çərşənbə günü, 21 oktyabr 2026
     

"İdeal fırtına", "tənəzzülə keçid astanası" - nazirlər Forumda Putinin üzünə dedilər...

Image


Rusiya iqtisadiyaytında sürətli çöküş bu ölkəni MDB və digər dövlətlərdən olan miqrantlar üçün daha az cəlbedici edir. Bu fonda Kremlin maliyyələşdirdiyi, ümid və vədlərlə dolu Rusiyanın illik əsas biznes sərmayəsi tədbirində ölkənin iqtisadiyyat naziri əhval-ruhiyyəni pozub.

Belə ki, nazir Maksim Reşetnikov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qeyd edib: “Rəqəmlərə görə, bəli, indi bizdə yavaşlama var. Mövcud biznes əhval-ruhiyyəsinə əsaslanaraq, mənə elə gəlir ki, biz tənəzzülə keçidin astanasındayıq”.

Rusiya Mərkəzi Bankının direktoru Elvira Nabiullina da pessimist fikirlərə qoşulub: “Biz iki ildir ki, azad əmək resurslarından istifadə nəticəsində kifayət qədər yüksək templə inkişaf edirik. Amma biz başa düşməliyik ki, bu resursların çoxu artıq tükənib. Biz yeni inkişaf modeli barədə düşünməliyik”. Forum çərçivəsində dövlət bankı “Sberbank”ın rəhbəri Qerman Qrefdən də oxşar açıqlama gəlib: “Hazırda çoxsaylı problemlərlə qarşı-qarşıyayıq və bunu rahatlıqla “ideal fırtına” adlandırmaq olar”. Artıq 4 ilə yaxındır Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinin başlanmasından bəri Rusiya iqtisadiyyatı müharibə vəziyyətindədir. Bu müddət ərzində iqtisadiyyat çox sürətli templə artıb və Qərb ekspertlərinin çoxunun gözləmədiyi şəkildə, sərt sanksiyalara baxmayaraq, dayanıqlılıq nümayiş etdirib. Kreml müharibəni dəstəkləmək üçün ölkə iqtisadiyyatını vəziyyətə uyğunlaşdırıb - silahlar, tanklar, dronlar və hərbi geyimlər istehsal etmək məqsədilə müdafiə sənayesinə böyük vəsaitlər yönəldilib. Müdafiə sənayesində çalışan işçilərin maaşlarına və Ukraynada döyüşməyə təşviq etmək üçün əsgərlərə çox yüksək əməkhaqqı və imtiyazlar verilməsi üçün külli miqdarda pul sərf olunub. Bu, ölkənin bir çox kasıb və uzaq regionlarında yerli iqtisadiyyatlara təsir edib və eyni zamanda müharibəyə dəstək qazandırıb. Lakin yüksək maaşlar həm də inflyasiyaya təkan verib və Nabiullina bunu aşağı salmaq üçün oktyabrda uçot faiz dərəcəsini 21 faizə qaldırıb. Ölkənin sənaye sektorunun lobbisindən gələn narazılıqlara baxmayaraq, o, inflyasiyanı azaltmaq və iqtisadi artımı yavaşlatmaq məqsədilə mövqeyində qəti qalıb. Görünən odur ki, bu işləyir və indi Rusiya genişmiqyaslı müharibənin başlanmasından bəri ilk ciddi iqtisadi yavaşlama ilə üz-üzədir. Finlandiya Bankının İnkişaf etməkdə olan İqtisadiyyatlar üzrə İnstitutunda tədqiqat rəhbəri İikka Korhonen bildirib: “Məncə, bir çox göstəricilər artımın dayandığını və ya buna yaxın olduğunu göstərir. İstehsalat sahəsində hələ də artım var, amma digər sahələrdə bu müşahidə olunmur”. Vaşinqtonda yerləşən Avropa Siyasəti Təhlil Mərkəzinin iqtisadiyyat üzrə eksperti Aleksandr Kolyandr isə qeyd edir: “İki il ərzində Rusiya iqtisadiyyatı həddindən artıq sürətlənmişdi və normal artım tempindən xeyli yuxarı sürətlə inkişaf edirdi. İndi isə baş verən iqtisadiyyatın öz təbii vəziyyətinə qayıtmasıdır. Hazırda bu, sadəcə bir düzəlişdir – uzunmüddətli artım tempinə geri dönüş. Bu mərhələdə hökumətin qarşısında duran əsas problem tam çökmə yox, yumşaq eniş təmin etməkdir”.

Rusiya hökumətinin statistikasına görə, ilin ilk üç ayında ümumi daxili məhsul (ÜDM) 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.4 faiz artıb. Lakin 2024-cü ilin son altı ayında iqtisadiyyat orta hesabla təxminən 4.4 faiz sürətlə inkişaf edirdi. Rəsmi proqnozlar indi 2025-ci ildə ÜDM-in təxminən 2 faiz artacağını göstərir. Beynəlxalq Valyuta Fondu isə daha aşağı – 1.5 faiz artım gözləyir. İşsizlik səviyyəsi təxminən 2.3 faizlə indiyədək ən minimum həddə düşüb. Bu da əslində əmək bazarının nə qədər təhrif olunduğunu göstərir - kişilər Ukraynada döyüşmək üçün mülki işlərdən uzaqlaşdırılırlar. 2025-ci ilin ilk yarısında 10 faizdən yüksək inflyasiya ilə üzləşən Elvira Nabiullina dəfələrlə “normadan sürətlə inkişaf edən iqtisadiyyat” barədə xəbərdarlıq edib. İyunun əvvəllərində o, uçot dərəcəsini 20 faizə endirib, amma mütəxəssislər bunu simvolik addım kimi qiymətləndiriblər. Hökumətə bağlı araşdırma qrupu olan Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin məlumatlarına və proqnozlarına görə, yüksək faiz dərəcəsinin təsiri rəsmi statistikada özünü göstərir. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya üzrə proqramının əməkdaşı Mariya Sneqovaya bildirib: “Dövlətin iqtisadiyyata davamlı olaraq pul ötürməsinə baxmayaraq, uçot dərəcəsini çox yüksək saxlamaqla onlar iqtisadi ləngiməyə nail ola biliblər. İqtisadiyyat həqiqətən tənəzzüldədirsə, Kremlin üçün bu vəziyyətin nə qədər dayanıqlı olduğu bəlli deyil. Bu, onların da istədiyi bir şey deyil. Ümumilikdə, Rusiya makroiqtisadi komandası kifayət qədər narahat görünür”. Bunun siyasi nəticələrinin nə olacağını proqnozlaşdırmaq çətindir. İndiyədək prezident Vladimir Putin Nabiullina və digər yüksək səviyyəli iqtisadi rəsmilərə öz dəstəyini verib. Sankt-Peterburq Forumundakı panel müzakirəsindən bir gün sonra Putin biznes forumda özü çıxış edərək xəbərdarlıq edib: “Bəzi mütəxəssislər, ekspertlər durğunluq və hətta tənəzzül risklərinə işarə edirlər. Təbii ki, buna heç bir şəraitdə icazə verilməməlidir. Bu il bizim ən mühüm vəzifəmiz iqtisadiyyatı balanslaşdırılmış artıma çevirməkdir”. Rusiya iqtisadiyyatının digər sahələri sanksiyalarla sıxışdırıldığı üçün indi Kremlin xəzinəsi əvvəlkindən daha çox neft və qaz gəlirlərindən asılıdır. Lakin ilin əvvəlindən neft qiymətləri düşüb və Maliyyə Nazirliyi 2025-ci il üçün neftdən asılı gəlirlərin proqnozunu aşağı salıb. Balanslaşdırılmış və ya daha yavaş iqtisadi artım iqtisadiyyata təsir edəcək və əməkhaqqı artımını zəiflədəcək. Bu isə həm də ev təsərrüfatlarının büdcələrinə təsir göstərəcək, halbuki rusiyalılar artıq daha yüksək gəlirlərə alışıblar, bu narazılıq yarada bilər. “Nezavisimaya qazeta”nın yazdığına görə, indi daha çox şirkət və fabriklər işçilərə maaş və əməkhaqqı ödənişlərində gecikir. Getdikcə Rusiyanın daha çox regionunda yeni könüllü əsgərlər üçün xidmətə qəbul bonuslarının azaldılmasına başlanılıb. Bu, yerli səviyyədə iqtisadi şəraitin pisləşməsini əks etdirən tendensiyadır. Ancaq ölüm və yaralı sayının 1 milyona yaxınlaşmasına baxmayaraq, Putin hələ də müharibəni davam etdirməyə qərarlıdır. Hökumət 2025-ci ildə müdafiə və təhlükəsizlik xərclərinə təxminən 13.1 trilyon rubl və ya 144 milyard dollar ayırmağı planlaşdırır. Bu, ÜDM-in 6.3 faizinə bərabərdir və Sovet dövründən bəri ən yüksək rəqəmlərdən biridir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ