çərşənbə günü, 04 noyabr 2026
     

İrəvan yenə Kremlə məhəl qoymadı - Moskva hədə tonunu sərtləşdirdi...

Image


Rusiyanın sərt narazılığına baxmayaraq, ABŞ və Ermənistan hərbçiləri İrəvan yaxınlığında birgə hərbi təlimlərə başlayıb. 10 gün davam edəcək təlimlər İrəvandakı Vazgen Sarkisyan adına Hərbi Akademiyanın ərazisində keçirilir. Təlimlərin açılış mərasimində Ermənsitanın müdafiə naziri Suren Papikyan çıxış edib. Papikyan deyib ki, ölkənin beynəlxalq sülhməramlı missiyalarında iştirak edəcək hərbçiləri üçün bu keçirilən təlimləri yüksək qiymətləndirir.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kviyen də mərasimdə çıxış edib. O, "Eagle Partner 2024" adlı təlimləri ABŞ və Ermənistan arasında uzunmüddətli partnyorluğun nümunəsi hesab etdiyini bildirib. İyulun 15-24-də keçirilən təlimlərdə Ermənistanın sülhməramlı briqadasının əsgərləri, ABŞ-ın Avropa və Afrikadakı qüvvələri, habelə Kanzas ştatının Milli Qvardiyası iştirak edir. Ötən sentyabrda ABŞ-ın 85, Ermənistanın isə 175 hərbçisi İrəvan yaxınlığında buna bənzər iki birgə təlim keçirmişdi. Tərəflər hazırkı təlimlərdə iştirak edən hərbçilərin sayını açıqlamır. Rusiya Ermənistanın ABŞ-la daha bir müştərək hərbi təlimlərə ev sahibliyi etmək qərarını tənqid edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  deyib ki, bu qərar Rusiya və Ermənistan arasında təhlükəsizlik bağlarına daha bir zərbə olacaq: "Bu təlimlər İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini virtual olaraq dondurduğu və bu təşkilata açıq hücumların edildiyi bir şəraitdə xüsusilə təəssüf doğurur. Qərblilərin hansısa sülhsevər və sülhyaradıcı məqsədlər elan etməsinə baxmayaraq, onların əsas məqsədi öz geosiyasi layihələrinin həyata keçirilməsi üçün körpü yaratmaqdır". Zaxarova onu da deyib ki, bu layihələr Rusiyanı və İranı regiondan sıxışdırıb çıxarmaq məqsədi güdür. Onun sözlərinə görə, Ermənistanın bütün təhlükəsizlik sisteminin formatının dəyişdirilməsi Qərbə İrəvanın özünə qarşı "əlavə təsir aləti" verir: "Rusiya, Ermənistanın təhlükəsizliyi də daxil, özünün müttəfiqlik öhdəliklərinə daim sadiq olub və sadiq olaraq qalır. O, daim qarşılıqlı məqbul həll yolları tapmağa çalışıb. Lakin İrəvanın sistematik hal alan bu kimi addımları bu ərazidə artıq oturuşmuş qarşılıqlı əlaqə mexanizmlərini sarsıdır". Daha öncə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin demişdi ki, Qərbin Ermənistanla yaxınlaşması Rusiyanın maraqlarına qarşı yönəlib: "Məqsədi Rusiyanın "strateji məğlubiyyəti" olanlarla əməkdaşlığın belə sürətlə dərinləşdirilməsi ilə İrəvan öz əlləri ilə Cənubi Qafqazdakı vəziyyəti, öz təhlükəsizliyi də daxil, ciddi şəkildə sabitsizləşdirmək risqinə girir. Düşünürəm ki, Ermənistanın məlumatlı ekspert və siyasətçiləri belə məsuliyyətsiz addımların bədəlindən xəbərdardır". Bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə edib. Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb. Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

Baş verənlər fonunda "armenianreport" portalı yazır: "Ermənistan Qərb dövlətləri ilə getdikcə daha möhkəm və çoxşaxəli əlaqələr qurmağa çalışarkən, regionu itirən Rusiya aciz qısqanclıq nümayiş etdirir. "Düşmənlərimiz bizi danlayırsa, deməli, hər şeyi düzgün edirik" ifadəsinin kimə məxsus olduğu bilinmir. Bəzi tarixçilər bunu Stalinə aid edir, digər tədqiqatçılar isə onun müəllifliyini təkzib edir. İstər tarixdə, istərsə də müəlliflik hüququ ilə maraqlanmadan, "Ruslar bizi danlayırsa, deməli, hər şeyi düzgün edirik" ifadəsini deyə bilərik. İndiki Rusiya hakimiyyəti İrəvanın hərəkətlərinə çox mənfi münasibət bəsləyir. Moskva Ermənistanın Qərblə dostluq, tərəfdaşlıq münasibətləri qurmaq cəhdlərinə xüsusilə düşmən münasibət bəsləyir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyir ki, "Rusiya tərəfi İrəvanın təsdiqi ilə Aİ-nin Ermənistandakı missiyasının daimi status ala biləcəyindən narahatdır". Bəzi insanlar Aİ missiyasının ölkəmizin sərhədlərində görünməsinə heç də sevinmir. M.Qaluzin bu ilin aprelində Kanada nümayəndələrinin missiyada görünməsindən də qəzəblənir ki, bu, onun fikrincə, "NATO-nun Cənubi Qafqaza nüfuz etməsindən xəbər verir". "Rusiya tərəfi ehtiyat edir ki, Aİ missiyasının fəaliyyəti Rusiya obyektləri və Ermənistanın İran və Türkiyə kimi qonşu dövlətləri ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasına yönəlib", - deyən M.Qaluzin 200 il əvvəl çar Rusiyasının Qafqazda məhz bu dövlətlərlə müharibədə döyüşdüyünü unudur. Rusiyalı nazir müavini təsəvvür edir ki, "müşahidəçilərin işi nəzərəçarpacaq nəticə vermədi və Ermənistan-Azərbaycan sərhədində gərginliyin qarşısını almadı". Ayrı-ayrılıqda xatırlatmaq yerinə düşər ki, Aİ müşahidəçiləri Rusiya Silahlı Qüvvələri Ermənistanın suveren sərhədlərinin qorunmasında tam səriştəsiz olduqlarını sübut etdikdən sonra buraya gəliblər. Qaluzin Belarusla əlaqələrimizə də toxundu. O, bir tərəfdən Minsk və İrəvanın mövqelərinin tezliklə uzlaşdırılmasını arzulayır, digər tərəfdən isə gözlərini zilləyib deyirdi ki, "təəssüf ki, Belarus tərəfdaşlarına qarşı Ermənistan hakimiyyətinin tutduğu sərt mövqeyi izah etmək bizim üçün çətindir". Amma 2022-ci ilin oktyabrında Belarus prezidenti Aleksandr Lukaşenko kobud şəkildə baş nazir Paşinyana hücum edərək, KTMT-nin mövqeyini mahiyyətcə səsləndirdi və bildirdi ki, təşkilat Azərbaycanla münaqişəyə girmək niyyətində deyil, çünki o, yad deyil. Aleksandr Qriqoryeviç 2024-cü ilin mayında Azərbaycanın qonaqpərvərliyindən həvəslə istifadə edərək Şuşaya gəldi və Əliyevlə Belarus texnikasının Qarabağa tədarükü və ərazilərin bərpasında iştirakla bağlı müqavilələri müzakirə etməyə başladı. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da qısqanclıq hissi ilə çıxış edib. O əmindir ki, amerikalılar "bu və ya digər ölkənin ABŞ-ın xarici nəzarəti altına keçməsi üçün şərait yaratmağa" çalışırlar. Sanki amerikalılar gələnə qədər burada münaqişə potensialı yox idi. Ona görə də Ermənistanın alternativ təhlükəsizlik qarantları axtarışı bizim istəyimiz deyil, sadəcə olaraq özümüzü qorumaq instinktimizin ifadəsidir".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İrandan ABŞ-dakı seçkilərə reaksiya - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ