çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Parisə toplaşan erməni diasporu Paşinyan haqda gözlənilməz qərar çıxardı...

Image


Afsəddin Nəbiyev: “Komfort içində yaşayan diaspor nümayəndələri üçün Ermənistan sadəcə bir geosiyasi oyun meydanıdır”

Parisdə ümumerməni diasporunun səfərbər edilməsi üzrə konqres keçirilib. Tədbirdə Ermənistandan, eləcə də 26 ölkədən ictimai, siyasi, hüquq müdafiə, dini və biznes təşkilatlarının 150-dən çox nümayəndəsi, həmçinin “Dağlıq Qarabağ nümayəndələri” iştirak ediblər. Konqresin yekununda geosiyasi reallıqların qiymətləndirilməsi və ümumerməni gündəliyi ətrafında səfərbərliyin zəruriliyi ilə bağlı deklarasiya qəbul olunub.

Tədbir ədalət və demokratiya uğrunda Avropa erməni federasiyasının (EAFJD), Erməni Milli Komitəsinin (ANC) və “Daşnaksütyun” Erməni İnqilabi Federasiyasının dəstəyi ilə Diasporun səfərbərliyi üzrə Koordinasiya Komitəsi tərəfindən təşkil edilib. Qəbul edilən bəyanatda “xaricdə yaşayan bütün Ermənistan vətəndaşlarına 2026-cı il iyunun 7-də ölkəyə qayıdaraq ümumxalq seçkilərində iştirak etmək və mövcud hakimiyyətin əleyhinə səs vermək” çağırışı yer alıb.

Burada qəribə olan odur ki, niyə Qərbdə yaşayan ermənilər Paşinyana qarşı çıxırlar? Adətən bu cür mövqe daha çox Rusiyapərəst ermənilərə xas olur. Bəs Qərbdə yaşayan ermənilərlə Ermənistan daxilindəki revanşist qüvvələri Paşinyana qarşı nə birləşdirir?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Parisdə Ermənistan və 26 ölkədən gələn diaspor nümayəndələrinin iştirakı ilə keçirilən “ümumerməni konqresi” növbəti dəfə göstərdi ki, erməni lobbi təşkilatları və radikal revanşist qüvvələr hələ də tarixi reallıqları qəbul etmək istəmir: “Tədbirin təşkilatçıları arasında “Daşnaksütyun” kimi radikal strukturların olması və qəbul edilən bəyanatda 2026-cı il seçkilərinə hədəflənmiş çağırışlar, prosesin mahiyyətinin heç də “demokratiya” deyil, sırf siyasi manipulyasiya olduğunu sübut edir. ​İlk baxışda Qərbdə yaşayan ermənilərin "liberal" Paşinyan hakimiyyətinə qarşı çıxması qəribə görünə bilər. Lakin dərindən təhlil etdikdə aydın olur ki, diaspor və daxili revanşistləri birləşdirən ortaq məxrəc xəyali erməni yuxusu olan “Dənizdən dənizə böyük Ermənistan” xülyasıdır. Paşinyan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü hətta formal şəkildə olsa da tanımaq məcburiyyətində qalması, diasporun onilliklərdir üzərində biznes və siyasət qurduğu "mifoloji Ermənistan" layihəsinin iflası deməkdir. Diaspor təşkilatları illərdir "Qarabağ məsələsi" üzərindən böyük maliyyə vəsaitləri toplayır və Qərb paytaxtlarında siyasi çəki qazanırdılar. Münaqişənin həlli bu qüvvələrin varlıq səbəbini əllərindən alır. Ermənistan daxilində xalq müharibənin acılarını yaşayaraq reallığı dərk etməyə başlasa da, minlərlə kilometr uzaqda, komfort içində yaşayan diaspor nümayəndələri üçün Ermənistan sadəcə bir geosiyasi oyun meydanıdır. Bu mənada ermənilərin bir alət olaraq "maşa" rolunda yenidən ələ alınmaq cəhdləri gizli görmür”.

​Sədr müavini hesab edir ki, bu prosesdə Fransanın ev sahibliyi və dəstəyi təsadüfi deyil: “Paris, erməni diasporunu yenidən formalaşdırmaqla Cənubi Qafqazda pozulmuş güc balansını həm Ermənistanın, həm də öz xeyrinə dəyişməyə çalışır. Burada əsas məqsəd erməni xalqının rifahı deyil, regionda Fransanın kənarlaşdırılmış siyasi maraqlarını bərpa etməkdir. Təəssüf ki, erməni tərəfi bir əsr əvvəl olduğu kimi, bu gün də böyük güclərin əlində "maşa" olmaq vərdişindən qurtula bilmir. Eyni vaxtda erməni sosial mediasında və mətbuatında Azərbaycanın guya Qarabağda "mədəni abidələri dağıtması" ilə bağlı kampaniyanın intensivləşməsi vahid mərkəzdən idarə olunan planın tərkib hissəsidir. Bu, beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi rəy yaratmaq və yeni təzyiq rıçaqları əldə etmək üçün atılan ümidsiz addımlardır. Bu arqumentlər səsləndirilərkən nədənsə həm Ermənistanda, həm də işğal dövründə minlərlə tarixi abidələrin ermənilər tərəfindən məhv olunmasının üzərindən sükutla keçilir. Erməni diasporunun və onların havadarlarının cəhdlərinə baxmayaraq, regionda yeni reallıqlar artıq formalaşıb. Sülh müqaviləsi paraflanıb və bu istiqamətdə müəyyən addımlar da atılmaqdadır. Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Avropa, Cənubi Qafqaz və Orta Asiya qovşağında strateji gücə çevrilməsi, kənar qüvvələrin regiona müdaxilə imkanlarını minimuma endirib. "Böyük Ermənistan" ideologiyası 44 günlük müharibə və 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri ilə birdəfəlik tarixə qovuşub. Bu gün rəsmi Bakı həm hərbi, həm də diplomatik müstəvidə şərtləri diktə edən tərəfdir. Parisdə və ya başqa bir mərkəzdə keçirilən heç bir konqres bu reallığı dəyişmək iqtidarında deyil. ​Erməni xalqı üçün tək çıxış yolu diasporun və kənar dövlətlərin hiyləgər planlarına alət olmaqdan imtina edib, qonşuları ilə sülh şəraitində yaşamaq reallığını qəbul etməkdir. Əks halda, bu cür "səfərbərlik" cəhdləri növbəti məğlubiyyət və xəyal qırıqlığından başqa bir nəticə verməyəcək”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

23.11.2026 / 12:24
Türkiyədən Paşinyana çağırış – sülh istəyirsinizsə, Metsamor AES-i bağlayın...

23.11.2026 / 12:10
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi FOTO

23.11.2026 / 12:09
Paşinyan “topu” erməni xalqına atdı...

23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI

23.11.2026 / 11:43
Ukraynanın gələcəyi ilə bağlı sensasiyalı iddia – Putin NATO modelinə razılaşdı, Donbası tələb edir...

23.11.2026 / 11:27
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edildi

23.11.2026 / 11:12
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

23.11.2026 / 11:07
Astarada saxlanan şəxslərdən 10 kq-dan artıq narkotik aşkarlandı

23.11.2026 / 10:43
Ukrayna Tatarıstandakı neft anbarlarını yenidən vurdu...

23.11.2026 / 10:34
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

23.11.2026 / 10:29
Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı – Azərbaycanla sülhə mane olan müddəa çıxarıldı...

23.11.2026 / 10:21
Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçirilir

23.11.2026 / 10:10
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edildi

23.11.2026 / 09:52
Hörmüz boğazında təhlükəli eskalasiya – İranın gəmilərə hücumları rekord həddə çatdı...

23.11.2026 / 09:39
Trampdan demokratlara sərt ittiham – onların qələbəsi İran daha da aqressivləşdirdi...

23.11.2026 / 09:24
Şəhərdə təmizliyi pozanları bu qədər cərimə gözləyir...

23.11.2026 / 09:02
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ