şənbə günü, 28 noyabr 2026
     

Azərbaycana böyük dəxli olan yeni "qaz döyüşü səhnəsi"...

Image


Avropanın qaz bazarı uğrunda rəqabət getdikcə daha gərgin xarakter almaqla yanaşı, geosiyasi müstəvidə ciddi yeniliklərlə müşayiət olunmaqdadır. Hər halda, Makedoniyada baş verənlər ətrafında səslənən fikirlər bu qənaətə gəlməyə əsas verir. Rusiyada belə hesab edilir ki, baş verənlər "Türk axını" qaz kəməri ilə birbaşa bağlıdır.
Hesab edilir ki, ABŞ və bəzi Qərb ölkələri "Türk axını"nın həyata keçməməsi üçün Makedoniyanı qarışdıraraq layihənin baş tutmasının qarşısını alır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makedoniyada baş verən son hadisələrin bu ölkənin Rusiyaya qarşı sanksiyalardan imtina etməsi və hökumətin "Türk axını" qaz kəmərinin tikintisinə verdiyi dəstəklə də əlaqəli ola biləcəyini vurğulayıb: "Ona görə də, biz Makedoniyada baş verən hadisələrin bununla hansısa bir əlaqəsinin olduğu fikrindən vaz keçə bilmirik. Biz Makedoniya hakimiyyətinin fəaliyyətini dəstəkləyirik və bütün siyasi qüvvələri dialoqa çağırırıq". Lavrov Avropa Birliyini "Türk axını" qaz kəməri ideyasını dəstəkləməyə çağırıb. Nazir qeyd edib ki, Avropa Birliyi enerji təhlükəsizliyi istəyirsə, Brüssel "Türk axını" ideyasını dəstəkləməlidir. Amma ekspertlər hesab edir ki, Makedniyada vəziyyət qarışarsa, "Türk axını"nın buradan keçməsi müşkülə çevriləcək. İndilikdə isə Makedoniyanın hakimiyyət orqanları qonşularını və digər dövlətləri ölkədə sabitliyi pozmaq və müxalifətin etirazları fonunda "rəngli inqilab" ssenarisini reallaşdırmaq cəhdlərində təqsirləndirir. Makedoniya Daxili İşlər Nazirliyinin nümayəndəsi İvo Kotevski deyib ki, söhbət Balkanların ən qorxulu ekstremist qruplaşmasından gedir: "O bütün region üçün təhlükə mənbəyi idi". Polis nümayəndəsi qeyd edib ki, qruplaşmaya Kosovo albanları rəhbərlik edib. "Euronews" telekanalının yaydığı məlumata görə, 50-80 nəfərdən ibarət terrorçu dəstə ölkə ərazisinə bir neçə gün əvvəl qonşu Kosovodan keçib. Bu müddətdə yaraqlıları Kumanovo şəhərində yaşayan albanların gizlətdiyi ehtimal olunur. Məlumatda 30 yaraqlının təslim olduğu, 15-nin isə qaçıb gizləndiyi bildirilir. Makedoniya vəziyyətin yenidən qarışa biləcəyindən ehtiyat edir. Belə vəziyyətdə Makedoniya müxalifətinin mitinqləri situasiyanı daha da gərginləşdirir. Makedoniya hökuməti hesab edir ki, müxalifət lideri Zoran Zayev ölkədə dövlət çevrilişi hazırlayır. Rusiya isə Amerika xarici xüsusi xidmət orqanlarının müxalifət liderinə dəstəyindən şübhələnir və bəyan edir ki, bu cür addımlar ölkədə qarşıdurmanın kəskinləşməsinə gətirib çıxara bilər.
Makedoniyada ABŞ və Rusiyanın maraqlarının toqquşduğunu deyən Londonda yerləşən "Liberal International" təşkilatının baş katibi Emil Kirdjas qeyd edir ki, Rusiya Makedoniyanın baş naziri Nikola Qruyevskinin hakimiyyətdə qalmasında maraqlıdır. O, Rusiyanın uzunmüddətli fasilədən sonra yenidən Balkanlardakı hadisələrə qarışmasına təəccüblə yanaşır. Kirdjasın fikrincə, "Cənub axını" qaz kəməri layihəsinin müvəffəqiyyətsizliyindən sonra Makedoniya, Serbiya və Macarıstanla birgə alternativ "Türk axını"nın reallaşdırılması Rusiya üçün əsas məsələdir. "Bunun üçün Rusiyaya Makedoniyada "özünün" hökuməti lazımdır.
Çünki Bolqarıstanın layihədə iştirakdan imtina etməsindən sonra yeganə alternativ Makedoniyadır". Qeyd edək ki, Makedoniya Yunanıstan, Serbiya, Macarıstan və Türkiyə ilə birlikdə ötən ay "Türk axını" qaz kəmərinin tikintisində iştirak etmək niyyətini bəyannamə ilə təsdiqləyib. Amma Avropa və ABŞ Qara dənizinin dibi və Türkiyə üzərindən keçəcək qaz kəmərinin tikintisinə istənilən vasitə ilə mane olmaq niyyətindədir. Avropa Komissiyası "Türk axını" qaz kəməri layihəsi ilə bağlı araşdırmalara başlaya biləcəyini açıqlayıb. ABŞ və Yunanıstan arasında fikir ayrılığı yaradan əsas məsələ "Türk axını" layihəsidir. ABŞ Rusiya təbii qazının Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya ixracını nəzərdə tutan "Türk axını" qaz kəmərinin tikintisinə qarşı çıxır və layihədən imtina üçün Afinaya təzyiq göstərir. Lakin Moskva da fəaliyyətini dayandırmır. Məsələ ondadır ki, Makedoniyanın, yaxud Serbiyanın da layihədən imtina etməsi "Türk axını"nı eynilə "Cənub axını" kimi dəfn edəcək. Moskva da bunu yaxşı bilir və bu səbəbdən Makedoniya hökumətinə hərtərəfli yardım göstərir. Eyni zamanda Kreml "Türk axını" ilə bağlı Serbiya ilə də sıx işbirliyi içindədir. Serbiya prezidenti Tomislav Nikoliç də qeyd edir ki, ölkəsi "Türk axını" qaz kəməri layihəsində iştirakdan imtina etmir: "Biz heç vaxt deməmişik ki, bu layihəyə qoşulmaqdan imtina edirik. Axı Rusiya doğrudan da Ukrayna üzərindən qaz tranzitini 2018-ci ildən dayandıracaqsa, o zaman biz yanacaqsız qalacağıq". Onun sözlərinə görə, "Türk axını" Serbiyanın sərhədlərinə qədər gəlib çatsa, sonradan onu Serbiya öz ərazisindən çəkməlidir:
"Lakin Avropa Birliyi "Cənub axını" kəmərinin Bolqarıstan ərazisindən keçməsinə mane oldusa, "Türk axını" kəmərinin digər Avropa ölkələrinin, o cümlədən Yunanıstanın ərazisindən keçməsinə necə imkan verəcək? Deməli, burada bir çox qaranlıq nüanslar var. Ona görə də gözləyək, görək necə olacaq". Lakin Makedoniyadakı vəziyyət "Türk axını" üçün ciddi problem yaradır. "Türk axını"nın gecikməsi fonunda isə Avropa Azərbaycan qazını almağa daha çox maraq göstərir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ