edib.
“Reuters” xəbər verir ki, ABŞ Livana bir təklif təqdim edib, təklifdə Hizbullahın ilin sonuna qədər tərksilah edilməsi, İsrailin bu ölkədəki hərbi əməliyyatlarına son qoyulması və Livanın cənubundakı beş mövqedən qoşunlarını çıxarması tələb olunur.
ABŞ Prezidenti Trampın regional nümayəndəsi Tom Barak tərəfindən təqdim edilən və Livan Nazirlər Kabinetinin iclasında müzakirə edilən plan, əsasən keçən il İsraillə apardığı dağıdıcı müharibədən bəri artan tərksilah çağırışlarını rədd edən İran dəstəkli Hizbullahın tərksilah edilməsini nəzərdə tutur.
Təklifdən sonra Livan hökuməti Hizbullah da daxil olmaqla, ölkədəki bütün silahlı qüvvələrin dövlət nəzarətinə keçməsi və qruplaşmaların silahlarının müsadirə edilməsi ilə bağlı qərar qəbul edib.
Hizbullah isə Livan hökumətinin tərksilah qərarını tanımadığını bəyan edib.
ZÜMRÜD