çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Söz azaddır, lakin oxucuları yalan başlıqlarla aldada bilməzsən - yeni “media orqanları” peyda olub...

Image


Biz söz və məlumat azadlığının bərqərar olduğu bir ölkədə yaşayırıq. Amma bu o demək deyil ki, media orqanları söz azadlığından geninə-boluna sui-istifadə etməlidirlər, yaxud edə bilərlər.

Media orqanları da, jurnalistlər də söz azadlığından aşırı istifadə etməməlidir ki, nəticədə ortaya tamamilə başqa bir mənzərə çıxsın. Çox təəssüflər olsun ki, hələ də ölkəmizdə bəzi saytların qanunazidd, peşə prinsipləri əleyhinə addımlarının şahidi oluruq. Xüsusən də yazılara, xəbərlərə, şərhlərə, müsahibələrə qoyulan başlıqlara baxmaq kifayətdir ki, bu barədə aydın təsəvvürün olsun.

Ümumiyyətlə, yazı başlıqları bizim medianın yaralı yeridir və tez-tez bu məsələ geniş müzakirə olunur. Təbii ki, hər bir media orqanının özünün yazı başlığı siyasəti olmalıdır. Ümumiyyətlə, yazıya marağın başlıqdan başlandığını nəzərə alsaq, gərək redaktor yazıya elə başlıq qoysun ki, həm yazının məzmununa uyğun gəlsin, həm oxucunu cəlb etsin, həm də şişirtmədən, yalan-palandan uzaq olsun, gerçəyi əks etdirsin.

Yanıldıcı, aldadıcı, “şok” başlıqlardan oxucunun təngə gəldiyi məlumdur. Çox təəssüflər olsun ki, ölkəmizdə təqdim etdikləri yazılara, xəbərlərə yanıldıcı başlıqlar qoyan xeyli sayda xəbər saytları, Yotube kanalları mövcuddur. Onların çoxu aktiv fəaliyyət göstərir. Söz yox ki, hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var və mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə, dediyimiz kimi, yazılara qoyulan uğurlu və ya uğursuz, doğru və ya aldadıcı başlıqlardır. Məlumdur ki, sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bu gün bəzi saytlarda gedən yazılara baxdıqda müxtəlif formada başlıqlara rast gəlirik. Bəzən elə olur ki, xəbər başlığı informasiyanın özündən daha maraqlı olur, amma xəbəri açırsan və görürsən ki, başlıqla mətn arasında heç bir əlaqə, uzlaşma yoxdur.

Ekspertlər də bildirir ki, bəzi media orqanları, xüsusən də sosial media, müəyyən saytlar, Yotube kanalları mövcud söz azadlığından sui-istifadə edərək xəbərlərə, süjetlərə yanıldıcı başlıqlar qoyurlar.

Ekspertlər qeyd edir ki, yazıların başlığına baxırsan, məqaləni oxuyanda görürsən ki, ortada uyğunsuzluq var, çox vaxt mətn sərlövhəni tamamlamır.

Ekspertlər bunun səbəbinin müxtəlif olduğunu deyir. Burda başlıca səbəblərdən biri İP toplamaqdır. Digər səbəblərə gəlincə, sayt redaktorları hazırladıqları materialın diqqət cəlb etməsi, yəni daha çox oxunması üçün bu üsula əl atırlar, belə çaşdırıcı başlıqlar qoyurlar.

Hətta illər əvvəl belə bir tendensiya da vardı ki, bəzi qəzetlərdə, saytlarda oxucular yazıları deyil, başlıqları oxuyurdular, başlığın yanıldıcı olduğunun fərqinə çoxları varmırdı. Müasir oxucunun tələbi isə daha başqadır, o, reallıqdan çıxış edilməsini tələb edir, obyektiv yanaşma görmək istəyir.

Bəzi ekspertlər hesab edir ki, bu cür sərlövhələrin meydana çıxmasının bir səbəbi də çoxsaylı saytlar, internet platformaları, sosial media arasındakı rəqabətlə bağlıdır ki, bu da nəticədə redaksiyaların ziyanına işləyir və oxucunu kənarlaşdırır. Oxucu başlığı görüb mətni açır, amma başlıqda əks olunanı yazının içində görmədikdə bir daha o sayta girmir... Oxucunu belə itirir bəzi saytlar.

Bir məsələ də var ki, onu da ekspertlər daim müzakirə edirlər, bu da bəzi saytlarda peşəkarlığın unudulmasıdır. Ekspertlərə görə, İP uğrunda mübarizə bütün peşəkar yanaşmaları, prinsipləri yıxıb dağıdır. Burda ən diqqət çəkən problemlərin biri də, yeri gəldi-gəlmədi, "şok” və “təcili” sözlərindən istifadə ilə bağlıdır. Bu sözə həm saytların təqdim etdiyi yazıların başlıqlarında, həm də Youtube kanallarının təqdim etdikləri verilişlərin sərlövhələrində rast gəlinir, özü də sıx-sıx.

Başlıqla məzmunun üst-üstə düşməməsini bəzi ekspertlər qeyri-peşəkarlıqla bağlayır. Çoxları bu gün başlığında "şok” sözü olan heç bir yazını oxumur, oxumaqdan imtina edir. Artıq oxucu bəzi saytların sensasiya yaratmaq cəhdini yaxşı dərk edir və bu üzdən də belə yazılara yaxın durmur. Ekspertlər birmənalı olaraq deyirlər ki, başlıq mütləq yazının məzmununa uyğun olmalıdır, eyni zamanda yalan ifadələrdən ibarət olmamalıdır, həm görüntü olaraq, həm də məzmun olaraq başlıq göz oxşamalı, cəlbedici görünməlidir, amma çaşdırıclıqdan uzaq olmalıdır.

Təbii ki, oxucuların, ictimaiyyətin, ziyalı kəsimin bəzi saytların qoyduqları başlıqlardan narazılıqları çoxdur və onlar bu mövqelərini heç zaman gizlətmirlər. Məsələn, dəfələrlə eşitmişik ki, oxucular aidiyyəti qurumların bu kimi halların qarşısını almalarını istəyiblər.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəzi saytların qoyduqları uyğunsuz başlıqlarla bağlı onlara etdiyi son xəbərdarlıq ictimayyətin maraqlarını tamamilə əks etdirir və insanlar tərəfindən razılıqla qarşılanır.

MEDİA-nın açıqlamasında bunlar deyilir: “Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir. Qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir. Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirib. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir”.

Açıqlamada xatırladılır ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır: “Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”.

MEDİA-nın bu açıqlamasını bir daha ona görə xatırlatdıq ki, hələ bu yanlış yolda olan saytlar bəlkə bir nəticə çıxara, “çörək bahalaşdı”, “dollar kəskin bahalaşdı”, “şok”, “təcili” və sair kimi yalan-palan dolu başlıqlar təqdim etməkdən çəkinsinlər.

MEDİA qanunvericiliyə tam uyğun olaraq belə saytlara müvafiq xəbərdarlıq edib və bu xəbərdarlıq da onları söz və məlumat azadlığına hörmət etməyə, ondan sui-istifadə etməməyə peşəkar bir çağırışdır. Əlbəttə, söz azadlığından sui-istifadə ilk növbədə peşə etikasına ziddir və jurnalist sənətinə hörmətsizlikdir. Söz azadlığını qorumalıyıq və onun bütün pronsiplərinə əməl etməliyik.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ