ABŞ prezidenti Trampın Hindistana Rusiya neftinin alınmasına görə əlavə gömrük rüsumları tətbiq etməsi işə yarayıb. Məlumatlara göə, Dehli hökuməti Rusiyadan neft alışını dayandırmağa hazırlaşır.
“Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, Hindistanın dövlət neft emalı zavodları ABŞ-ın Hindistana əlavə 25%-lik rüsumlar tətbiq etməsi səbəbindən Rusiya neftinin növbəti alışını dayandıracaq.
Hindistan hökuməti rəsmi olaraq, Rusiya neftinin satın alınmasının dayandırılması barədə göstəriş verməsə də, “Indian Oil”, “Bharat Petroleum” və “Hindustan Petroleum” kimi böyük şirkətlərin hökumətdən dəqiq göstərişlər alınana qədər satınalmaları dayandırmaq qərarına gəldiyi bildirilir.
Qeyd edək ki, Tramp iyulun sonunda Hindistana 25% əlavə rüsum tətbiq edib. O, bu qərara əsas kimi Yeni Dehlinin yüksək tarifləri, ticarət maneələri və “Rusiya ilə əməkdaşlığı” göstərib. O, həmçinin bildirib ki, Hindistan bu hərəkətlərə görə cərimə də ödəməlidir.
ABŞ-ın yeni tarifləri cümə axşamı günü qüvvəyə minib. Tramp çərşənbə günü imzaladığı başqa bir sərəncamla avqustun 27-dən etibarən Rusiyadan neft aldığına görə Hindistana əlavə 25 faizlik vergi tətbiq edib.
Ekspertlərin fikrincə, bütün bunlar Hindistanın dünyanın üçüncü ən böyük neft idxalçısı olan Rusiyadan neft alışına əhəmiyyətli dərəcədə təsir edəcək. Ekspertlər eyni zamanda xəbərdarlıq edirlər ki, Hindistan neftayırma zavodları alternativ mənbələrə müraciət edərsə, qlobal enerji bazarlarında volatillik yarana bilər.
O da bildirilir ki, Hindistanın rus neftindən imtina qərarı Qərb sanksiyalarından sonra Rusiyanın Asiyaya enerji ixracı strategiyasına da təsir edə bilər.
TAHİR