çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

"İlham Əliyev Zəngəzur dəhlizini almayınca, ABŞ-da sənəd imzalamayacaq" - "Fransa da bunda maraqlıdır"...

Image


Azərbaycan, ABŞ və Ermənistan liderlərinin həftəsonu Vaşinqtonda keçiriləcək görüşünə İrəvanda iqtidar və müxalifət təmsilçiləri diametral şəkildə əks qiymət verirlər.

Hökumət görüşün vacibliyini vurğulayaraq, tezliklə sülhün bərqərar olacağına eyham vursa da, parlamentdənkənar müxalif “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan Amerika platformasında Azərbaycanın Zəngəzur dəhlizi məsələsini qaldıracağına inanır: “Bu, Amerika tərəfi üçün simvolik əhəmiyyətli hadisədir. Əliyev getməyə razılıq verdi, güman edə bilərəm ki, bunun müqabilində o, Amerika tərəfinin dəstəyini istəyir ki, arzuladığı Zəngəzur dəhlizini ala bilsin. Bu, Ermənistan tərəfi üçün də vacibdir, çünki Ermənistan da bundan sonra ABŞ-ın zəmanəti altına daxil olacaq ki, bu da seçkiqabağı proseslər kontekstində mühüm əhəmiyyət kəsb edir”.

Barəsində bəhs edilən üçtərəfli görüş son aylarda regional kommunikasiyaların açılması ilə bağlı aktiv müzakirələr fonunda keçirilir. İki ay əvvəl məlum olub ki, Amerika tərəfi bu məsələ ilə bağlı İrəvan və Bakıya təkliflər verib. Daha sonra təfərrüatları ABŞ-ın Türkiyədəki səfiri Tomas Barak açıqlayıb. O bildirib ki, söhbət Zəngəzurdan keçən yolun icarəyə verilməsindən gedir. Öncə İrəvan təklif olunan həll yolunun qəbuledilməz olduğunu bəyan etdi, lakin baş nazir Nikol Paşinyan son mətbuat konfransında blokadanın aradan qaldırılması üçün müzakirə olunan əsas variantın Amerika variantı olduğunu təsdiqlədi. Ancaq bunun konkret nədən ibarət olduğu aydın deyil. Hakimiyyət əmin edir ki, nə müzakirə etsələr də, Ermənistan üçün vacib olan ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsipləri qorunub saxlanılacaq. Parlamentin xarici əlaqələr komitəsinin üzvü Hasmik Akopyan əmin edib ki, İrəvan bu məsələdə güzəştə getməyəcək: “Rəsmi mesajlara diqqət edin. Biz blokadanın götürülməsi ilə bağlı prinsiplərimizi bəyan etmişik, bütün fəaliyyətimiz boyu öz yurisdiksiyamızdan, ərazi bütövlüyümüzdən, suverenliyimizdən kənar heç bir iş görmürük. Hər hansı mərhələdə blokadanın götürülməsinə nail ola bilsək, bu çox gözəl olardı. Əgər biz hansısa mərhələdə sülh sazişinin imzalanmasına nail ola bilsək, bu çox yaxşı olardı". Hakim partiyanın Ermənistanın Zəngəzur dəhlizi adlanan məsələni heç vaxt müzakirə etmədiyi və müzakirə etməyəcəyi ilə bağlı iddiaları parlament müxalifətini inandırmır. "Hayastan" fraksiyasından olan Artur Xaçatryan xatırladır: “Altı il əvvəl Paşinyan bəyan etdi ki, "Qarabağ Ermənistandır, vəssalam”. İndi siz o adamdan prinsipiallıq, ardıcıllıq tələb edirsiniz? O öz kreslosunu saxlamaq üçün hər şeydən əl çəkməyə hazırdır”. Xaçatryanın sözlərinə görə, Azərbaycan prezidentinin əsas prioriteti indiki mərhələdə Mehridən keçən maneəsiz marşrutdur. Onun fikrincə, prezident İlham Əliyevin 5 ay əvvəl razılaşdırılmış sülh sazişini imzalamaqdan imtina etməsinin səbəbi də budur: “Azərbaycan hansısa sənədi imzalamaq üçün Ermənistandan əlavə güzəştlər tələb edir və bu güzəşt Mehri dəhlizi olacaq. Ermənistan Respublikası nə əldə edəcək? O, qətiyyən heç nə əldə etməyəcək, çünki Azərbaycan güzgü təklifi verməyib ki, ermənilər, məsələn, Mehri vasitəsilə Naxçıvana daxil olub, Arazdəyəndən keçib İrəvana çata bilsinlər. Belə bir təklif yoxdur. Baş nazir Paşinyan bu ilin martında yazdığı məqaləsində iddia edib ki, Azərbaycandan Ermənistan üzərindən Naxçıvana rabitə regional kommunikasiya marşrutları mövzusunun alt mövzusudur. Bu o deməkdirmi ki, kanalların eyni vaxtda açılması Ermənistan üçün prinsipialdır? Paşinyan mətbuat konfransında bu sualı cavabsız qoyub. Sülh sazişi ilə bağlı sənəd, böyük ehtimalla, ABŞ-da paraflanacaq. Azərbaycan Minsk Qrupunun buraxılmasını, həmçinin dəhlizin verilməsini tələb edəcək və istədiyini alacaq”. Baş nazirin komanda yoldaşı Hasmik Akopyan təkid edir ki, regional blokadanın aradan qaldırılmasına nail olmaq Ermənistanın məqsədidir və müxalifətin niyə bunu güzəşt adlandırdığını anlamır: “Blokadanın aradan qaldırılması ilə bağlı istənilən müsbət şey həm də sülhə xidmət edir. Müxalifət isə dəhliz ifadəsi ilə yalançı paketlər hazırlayır və cəmiyyəti çaşdırmağa çalışır”. “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan isə qeyd edir ki, Azərbaycan prezidenti blokadanın götürülməsindən danışarkən əsasən Zəngəzur yolundan danışır, tələblər irəli sürür: “Biz görürük ki, Sünik şəhərinin xəritəsini masaya qoyub mübahisəli əraziyə çeviriblər. ABŞ səfirinin bu yaxınlarda buranın mübahisəli ərazi olması barədə bəyanatına Ermənistan tərəfi heç bir cavab verməyib. Onlar sakit dayanmağa çalışıblar ki, gedib bu görüşdə iştirak etsinlər”. Amerika platformasında gözlənilən görüşə gəlincə, Edmon Marukyan Vaşinqtonun Ermənistan-Azərbaycan sülh sazişinin qarantı olacağını düşünmür: “Söhbət sadəcə onların vasitəçiliyi ilə hansısa memorandumun imzalanmasından gedir”. Erməni politoloq Qagik Ambaryan isə qeyd edir ki, Zəngəzur dəhlizinin təhvil verilməsi Vaşinqtonda baş tutacaq. Ekspert bildirib ki, Nikol Paşinyan Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampla görüş üçün Vaşinqtona səfər edib: “Tramp Vaşinqtonda onu hansısa sənədi imzalamağa məcbur edəcək, amma ən əsası odur ki, Zəngəzur dəhlizi təhvil veriləcək”. Politoloq əlavə edib ki, bundan sonra dəhlizə nəzarət Azərbaycan və Türkiyəyə keçəcək: “Qərb, xüsusən ABŞ və Fransa bunda maraqlıdır”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ