çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Rusiya mediası Azərbaycan fermerlərini dövlətə qarşı təxribata çəkir...

Image


Akif Nəsirli: “Rusiya mediasının məsələni necə yozmasından asılı olamayaraq, heç vaxt Azərbaycan fermerlərinin dövlətlə bağlı mövqeyini sarsıda bilməz”

Rusiya mediası Azərbaycan əleyhinə kampaniyanı günü-gündən daha da genişləndirir. Biz bu ölkənin mediasından özümüzə qarşı yalnız qərəz, qarayaxma, qeyri-obyektiv münasibət görürük.

Ölkəmizin daxilində baş verən kiçik bir problemi belə Rusiya mediası tamamilə başqa cür yozur və bundan Azərbaycan hakimiyyətinin əleyhinə istifadə etməyə cəhdlər edir.

Lerikin hansısa kəndində yaranmış vəziyyətlə əlaqədar yerli medianın obyektiv olaraq işıqlandırdığı bir məlumatdan Rusiya mediası sui-istifadə edib fermerləri Azərbaycan hakimiyyətinin əleyhinə qaldırmaq niyyətini ortaya qoyur.

Düzdür, fermer çətin vəziyyətdədir, çıxılmaz durumdadır, amma onları hökumətin əleyhinə qaldırmaq nə deməkdir? Özü də rus mətbuatı belə qələmə verir ki, guya Rusiya ilə münasibətləri korlayan Azərbaycan höküməti olub və Azərbaycan hakimiyyəti münasibətləri korlamasaydı, Azərbaycan fermerlərinin əkib-becərdiyi pomidor onların əllərində qalmayacaqdı, onlar bunu sata biləcəkdilər. Fermerlər əkib-becərdikləri pomidorları satsınlar deyə biz Rusiyanın hər kaprizinə, hər qərəzinə dözməli idik?

Rusiya mediası hansısa bir Azərbaycan fermerinin üzləşdiyi çətinliyi özü istədiyi kimi yozur. Məsələyə qərəzli şəkildə yanaşaraq Rusiya ilə Azərbaycanın münasibətlərinin soyuqlaşmasına görə məsuliyyəti ölkəmizin üzərinə qoymağa cəhd edir və fermerləri qızışdırıb ayağa qaldırmaq istəyirlər. İddia edirlər ki, əgər Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri soyuqlaşdırmasaydı fermerlər özləri yol tapıb mallarını Rusiya bazarına çıxara bilərdilər. Yalnız pomidorun timsalında danışırlar və bol məhsul olduğunu deyirlər.

Rusiyanın media orqanları bunu Azərbaycanın əlehinə yönəldir və yerli əhalini, o cümlədən də fermerləri yavaş-yavaş qızışdırmağa başlayırlar ki, sizin mallarınızın əllərinizdə qalmağının səbəbkarı Azərbaycan hakimiyyətidir, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri belə soyuqlaşdırmasaydı bunlar baş verməzdi.

Özü də rus mətbuatı Azərbaycanın yerli mediasında getmiş məlumatları bu cür yanlış təfsir edir, bu cür şərh edirlər.

“Heç məhsulu bostanda zay olan fermerlərimiz də istəməz ki, dövlətimiz haqlı tələblərindən geri çəkilsin”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, əslində rus mediası Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalının qarşısının alınması ilə Rusiya hökumətinin ölkəmizə siyasi təzyiq etdiyini birbaşa etiraf edir: “Rusiya hökuməti Azərbaycan fermerlərinin məhsullarını, konkret olaraq pomidoru ölkəsinə ona görə buraxmır ki, Azərbaycan Rusiyanın dediklərini qəbul etmir, onun sözü ilə davranmır, öz müstəqil siyasətini yürüdür. Bu özü geosiyasi mənada biabırçılıqdır. Əslində iqtisadi məsələlər siyasi məqsədlərin alətinə çevrilməməlidir. Bu onu göstərir ki, Rusiyanın siyasi hakimiyyəti hələ də orta əsrlər səviyyəsində dövlət siyasəti yürüdür. Bu, məsələnin bir tərəfi, digər tərəfinə gəlincə, biz Rusiya kimi oğru qanunları ilə idarə olunan ölkənin tələblərinə tabe olmalı idik ki, Azərbaycan fermerinin əkib-becərdiyi pomidor Rusiya bazarında satılsın? Tutaq ki, biz ötən ilin dekabr ayında sərnişin təyyarəmizin Qroznı səmasında Rusiya Hava Hucumundan Müdafiə qurğusu ilə vurulmasının məsuliyyətinin Rusiyanın üzərinə düşdüyünü, Rusiyanın buna görə gərəyi olan addımlar atmalı olduğunu tələb etməməli idik ki, bizim pomidorumuz Rusiya bazarlarında satılsın? Xeyr, biz dövlət olaraq ən doğru seçimi etmişik. Bu gün Azərbaycan fermerinin istehsal etdiyi bütün məhsulları Rusiya geri qaytarsa da Azərbaycan müstəqil siyasətindən geri dönməməlidir, Azərbaycan Rusiya ilə bağlı götürdüyü siyasi kursdan yayınmamalıdır. Bunu Azərbaycan vətəndaşı da anlayışla qaşılayacaq. Bizim günahsız vətəndaşlarımızı öz səmasında qəsdən vuran və bu hadisənin törədilməsində məsuliyyət daşıyan şəxslərin heç birini cəzalandırmayan, təyyarə hadisəsi zamanı həyatını itirən şəxslərin özlərinə və ailələrinə qanuni təzminat ödəməkdən boyun qaçıran Rusiyanın qarşısından ölkəmizin geri çəkilməsini heç bir Azərbaycan vətəndaşı qəbul etməz. Heç məhsulu bostanda zay olan fermerlərimiz də istəməz ki, dövlətimiz haqlı tələblərindən geri çəkilsin”.

A.Nəsirli qeyd etdi ki, o təyyarədə həlak olanlar, zərər çəkənlər fermerlərin də yaxınları, əzizləri sayılır. “Azərbaycan hökuməti tələblərimizi yerinə yetirənə qədər Rusiyanın yaxasından əl çəkməməlidir. Bunu bütün vətəndaşlarımız istəyir, fermerlərimiz də həmçinin. Bu baxımdan, hesab edirəm ki, Rusiya mediasının bu təxribatlarının heç bir təsiri ola bilməz. Çünki Rusiyaya münasibətdə vətəndaşlarımızla dövlət eyni mövqedədir. Rusiya mediasının məsələni necə yozmasından asılı olamayaraq, heç vaxt Azərbaycan fermerlərinin dövlətlə bağlı mövqeyini sarsıda bilməz. Yəni heç fermerlərimiz də istəməz ki, biz Rusiyanın qarşısından çəkilək. Xalqımızın tələbi yerindədir və Rusiya təyyarəmizin vurulmasına görə bütün öhdəlikləri yerinə yetirməli, təyyarəmizi vuranları cəzalandırmalı, təzminat ödəməlidir. Dövlətimiz düzgün mövqedədir”.

Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu vurğulayan A.Nəsirli qeyd etdi ki, ölkəmiz müstəqil siyasət yürüdür və Rusiyanın kurasiyasında olan dövlət deyil. “Hesab edirəm ki, bu doğru siyasi kursdur. Biz o kursu davam etdirməliyik. O ki qaldı Azərbaycan fermerlərinin üzləşdikləri problemə, bu problemi hökumətli-fermerli bir yerdə xüsusi qaydalarla təhlil etməliyik. Elə götürək, pomidor satışı məsələsini, Azərbaycan fermeri artıq Avropa, dünya standartlarına uyğun məhsul istehsalına başlamalıdır ki, məhsulu Rusiya bazarına buraxılmayanda Avropa bazarına ixrac edilə bilsin. Bu bizim əsas hədəfimiz olmalıdır. Bizim problemimiz odur ki, biz oğru qanunları ilə idarə edilən Rusiyanın bazarları üçün pomidor istehsal edirik. Bu asılılıqdan qurtarmaqdan ötrü Azərbaycanda dünya standartlarına uyğun kənd təsərrüfatı məhsullarının istehsal edilməsinə nail olmalıyıq”-deyə A.Nəsirli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ