şənbə günü, 28 noyabr 2026
     

Makedoniyanın Azərbaycandan qaz alması müşkülə çevrilir

Image


Ukrayna ilə yanaşı Qərb və Rusiya arasında müşahidə olunan rəqabət Balkanlarda da özünü getdikcə qabarıq büruzə verir. Hazırda Balkanlarda müşahidə olunan proseslərdə həm də enerji faktoru olduğundan, burada qarşıdurmanın daha gərgin xarakter alması istisna edilmir. Ukraynalı ekspert Aleksey Koval da bildirir ki, Makedoniyadakı proseslər "Türk axını" layihəsinin həyata keçirilməsinə maneə yaratmaqdan ötrü başladılıb.
Onun sözlərinə görə, Makedoniya bütün Balkanlar üçün böhranın başlanğıcı ola bilər":Avropa Birliyi burada etnik konfliktin başlanmasından narahatdır. Bu isə proseslərin Balkanlara keçidi üçün başlanğıc ola bilər. Proseslərin digər təsir edəcəyi məkan isə Serbiyadır. Son günlər Rusiya və ABŞ arasında Serbiya uğrunda savaş şiddətlənib".
Qeyd edək ki, proseslər Makedoniyanın şimalında yerləşən Kumanovo şəhərində polislə silah qaçaqçılığı ilə məşğul olan bir qrup arasında qarşıdurmadan sonrr daha da kəskinləşib. NATO baş katibi Yens Stoltenberq Makedoniyada baş verən olaydan narahat olduqlarını, orada gedən prosesləri yaxından izlədiklərini bildirib. "Mən böyük narahatlıqla Kumanovoda hadisələrin gedişatını izləyirəm. Ölənlərin ailələrinə başsağlığı verirəm. Hər kəsi sabitliyi qorumağa, ölkənin və bütün regionun xeyrinə bu olaylardan geri çəkilməyə çağırıram". Lakin burada vəziyyət getdikcə gərginləşir. Belə ki, mayın 17-də Makedoniyanın paytaxtı Skopyedə on minlərlə etirazçı hökumət əleyhinə yürüşə çıxıb. Onlar baş nazir Nikola Qruyevskinin istefasını tələb ediblər. Yürüşü müxalif Makedoniya Sosial Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət partiyaları təşkil edib. Səbəb nazirlərin seçkini saxtalaşdırma planını əks etdirən videonun yayılması olub.
Xəbərlərə görə, yürüşdə 40 mindən çox insan iştirak edib. Qruyevski bildirib ki, istefa vermək, yaxud keçid hökumətini qəbul etmək niyyəti yoxdur. Sosial Demokratik Birliyin lideri Zoran Zaev etirazı multietnik adlandırıb. Zaev deyib ki, hökumət binasının qarşısında qalacaqlar":Nikola Qruevski istefa verməlidir. Getməsə, biz də getməyəcəyik". Mayın 18-də isə hökumətyönlü qüvvələrin nümayişi keçirilib. Bütün bunlar Makedoniyada vəziyyətin daha da qarışmasına gətirib çıxarıb. Ekspertlər isə bildirir ki, Makedoniyada baş verənlərin arxasında Qərb - Rusiya qarşıdurması dayanır. O da qeyd olunur ki, Qərb "Türk axını" layihəsini məhz Makedoniyada durdurmağa hazırlaşır. Çünki bunu Yunanıstanda etmək mümkün olmayıb. Məsələ burasındadır ki, ABŞ və digər Qərb ölkələrinin bütün təzyiqlərinə baxmayaraq, Yunanıstanda radikal sol koalisiya olan "Syriza" Rusiya ilə əməkdaşlıqda geri çəkilənə bənzəmir. Energetika naziri Panayotis Lafazanis Qərbin dəstəklədiyi TAP-dan imtina etmədiklərini, amma "Türk axını" layihəsi daha sərfəli olduğu üçün ona üstünlük verdiklərini açıqlayıb. Yunanıstanın xarici işlər naziri Nikos Kotzias "Türk axını"nı sona qədər dəstəkləmək niyyətində olduqlarını bildirib. Rusiya kəmər layihəsinin marşrutu üzərində yerləşən digər Balkan ölkəsi Serbiyanın hökumətini öz tərəfinə çəkməyə nail olub. Ötən həftə xarici işlər naziri Sergey Lavrov Belqrada səfər edərək Serbiya hökuməti ilə strateji tərəfdaşlıq danışıqları aparıb, "Türk axını" layihəsi müzakirə olunub.
Lakin kəmər Serbiyaya çatana qədər Makedoniyadan keçməlidir. Makedoniya "Türk axını" qaz kəməri layihəsinin marşrutu üzərində yerləşən mühüm tranzit ölkəsidir. "Qazprom" Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilməkdə olan Cənub Qaz Dəhlizi marşrutu ilə eyni marşrutu təkrarlayan, ildə 63 milyard kubmetr qaz nəqlini nəzərdə tutan, iqtisadi layihədən çox siyasi mahiyyət kəsb edən kəmər layihəsinə Makedoniyanı cəlb etməyə razılıq ala bilib. Lakin indi tranzit baxımından böyük əhəmiyyəti olan bu ölkədə qarşıdurma gedir. Hazırda bu ölkədə olan siyasi gərginlik həm də geosiyasi toqquşma hesab edilir. Rusiyanın "Türk axını" daha çox siyasi anlamı ilə seçilir. Belə ki, Kreml bunu Qərblə qarşıdurmada yenə şantaj vasitəsi olaraq istifadə etmək niyyətindədir. Qərb isə bununla razılaşmır. Ona görə, "Türk axını"na bu dəfə Makedoniyada maneə yaradılır.
Balkan üzrə ekspertlər hesab edir ki, Makedoniyada ABŞ və Rusiyanın maraqları toqquşur. Təsadüfi deyil ki, əvvəllər Makedoniyada baş verənlərlə nadir hallarda maraqlanan Rusiya son günlər xeyli fəallaşıb. Müxalifətin mitinq hazırlıqlarını şərh edən Rusiya Qərbin dəstəklədiyi QHT-lərin və müxalifətin Makedoniyada "rəngli inqilab" hazırladığı haqda xəbərdarlıq edib. ABŞ isə Makedoniya müxalifətinə açıq dəstəyini ifadə edir ki, bu da Avropa bazarı uğrunda Vaşinqton-Moskva müharibəsinin daha gərgin mərhələyə keçməsi deməkdir. Baş verənlər fonunda proseslərin Azərbaycana da müəyyən təsirləri var. Çünki Makedoniya Azərbaycan qazının da potensial alıcılarından biridir. Aprel ayında Makedoniya prezidenti Georgi İvanov Bakıya səfər edib və bildirib ki, ölkəsi TAP layihəsinə qoşula bilər: "TAP-a qoşulmaqla bağlı hələlik konkret təklif almamışıq.
Amma bu layihəyə qoşulmaq niyyətindəyik". Lakin Makedoniyada vəziyyət gərginləşərsə, bu mümkün olmayacaq. İndi bütün nəzərlər Ağ Ev və Kremlə yönəlib. Bu savaşdan kimin sağ çıxacağını zaman göstərəcək. Ehtimal var ki, Balkanlarda indiki durum burada yeni qarşıdurmalara gətirib çıxaracaq.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ