çərşənbə günü, 04 noyabr 2026
     

Bakı-İrəvan danışıqlarında "inanılmaz irəliləyiş" - həqiqət, ya ABŞ-ın blefi?..

Image


Abutalıb Səmədov: "Azərbaycan-Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyişlərin olması barədə deyilənlər, təbiidir ki, həqiqətə uyğun deyil" 

Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

"Bu iki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.

Doğrudan da danışıqlarda inanılmaz irəliləyişlər var, yoxsa ABŞ-ın vasitəçilik səylərinin guya çox böyük nəticə verdiyi barədə rəy yaratmaq diplomatiyasıdır?

"Bu, ABŞ hakimiyyətinin seçkiqabağı kampaniyasında istifadə etməyə çalışdığı bir məsələdir"

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə  şərhində "Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyişlərin olması barədə deyilənlər, təbiidir ki, həqiqətə uyğun deyil. Çünki bir neçə məsələ uzun müddətdir qalıb. Bu məsələlər hələ də həll olunmayıbsa, irəliləyiş nədən ibarətdir? Məlumdur ki, Ermənistan Almatıda keçirilən danışıqların ilk günündə Qranada prinsipləri barədə bəyanat verdi və Ermənistanın xarici işlər naziri sazişin həmin prinsipləri gözləməklə imzalanacağına inandığını söylədi. Bu da uzun müddətdir Azərbaycanla Ermənistan arasında anlaşılmazlığa gətirib çıxarıb. Yəni elə məsələlər var ki, burda təkid etmək, israr etmək, təbiidir ki, danışıqlara mane olur. Söhbət nədən gedir? Birincisi, Ermənistan tələb edir ki, dövlətlərin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməsi kifayət deyil, ərazinin nə qədər kavadratkilometr olduğu da yazılmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında, xüsusən də dağlıq ərazilərdə inzibati sərhədlər belə yoxdur, onlar müəyyənləşdirilməlidir. Nə qədər ki, sərhədlər dəqiq müəyyənləşməyib, delimitasiya və demarkasiya işləri aparılamayıb, dəqiq rəqəm göstərmək yanlışdır. İkinci məsələ xəritələrlə bağlıdır. Ermənistan 1975-ci il xəritəsini deyirdi, sonra Qranadada qəbul olunan bəyanatda "son illərin xəritələri" ifadəsi əks olundu. Ancaq məlumdur ki, Azərbaycanla Ermənistan arasında artıq delimitasiya və demarkasiya işləri müəyyən ərazilərdə aparılır və bu zaman 1969-cu ilin və 1976-cı ilin xəritələrindən istifadə olunur. Digər ərazilərdə ola bilər başqa xəritələr əsas götürülsün. Yəni burda təkid etmək, israr etmək, konkret ilin xəritələri əsasında aparılmalıdır demək, təbii ki, yanlışdır. Bunu son delimitasiya və demarkasiya işləri də göstərdi. Nəhayət üçüncü məsələ, Ermənistan kommunikasiyaların açılmasının dövlətlərin suverenliyi, yurisdiksiyası, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında həyata keçirlməsini tələb edir. Yəni Naxçıvandan Azərbaycana gələn kommunikasiya ilə  Ermənistandan Orta Asiyaya gedən kommunikasiyanın eyni statusa malik olmasını tələb edir. Bu da 10 noyabr bəyanatına ziddir"-deyə bildirdi.

A.Səmədovun bildirdiyinə görə, çünki bəyanatda açıq şəkildə yazılıb ki, Naxçıvan-Azərbaycan yolu, dəhliz açılarkən maneəsiz hərəkət əsas götürülməlidir. Burda Ermənistanın hələ güzəştə getmək istəmədiyini deyən A.Səmədov bildirdi ki, Azərbaycan Kalininqrad modelini təklif edir. O bildirdi ki, nəhayət sonuncu ciddi problem Ermənistan konstitutsiyası ilə bağlıdır. Ermənistan konstitutsiyasının dəyişməli olduğunu vurğulayan müsahibimiz qeyd etdi ki, Azərbaycana qarşı olan ərazi iddiaları ordan çıxarılmalıdır. "Ermənistan bəhanə edir ki, əhali bunu qəbul etməyə, referendumu Paşinyan hökuməti uduza bilər və bu da problemlər yaradar. Ancaq Ermənistan konstitutsiyasına görə,  preambulanın dəyişdirilməsi üçün referenduma ehtiyac yoxdur. Bunu Ermənistan parlamenti 3-də 2 səs çoxluğu ilə qəbul edə bilər və Ermənistan hakimiyyətinin də 3-də 2 səs çoxluğu mövcuddur. Yəni əslinə qalsa, burda heç bir referenduma ehtiyac da yoxdur. Sadəcə olaraq, Paşinyan hökuməti öz üzərinə məsuliyyət götürmək istəmir. Əhali ilə işləmək istəmirsə bu onun problemidir. Azərbaycan anlatmağa çalışır, bir tərəfdən sən Qarabağı öz ərazin elan edirsən, o biri tərəfdən də bəyan edirsən ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyıram. Burda çox ciddi ziddiyyətlər var. Gələcəkdə bu saziş parlamentdə  təsdiq olunarkən ciddi problemlər yarana bilər. Yəni saziş təsdiq olunmaya bilər. Çox təəssüf ki, nə Ermənistana, nə də özümüzün bəzi müxalifətçilərimizə bunları anlada bilməmişik. Ancaq bütün hallarda konstitusiya dəyişməlidir, bunun üçün də referenduma getməyə də ehtiyac yoxdur. Hətta getməyə ehtiyac olsa da əhali ilə işləmək lazımdır, başqa bir variant yoxdur. Çünki sülh sazişi imzalanandan sonra o saziş parlamentdə təsdiq olunmalıdır. Yoxsa qüvvəyə minməyəcək. Təsdiq olunması üçün Konstitusiya Məhkəməsi rəy verməlidir. Bu sazişə Konstitutsiya Məhkəməsi necə rəy verəcək? Onun Ermənistan konstitusiyasına uyğun olduğunu necə əsaslandıracaq? Bütün bunları düşünmək lazımdır. Sazişi tezbazar imzalamaqla sülhə nail olmaq, təbiidir ki, mümkünsüzdür. Belə bir çətinliklər var. Bu baxımdan nə qədər ABŞ bəyan etsə də ki, inanılmaz irəliləyişlər var, bu yalnız ABŞ-ın danışıqlarda uğurlarını qabartmağa xidmət edə bilər. Ola bilsin, bu, Baydenin seçkiqabağı kampaniyasında bu  amildən istifadə etmək üçündür. Heç bir ciddi irəliləyiş yoxdur. Ciddi irəliləyişlərin olması üçün Ermənistana təzyiq göstərilməlidir. Hələlik bu hiss olunmur. Bu səbəbdən Bakı-İrəvan danışıqlarında inanılmaz irəliləyiş barədə verilən bəyanat həqiqətə qətiyyən uyğun deyil. Bu, ABŞ hakimiyyətinin seçkiqabağı kampaniyasında istifadə etməyə çalışdığı bir məsələdir"-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ