şənbə günü, 28 noyabr 2026
     

Azay Quliyev Riqa sammitindən Azərbaycanın gözləntilərini açıqladı

Image


Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının üzvü Azay Quliyev mayın 21-22-də Avropa İttifaqının liderləri və şərq tərəfdaşları ölkələri rəhbərlərinın iştirakı ilə Riqada keçiriləcək "4-cü Şərq Tərəfdaşları Sammiti”ndən Azərbaycanın gözləntilərini açıqlayıb.

Trend-in məlumatına görə, A.Quliyev mətbuata açıqlamasında qeyd edib ki, Avropa İttifaqı bu zirvə toplantısını təşkil etməklə "Şərq Tərəfdaşlıq Proqramı”nın (ŞTP) ittifaq üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir:

"Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu ŞTP-ni xilas etmək cəhdi də adlandırmaq olar. Bu gün real mənzərəyə baxsaq, görərik ki, Avropa İttifaqının bu layihəsi ciddi böhran keçirir və demək olar ki, gələcək perspektivi şübhə altındadır. Belə ki, Ermənistan və Belarus şərq tərəfdaşlıq proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktik olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların Avropa İttifaqının təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamsına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Ukrayna, Gürcüstan və Moldovanın isə istəkləri nəzərə alındığına görə onlar Avropa İttifaqı ilə assosasiya sazişini imzaladılar”.

A.Quliyevin sözlərinə görə, göründüyü kimi, ŞTP iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik edilib və milli maraqlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmayıb:

"Buna isə təəssüflənməmək və üzülməmək mümkün deyil. Ona görə ki, ölkəmiz 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın etdiyi bu strateji seçim Brüssel tərəfindən adekvat qiymətləndiriləcək və milli maraqlarımızın təminatında Avropa İttifaqından haqq etdiyimiz dəstəyi ala biləcəyik. Biz həm də ona görə belə düşünürdük ki, bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa İttifaqını alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı və tam əksinə, bir çox hallarda ölkəmizə qarşı haqsızlığın, qərəzli mövqeyin və ikili standartların şahidi olduq”.

Millət vəkilinin sözlərinə görə, bundan başqa Ukraynada baş verən hadisələrə Avropa İttifaqı tərəfindən sərt reaksiyanın verilməsi, bu ölkənin ərazi bütövlüyünün tam olaraq dəstəklənməsi və ən önəmlisi isə beynəlxalq hüququn bu prinsipini pozan Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyaların tətbiq edilməsi fonunda birliyin Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını uzun müddət işğalda saxlamasına səssiz qalması və bu işğalçı ölkəyə qarşı adekvat addımlar atmamasını nə izah etmək, nə də anlamaq mümkün deyil:

"Bu azmış kimi Ermənistanın Putinin göstərişi ilə assosiasiya sazişinin imzalanması ilə əlaqədar 3 ildən çox müddət ərzində Avropa İttifaqı ilə apardığı danışıqların yekunundan və götürdüyü öhdəlikdən bir gecənin içində imtina edərək Gömrük İttifaqına qoşulmasına Brüsselin "dişsiz” reaksiyası və əksinə şərq tərəfdaşlıq proqramının parlament ölçüsü olan Avronest Parlament Assambleyasının illik sessiyasının bu ilin martında İrəvanda keçirilməsi haqqında qərar verməsinin isə bir adı var: siyasi riyakarlıq və ikiüzlülük”.

A.Quliyev əlavə edib ki, ŞTP-nın hazırkı durumunun qısa analizindən sonra bizi bir sual düşündürür. Riqa sammitindən Azərbaycanın konkret gözləntiləri nədir və biz Avropa İttifaqından nəyi tələb etməliyik? Məncə ölkəmizin istək və gözləntilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

"1) Avropa İttifaqı Azərbaycanla milli maraqlarımızı özündə ehtiva edən və ölkəmizin geosiyasi və strateji əhəmiyyətinə adekvat olan yeni bir sənədin, strateji əməkdaşlıq sazişinin imzalanmasının zəruriliyini rəsmən bəyan etməlidir;

2) Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq hüquq normaları, xüsusilə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində dəstəklədiyini açıq və birmənalı bildirməlidir;

3) Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz və təxirəsalınmadan çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını Ermənistandan tələb etməli və əks təqdirdə Rusiyaya qarşı istifadə etdiyi sanksiyaları Ermənistana qarşı tətbiqini gündəmə gətirməlidir. Avropa İttifaqı şərq tərəfdaşlığı proqramına daxil olan 6 ölkədən yalnız Ermənistanın işğalçılıq siyasəti yürüdərək digər iştirakçı dövlətin- Azərbaycanın ərazisini işğal etməsi faktını xüsusi vuğulamalı və bunun qəbul edilməz olduğunu bildirərək işğala son qoyana kimi Ermənistanın bu platformada fəaliyyətini dayandırmalıdır;

4) Avropa İttifaqı Avropa Parlamenti və digər Avropa institutları tərəfindən Azərbaycana qarşı sərgilənən ikili standartların, qərəzli və ədalətsiz qərar və qətnamələrin yolverilməz olduğunu bildirməli, bu qurumları Azərbaycanla konstruktiv əməkdaşlığa və dialoqa səsləməlidir”.

Millət vəkilinin sözlərinə görə, Riqa sammitində bütün bu qeyd olunan 4 bəndə uyğun addımlar atılarsa və yaxud bu istiqamətdə müəyyən fəaliyyətə başlanılarsa, bu regionun lider dövləti olan Azərbaycana qarşı indiyə kimi Avropa İttifaqı tərəfindən yol verilmiş haqsızlığa son qoymuş olar və Aİ-Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldər:

"Bu yazı Latviya Xarici İşlər Nazirliyinin "Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Yuris Poykansın "sonrakı əməkdaşlıqla bağlı Azərbaycandan təkliflər gözləyirik” fikrinə cavab kimi də qəbul edilə bilər”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ