çərşənbə günü, 21 oktyabr 2026
     

Bir neçə ərəb biznesmenə görə tariximizdən üz döndərməliyik? - Babək ərəblərlə vuruşub, ancaq tarix tarixdir...

Image


Məhərrəm Zülfüqarlı: “Babək islama qarşı deyil, ərəb işğalına, istilaya, qəsbkarlara qarşı Vətəninin azadlığı naminə mübarizə aparıb”

Azərbaycanın Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb. “Bozdağ Yapım”ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.

"Tabii" platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı.

Bəllidir ki, Xürrəmilər hərəkatının rəhbəri Babək Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq mübarizəsinə rəhbərlik etmiş sərkərdə olaraq tarixə düşüb.

Türkiyədə Babək haqda film çəkilməli imiş, ona da ərəb iş adamları mane olub və filmin çəklişi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Siyasət xatirinə tarixə natamam baxış və ya tarixin saxtalaşdırılması nə qədər doğrudur? Məgər Babək vuruşmayıb?

“Etiraz edən ərəblər bilməlidirlər ki, IX əsrdə artıq…”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, bu olduqca aktual mövzudur və həmişə Babəkə qarşı sağdan-soldan hücuma keçildiyini müşahidə edirik. “Qəribə hal odur ki, Azərbaycan xalqı öz qəhrəmanlarına sahib çıxdıqca xaricdən buna müdaxilələr olur. Məsələn, ərəblərə keçməzdən əvvəl deyim ki, kommunist rejimi Babəki özününküləşdirmişdi. Deyirdilər ki, Xürrəmilər feodal zülmlərinə və azadlıq uğrunda mübarizə aparıb, kommumistlər də bu mübarizəni aparırlar. Babək qırmızı bayraq qaldırıb, kommunistlər də. Belə iddilar vardı. Hətta kommunist tarixçi tərəfindən “Babək və Babəkizm, Azərbaycanda kommunist hərəkatı - IX əsr” adlı bir əsər yazılmışdı. Yəni belə bir məsələ kommunist rejimi dövründə də vardı.

İran İslam Respublikası Babəki “şiəliyin davamçısı” kimi qələmə verir və guya İmam Hüseynin intiqamını almaq uğrunda mübarizə apardığını iddia edir, bunu da şiəlik təliminin tərəfdarı kimi göstərirlər.

Bu yazılanları oxuduqca bilməliyik ki, ərazilərimizi işğal edib xalqımızı istismar edənlərə, torpaqlarımızı qəsb edənlərə qarşı mübarizə aparan Babək Azərbaycan xalqının qəhrəmanıdır.

Qaldı Türkiyənin Babək haqda film çəkməsinə, bu təqdirəlayiq haldır. Amma çox təəssüf ki, onlar xarici təzyiqlərə görə filmin çəkilişlərini dayandırıblar, amma gərək dayandırmaya idilər. Nəyə görə? Birincisi, əgər buna etiraz edən ərəb iş adamları həqiqətən də müsəlmandırlarsa qəbul etməlidirlər ki, Babəkin rəhbərlik etdiyi hərəkat 816-cı ildə olub, amma Azərbaycan ərəblər tərəfindən tam olaraq 705-ci ildə işğal edilib. Babək elə bir dövrdə yaşayırdı ki, artıq islam dini qəbul olunmuşdu. Babək özü də müsəlman idi və öz adı Həsən, qardaşının adı Abdulla idi. Burda islama aid heç bir şey yoxdur. Çünki çox zaman qarışdırırlar ki, Xürrəmilər islama qarşı mübarizə aparıblar, xeyr, Xürrəmilər işğala, işğalçılara qarşı, Vətənin azadlığı uğrunda mübarizə aparıblar. İkincisi, etiraz edən ərəblər bilməlidirlər ki, IX əsrdə artıq Ərəbistanda islam dini tamamilə aşınmışdı.

Nizamülmülkün “Siyasətnamə” əsərinə müraciət edək. O qeyd edirdi ki, Möhtəsim şərab içirdi, əyyaşlıqla məşğul olurdu və şərab içəndən sonra da namaz qılırdı. Burdan görünür ki, Məhəmməd Peyğəmbərin yaradıcısı olduğu islam dini artıq IX əsrdə ərəblərin öz daxilində aşınmışdı. Yəni artıq parçalanma da vardı. Dediyimiz o xəlifələr ilk dörd xəlifədən (dörd xəlifə deyəndə Əbübəkr, Osman, Ömər və Əli nəzərdə tutulur-İ.S ) tamamilə fərqlənirdilər, öz şəxsi mənfəətlərinə görə istənilən haqsızlığı edirdilər. Babək də məhz bu haqsızlığa, zülmə, Vətənimizi işğal edənlərə qarşı mübarizə aparırdı. Mənə belə gəlir ki, “Babək” filminin çəklişlərinə etiraz edən ərəb iş adamlarının heç özləri bilmirlər ki, Xürrəmilər hərəkatı necə, kimə qarşı və niyə baş verib. Yəqin ki, həmin ərəblərin heç islam dini haqqında da təsəvvürləri yoxdur, onlar xurafatçıdırlar. Hardansa Babəkin islama qarşı mübarizə apardığını eşidiblər və ona görə də bu filmin çəkilməsinə etiraz ediblər. Dediyim kimi, Babək islama qarşı deyil, ərəb işğalına, istilaya, qəsbkarlara qarşı Vətəninin azadlığı naminə mübarizə aparıb. Babəkin dediyi fikirlər indi də aktuallığını qoruyur. 44 günlük Vətən müharibəsində biz bunun aktuallığını bir daha gördük. Babək deyirdi ki, azadlıq verilmir, azadlıq alınır. Azərbaycanın qəhrəman əsgərləri də bunu bir daha sübut etdilər ki, 27 il ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar apardıq, heç bir nəticə hasil olmadı, sonda Azərbaycan öz torpaqlarını özü işğaldan azad etdi. Bu da Babəkin “azadlıq verilmir, azadlıq alınır” fikrini bir daha təsdiq edir. Babəkin başqa bir fikri də var: “Bir gün azad yaşamaq qırx il miskin, qul kimi yaşamaqdan yaxşıdır”. Bu da azadlıq fikrini irəli çəkir. Babək azadlıq uğrunda əsl mübariz idi. Babəki ancaq əsl azad insan başa düşə bilər. Ola bilsin ki, hansısa ərəb şeyxinin, hansısa biznesmenin, varlı bir insanın nə tarixdən, nə dindən xəbəri var, sadəcə olaraq öz puluna arxalanıb etiraz edir.

Mənim tövsiyən budur ki, qardaş Türkiyənin kinematoqrafçıları heç bir xarici təzyiqlərə məhəl qoymasınlar və bu filmi yaratsınlar, burda Babəkin bilavasitə azadlıqsevər, azadlıq uğrunda mübarizə aparan bir qəhrəman, Azərbaycan xalqının, eləcə də türk xaqlının qəhrəmanı olduğunu bir daha sübut etsinlər”.

M.Zülfüqarlı hesab edir ki, alimlərimiz Babəklə, Xürrəmilər Hərəkatı ilə bağlı tədiqatlarını davam edirməlidir, təbliğat işlərini gücləndirməliyik. M.Zülfüqarlı bizim cəmiyyətdə bəzilərinin Babəki hədəfə aldığını qınadığını da dedi: “Bizim bəzi millət vəkillərimiz parlamentdə xaqlın problemlərini qaldırmaq əvəzinə Babəkə, şah İsmayıla qarşı hədyanlar deyirlər. Onlar da bu cür çıxışları yığışdırmalıdırlar. Əgər bunlar öz vəzifələrini dərk etmirlərsə istefa verməlidirlər. Onların işləri Babəki, Şah İsmayılı tənqid etmək yox, xalqın problemlərinin həllinə kömək etmək olmalıdır. Biz Babəki Azərbaycan xalqının qəhrəmanı kimi təbliğ etməliyik, bununla da Azərbaycan tarixini daha da zənginləşdirməliyik. Xarici qüvvələrin hər bir təzyiqinə cavab verməyə hazır olmalıyıq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ