İyulun 1-də Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsində əvvəlki illərdə törədilən cinayətlərə görə saxlanılan azərbaycanlılar Əhliman Gənciyev və Bəkir Səfərovun barəsində qətimkan tədbirləri seçilib.
Bəkir Səfərovun barəsində 22 sutka həbs qətimkan tədbiri seçilib.
Yekaterinburqda daha bir azərbaycanlı Əhliman Gənciyev də həbs edilib. O, iyulun 19-dək istintaq təcridxanasında saxlanılacaq.
İyulun 2-də isə məhkəmə Şahin Lalayevin həbsi ilə bağlı müstəntiqin vəsatətinə baxacaq.
Məhkəmə prosesində bu şəhərdəki Azərbaycan diasporunun rəhbəri və Azərbaycanın Yekaterinburqdakı baş konsulunun səlahiyyətlərini icra edən şəxs iştirak ediblər.
ZÜMRÜD