şənbə günü, 11 iyul 2026
     

Prezident bir sıra sənədlərdə dəyişiklik etdi

Image


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, ərizə verən şəxslərə vətəndaşlıq vəziyyəti aktının qeydə alınması haqqında müvafiq şəhadətnamə verilir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında şəhadətnamələrdə göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında müvafiq şəhadətnamədə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin şəhadətnamənin təqdim edilməsinə bərabər tutulur.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna elektron xidmət – dövlət orqanları (qurumları) tərəfindən səlahiyyətlərinin icrası zamanı digər dövlət orqanlarına (qurumlarına), bələdiyyələrə, fiziki və hüquqi şəxslərə göstərilən və müvafiq hüquqi nəticənin yaranması, yaxud xidmət istifadəçisinə zəruri informasiyanın verilməsi ilə tamamlanan dövlət xidmətlərinin informasiya texnologiyalarından istifadə edilməklə tərəflər arasında bilavasitə təmas olmadan (xidmətin məqsədləri üçün belə təmasın tələb edildiyi hallar istisna olmaqla) elektron qaydada həyata keçirilməsi forması əlavə edilib.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə rəyi (bundan sonra – məqsədəuyğunluq barədə rəy) nəzərə alınmaqla, həmin orqanın (qurumun) müəyyən etdiyi texniki tələblər, eləcə də beynəlxalq standartlar və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktları əsasında həyata keçirilir. Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə məqsədəuyğunluq barədə rəy verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət informasiya ehtiyatının və sisteminin istifadəyə verilməsi həmin informasiya ehtiyatı və sistemi dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edildikdən sonra həyata keçirilir.

Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestr aparılır. Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatları və sistemləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təhlükəsizlik meyarları üzrə monitorinq olunmalı, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditi aparılmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilmir.

Dövlət orqanları (qurumları) elektron xidmətlərin təşkilini və göstərilməsini "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və dövlət xidmətlərinin həyata keçirilməsi sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi texniki tələblərə uyğun olaraq təmin edirlər.

Elektron xidmətlərin təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 14-cü maddəsinin dördüncü hissəsində qeyd olunan qaydaya uyğun olaraq verdiyi məqsədəuyğunluq barədə rəyi nəzərə alınmaqla həyata keçirilir. Elektron xidmətlər məqsədəuyğunluq barədə müsbət rəy alındıqdan və ya rəydə qeyd edilən təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) dövlət informasiya ehtiyatı və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan, dövlət informasiya ehtiyatı və sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edildikdən, elektron xidmət dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinə daxil edildikdən və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunduqdan sonra həmin sistem vasitəsilə göstərilir.

Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə tələblərə uyğunluğun təmin edilməsi

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsinə, texnoloji avadanlığa və proqram təminatına, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyətinə, o cümlədən formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsinə, texnoloji avadanlığa və proqram təminatına dair tələblərin tətbiqi ilə bağlı məsələlər üzrə dövlət orqanlarına (qurumlarına) yazılı və şifahi şəkildə izahlar verir, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki kömək göstərir.

Bu Qanunda qeyd olunan tələblərə riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət orqanlarına (qurumlarına) göndərdiyi sorğular 5 (beş) iş günündən gec olmayaraq cavablandırılmalıdır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada həyata keçirir. Dövlət orqanları (qurumları) qiymətləndirilmənin aparılmasına zəruri şərait yaratmalı, o cümlədən normativ hüquqi aktların tələblərinə uyğun olmasına nəzarət etmək məqsədilə dövlət informasiya sisteminə və ehtiyatına çıxış, habelə onların texnoloji infrastrukturu ilə tanışlıq (baxış) və test etmə imkanlarını təmin etməlidir.

Dövlət orqanları (qurumları) bu Qanunda qeyd olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərini yerinə yetirməlidir.

"Fərdi məlumatlar haqqında" qanunda edilən dəyişikliyə əsasən, Bu Qanunda qeyd edilən hallar, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin edilir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 15:11
Patruşev illər əvvəl bin Ladenə qarşı planlaşdırılan Rusiya-ABŞ əməliyyatını açdı – ABŞ son anda imtina etdi...

11.07.2026 / 14:22
Azərbaycan vətəndaşını qətlə yetirən şəxs Batumi aeroportunda yaxalandı

11.07.2026 / 14:09
BTQ ilə Burkina-Faso Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalandı

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:57
Prezident Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - FOTO

11.07.2026 / 13:44
Azərbaycanın sərt müqavimətindən sonra İsrail geri addım atdı – qondarma “soyqırım" məsələsi gündəmdən çıxarıldı...

11.07.2026 / 13:17
CHP-nin idarə etdiyi daha bir bələdiyyədə həbslər aparıldı – sədrin də aralarında olduğu 36 nəfər qandallandı...

11.07.2026 / 12:50
Sui-qəsd iddiaları Trampı qorxutdu... Orduya əmr verdi - İranı xəritədən siləcəklər...

11.07.2026 / 12:19
İran “səhvini” boynuna aldı? - Tramp danışıqların bərpasına göstəriş verdi

11.07.2026 / 12:15
Ukrayna Azovda 13 rus tankerini vurdu - Rusya Don-Azov kanalını gəmilərə bağladı...

11.07.2026 / 11:53
"Karib hövzəsində dekolonizasiya mövzusu çox vaxt lazımi səviyyədə diqqətdə olmur" - Sen-martinli jurnalist

11.07.2026 / 11:29
Ukrayna üçün “Patriot”lar ilkin mərhələdə Almaniyada istehsal oluna bilər...

11.07.2026 / 11:15
Prezident İlham Əliyev Monqolustan Prezidentinə təbrik ünvanlayıb

11.07.2026 / 11:03
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışını etdi - FOTO

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ