Bakıda qayda pozan təcili tibbi yardım avtomobilinin sərxoş sürücüsü həbs edilib.
Oxu.Az-ın məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində təcili tibbi yardım avtomobilinin sürücüsü Mehman Əliyevin barəsində tərtib olunmuş protokola baxılıb.
Məhkəmənin qərarı ilə M.Əliyev 10 sutka inzibati qaydada həbs edilib.