çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya bizə dostdursa, FSB agentləri ölkədə nə axtarır…

Image


Elşad Həsənov: “Rusiya bizə qeyri-dost münasibəti sərgiləyir, bu da Rusiyanın öz ziyanınadır”

Ənənəvi olaraq Azərbaycana qarşı qeyri-dost münasibət bəsləyən Rusiyanın əsl niyyətləri hər addımda özünü göstərir. Gizlin deyil ki, Rusiya antiazərbaycan mövqeyini əsasən Federal Təhlükəsizlik Xidmətinin (FTX-“FSB”) əli ilə sərgiləyir. Azərbaycanda Rusiyanın FSB əməkdaşlarının olması barədə əvvəllər də az-çox deyilib.

İyunun 30-da Azərbaycan DİN-in “Sputnik Azərbaycan”da apardığı əməliyyat tədbirləri zamanı əslində FSB əməkdaşları olan və saytda baş redaktor kimi fəaliyyət göstərən İqor Kartavıx və şef redaktor postunu tutan Yevgeniy Belousov saxlanıldı.

Rusiyanın FSB əməkdaşlarının Azərbaycan ərazisində jurnalist adı altında fəaliyyət göstərdiyi özünü bir daha təsdiqlədi.

Qeyd edək ki, 38 yaşlı İqor Kartavıx Orenburq vilayətindəndir. 2011-ci ildən “RİA Novosti”də, daha sonra isə “Rossiə seqodnə” agentliyində çalışıb. Məlumata görə, o, son iki ildə 6 milyon rubl (təxminən 77 min dollar) gəlir əldə edib.

33 yaşlı Yevgeni Belousov isə Moskvadandır. 2000-ci illərdən etibarən hərbi memorial strukturlarında çalışıb, daha sonra “Rossiə” telekanalında və “Rossiə seqodnə”da fəaliyyətini davam etdirib. Onun iki illik qazancı isə 2,8 milyon rubl (təxminən 36 min dollar) olub.

Hazırda hər iki şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarəti altındadır və onlara qarşı istintaq tədbirləri davam etdirilir.

Gördüyümüz kimi, "Spitnik Azərbaycan" da vəzifə tutan və əslində Rusiyanın FSB casusları olan insanlar tutuldu.

Rusiya tərəfi isə FSB-çilərin saxlanılmasını Bakının “qeyri-dost” hərəkəti kimi xarakterizə edib. Əslində isə Rusiya özü son dövrlər bizə qarşı “qeyri-dost” münasibətini hər addımda göstərir.

Rusiya bizə dost ölkədirsə, o zaman burada onun kəşfiyyatçıları nə gəzir? FSB əməkdaşlarının Azərbaycanda nə işi var?

“Azərbaycanda FSB əməkdaşlarının “jurnalist” adı altında fəaliyyəti bu ölkənin…”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya dövləti Rusiya-Ukrayna müharibəsi başlayandan sonra başını itirib. E.Həsənov qeyd etdi ki, ona qardaş olan xalqa qarşı müharibə aparan, torpaqlarını işğal edib insanlarını məhv edən bir ölkənin yürütdüyü siyasət dünyada qəbul olunmur və bütün dünya Rusiyanın apardığı siyasətin, təcavüzkar müharibənin əleyhinədir.

Rusiyaya qarşı 18-ci sanksiyanın hazırlandığını deyən müsahibimiz bildirdi ki, Rusiyanın Qərblə təmasları tamamilə kəsilib.

“Rusiya böyük və çoxmillətli ölkədir. Orda yaşayan digər millətlərə ruslar ikinci “sort” xalq kimi baxır, miqrantları adam yerinə saymırlar. Rusiyanın bu siyasətinin nəticəsidir ki, bu ölkədə tez-tez miqrantlara qarşı müxtəlif “tədbirlər” görülür, onlara cəzalar verilir, onlar aşağılanır, onları küçənin ortasında tutub müharibəyə aparırlar. Qeyri-millətlərə basqınlar edilir, qazandıqları pullar əllərindən alınır. Bu, Rusiya siyasətinin nümunələrindən biridir. Rusiya MDB ölkələrinə də öz “vassalları” kimi baxır, imperiya təkəbbürü ilə yanaşır.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi, öz qürurunu qaytardı. Azərbaycan öz milli dövlət maraqlarını hər şeydən üstün tutur. Keçən il dekabrın 25-də Rusiya səmasında vurulan Azərbaycanın mülki təyyarəsi ilə bağlı Azərbaycan Prezidentinin göstərdiyi qətiyyəti ruslar gözləmirdi. Çünki Rusiyadan heç kəs belə hesabat istəməmişdi, heç nə tələb etməmişdi, amma Azərbaycan Prezidenti milli dövlətçilik maraqlarından çıxış edərək bizim təyyarəni vuranların cəzalandırılmasını, təzminat ödənilməsini və bu hadisəyə görə yüksək səviyyədə üzr istənilməsini tələb etdi. Bu tələb isə Rusiyanın rəhbərliyinin, siyasi dairələrinin “çestinə” dəydi. Ondan sonra da münasibətlər soyumağa başladı. Baxmayaraq ki, Rusiyadan Valentina Matviyenko və II Kiril Azərbaycana gəldilər və Azərbaycan Prezidentini faşizm üzərində qələbənin 80 illiyinə dəvət etsələr də, İlham Əliyev irəli sürülən tələblər yerinə yetirilmədiyinə görə Moskvaya getmədi.

Azərbaycanda 340-dan çox rus dilində tədris həyata keçirən məktəb var, ali məktəblərdə rus bölmələri mövcuddur. Azərbaycanda yaşayan digər xalqlar da çox tolerant şəkildə yaxşı yaşayırlar. Heç kəs deyə bilməz ki, Azərbaycanda yaşayan ruslar milli mənsubiyyətinə görə incidilib. Amma Rusiyada bu məsələlər qabarıq şəkildə özünü göstərir”.

E.Həsənov hesab edir ki, bu siyasət də gələcəkdə Rusiyanın dağılmasına səbəb olacaq, bu siyasət onun daxildən parçalanmasına gətirib çıxaracaq, çünki ruslar orda yaşayan digər xalqlara “vassal”, “kölə” kimi yanaşır. O qeyd etdi ki, bu cür yanaşma Rusiyada yaşayan digər xalqları razı sala bilməz. E.Həsənovun sözlərinə görə, artıq digər xalqlar Rusiyanın daxilində hərəkətə keçib, başqırdlar, tatarlar, uyğurlar və başqa xalqlar bununla barışa bilməz, bu xalqlar ayağa qalxaraq onların zorla müharibəyə aparılmasına etiraz ediblər.

“Sputnik Azərbaycan”da jurnalist adı altında fəaliyyət göstərən FSB əməkdaşlarının aşkarlanaraq saxlanılmasına gəlincə, E.Həsənov qeyd etdi ki, Azərbaycan hökuməti bu ilin fevral ayında “Sputnik Azərbaycan”ın bağlanması barədə qərar qəbul edib: “Ancaq buna baxmayaraq, onların “jurnalistləri” fəaliyyət göstəriblər. Gizlin deyil, bunlar hamısı Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarıdır və Azərbaycanda pozuculuq işləri aparırlar, beynəlxalq sferada ölkəmiz barədə bədnam informasiyalar yayırlar, qərəzli fikirlər tirajlayırlar. Onlar bunu öz imzaları ilə yaymasalar da, həmin informasiyaları Rusiyaya ötürürlər, orda da bu informasiyalardan istifadə edirlər. Rusiya bu gün Azərbaycana qarşı heç nə edə bilmir. Çünki burda onun artıq heç bir dayağı yoxdur. Yalnız özünün casusları, səfirlik xəttində olan kəşfiyyatçıları, “jurnalist” adı altında fəaliyyət göstərən FSB əməkdaşları Azərbaycanda kəşfiyyat-pozuculuq işləri aparırlar. Bizim xüsusi xidmət orqanları bunların hamısını çox yaxşı bilir. Fikrimcə, bunların hər biri nəzarətdədir.

Azərbaycan onları indiyə qədər niyə həbs etməmişdi? Biz həmişə qonşu dövlətlərlə münasibətlərimizin normal olmasını istəyirik, xüsusən də Rusiya ilə. Rusiya böyük ölkədir, bizi bir-birimizə bağlayan tellər var. Ancaq Rusiyanın belə vandal hərəkətləri, təbii ki, bizdə də qıcıq doğurur. Baxmayaraq ki, Rusiya böyük dövlətdir, amma bizim də özümüzün milli maraqlarımız, milli qürurumuz var, belə şeylərə dözəsi deyilik. Təbii ki, biz də adekvat addımlar atmalı idik. O cavablardan biri də “Sputnik Azərbaycan”da “jurnalist” adı altında gizlənən FTX əməkdaşlarını ifşa etmək oldu, onlar saxlanıldı. Onlar icazəsiz Azərbaycanda fəaliyyət göstərirlər”.

E.Həsənov qeyd etdi ki, Rusiyanın Azərbaycana, eləcə də başqa xalqlara və dövlətlərə qarşı qeyri-dost münasibəti həmişə özünü büruzə verir. “Sputnik Azərbaycan”da işləyən FSB əməkdaşlarının həbs edilməsinin Rusiyanın ciddi reaksiyasına səbəb olduğunu deyən E.Həsənov xatırlatdı ki, hadisədən sonra Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb. “Təbii ki, biz Rusiya ilə vəziyyəti daha da gərginləşdirmək istəmirik, ancaq bizim böyük qürurumuz, milli marağımız var. Ona görə bizim bu cavabımız onlarda tərs şapalaq effekti yaratdı.

Hesab edirəm ki, Azərbaycanın adekvat cavabı çox doğrudur, yerindədir”-deyə E.Həsənov qeyd etdi.

Azərbaycanın Rusiya ilə düşmən olmadığını deyən və bu ölkə ilə strateji müttəfiq olduğumuzu xatırladan E.Həsənov bildirdi ki, Azərbaycan müttəfiqlik müddəalarını yerinə yetirir, amma Rusiyadan bunu görmürük: “Rusiya bizə qeyri-dost münasibəti sərgiləyir, bu da Rusiyanın öz ziyanınadır. Azərbaycanda FSB əməkdaşlarının “jurnalist” adı altında fəaliyyəti bu ölkənin dost olmayan münasibətinin göstəricilərindəndir. Amma yenə deyirəm, biz Rusiyaya düşmən deyilik. Hesab edirəm ki, Rusiya öz səhvlərini başa düşəcək, bu məsələlərdən özünə nəticə çıxaracaq”-deyə E.Həsənov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ