İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazının yenidən açıldığını elan edib. Əraqçi bildirib ki, Livanda atəşkəsin qaldığımüddətcə bütün ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verilir.
"Livanda atəşkəslə paralel olaraq, İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən elan edilmiş əlaqələndirilmiş marşrutla bütün ticarət gəmilərinin Hörmüz boğazından keçməsi atəşkəsin olduğu müddətcə tam açıq elan edilib" – deyə nazir Əraqçi X hesabında paylaşımında bildirib.
Qərardan sonra ABŞ prezidenti İrana təşəkkür edib. "İran Hörmüz boğazının açıq olduğunu elan etdi, təşəkkür edirəm" – deyə Tramp sosial media hesabında bildirib.
Tramp Hörmüz boğazındakı blokadanın davam edəcəyini də bildirib. Qeyd edib ki, blokada İranla razılaşma 100 faiz tamamlanana qədər davam edəcək.
ABŞ və İsrailin hücumlarından sonra "Hörmüz boğazı" kartını işə salan İran, qlobal neft ticarətinin dörddə birinin keçdiyi Hörmüz boğazını bağlamışdı. Bu isə neft qiymətlərinin 110 dolları keçməsinə, qızıl kimi qiymətli metalların isə düşməsinə səbəb oldu. İranın Hörmüz boğazını yenidən açması ilə neft qiymətləri təxminən 90 dollara düşüb, qızılın qiyməti isə yenidən yüksəlib.
Tahir TAĞIYEV