şənbə günü, 28 noyabr 2026
     

"AST Telman" "Mardan Palace" ilə birgə batır

Image


Dünyanın ən lüks otellərindən hesab edilən "Mardan Palace" ətrafında baş verənlər son günlər yenidən diqqəti cəlb edir. Azərbaycanlı oliqarx Telman İsmayılovun qəti şəkildə təkzib etməsinə baxmayaraq, otelin gələn ay satışa çıxarılması barədə yenidən məlumatlar yayılmaqdadır. Qeyd edək ki, "Mardan Palace" otelinin satılması məqsədilə Antalya bələdiyyəsi otelin satışına dair birinci tenderi iyunun 3-də, ikincini isə iyunun 30-da keçirəcək.
Tenderin hərrac yolu ilə keçiriləcəyi bildirilir. Təkliflər elektron qaydada da verilə biləcək. Birinci hərracda alıcı tapılmasa, ilk hərracdan beş gün keçəndən ikinci hərraca 10 gün qalana qədər elektron qayda ilə təkliflər qəbul ediləcək. Otelə alıcı tapılarsa, onun dəyəri hərracdan sonrakı 10 gün ərzində nağd olaraq Antalya bələdiyyəsinin hesabına ödənilməlidir.
Xatırladaq ki, otel Antalya bələdiyyəsinə olan vergi və torpaq icarəsi borcuna görə satışa çıxarılıb. 2009-cu ildə böyük dəbdəbə ilə istifadəyə verilən "Mardan Palace"ın ərazisi 94 min kvadratmetrə yaxındır, oteldə 365 ədəd ikinəfərlik otaq, 43 ədəd dördnəfərlik suit otaq, 5 ədəd dördnəfərlik villa və 12 nəfərlik apartament yerləşir. Oteldə bütün lüks xidmətlər var. Telman İsmayılov bu oteli həyatının ən önəmli layihəsi kimi inşa etmişdi və ona atasının adını vermişdi. Lakin Moskvadakı "Çerkizovsk" bazarının bağlanmasından və nəticədə ən böyük nağd gəlir mənbəyini itirməsindən sonra T.İsmayılovun müflisləşmə dövrü başlayıb. Yayılan məlumatalara görə, artıq "Limak Holding"in nümayəndələri "Mardan Palace"ı satın almaq üçün danışıqlara başlayıb. Məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, "Limak Holdinq"in səlahiyyətli nümayəndəsi oteli satın almaq fikrində olduqlarını açıqlayıb. Holdinqin idarə heyətinin sədri, Türkiyənin ən zəngin adamlarından biri Nihat Özdemir deyib ki, rəhbəri olduğu qurum turizm sahəsinə də yeni yatırımlar qoymağa hazırlaşır, yeni otellərin açılması gündəmdədir: "Şirkətin əsas prioriteti isə dünyanın ən lüks otellərindən olan "Mardan Palace" otelini almaqdır. İyunda hərraca çıxarılacaq bu oteli yaxından izləyirik. Bizim otellərimizin sahib olduğu yataq sayı 6 mindir, "Mardan Palace" üçün də danışıqlar aparırıq".
"Fortuna" biznes jurnalının türk versiyası yazır ki, Telman İsmayılovun oteli satması qaçılmaz olacaq. Qeyd olunur ki, otelin satışına dair ilk hərrac iyun ayının ilk həftəsində olacaq. 1,4 milyard dollara başa gələn otel cəmi 315 milyon türk lirəsindən, yəni təxminən 180 milyon dollardan satışa çıxarılıb. Otelin satılma səbəblərinə gəlincə, jurnal yazır ki, Telman İsmayılova ilk sarsıdıcı zərbəni Rusiya prezidenti Vladimir Putin vurub: "Onun Moskvadakı "Çerkizovsk" bazarını bağlatdırdı və 2 milyard dollar dəyərində olan 6 min konteynerini müsadirə etdirdi.
İsmayılovun sıxıntılı günləri də "Çerkizovsk" bazarının bağlanması ilə başladı. Çünki o, Türkiyədəki otelin inşası üçün Moskvadakı banklardan 400 milyon avrodan çox kredit almışdı. Oliqarx bu krediti bazardan sel kimi axan nağd gəlirlərlə bağlamağı planlaşdırırdı. Ancaq gözlədiyi olmadı. Kreditləri gecikdirdiyi üçün faizlərlə birlikdə borcları aşıb-daşdı. Digər səbəb isə 1,4 milyard dollar investisiya hesabına başa gələn "Mardan Palace"ın açıldığı gündən etibarən yetərli müştəri cəlb edə bilməməsi və ziyanla işləməsi oldu. Türkiyənin Turizm Yazarları və Jurnalistləri Dərnəyinin başqanı Kerem Köfteoğlu deyir ki, T.İsmayılovun otelə dair "əsaslandırılmamış qərarları" yatırılan vəsaitin boşa getməsinə səbəb olub. Onun fikrincə, T.İsmayılov bu oteli tikmək üçün yanlış məkan seçib, üstəlik yanlış idarəçilərlə işləyirdi. Jurnalist deyir ki, Antalyanın Kundu bölgəsində, "Mardan Palace"ın yerləşdiyi bölgədə otellər "hər şey daxil" prinsipi ilə işləyir və güclü rəqabət olduğundan ucuz qiymətlər təklif edir. Belə bölgədə yeddiulduzlu otel inşa edib müştəri cəlb etmək isə çox çətindir. Onun fikrincə, T.İsmayılov oteli Bodrumda inşa etsəydi, daha doğru seçim etmiş olardı. Üstəlik, "Mardan Palace"ın lüks imicini idarə edəcək menecerlər tapılmadı. Əvvəlcə işə peşəkarları, dünyanın prestijli otellərində işləmiş menecerləri dəvət etdilər. Ancaq gəlir azalmağa başlayanda daha ucuz menecerlər işləməyə başladı".
"AST Telman"ın "Mardan Palace" otelinə görə borclu olması ilə bağlı məlumatlar hələ ötən ildən yayılırdı. Hələ o vaxt məlum olmuşdu ki, T.İsmayılov otelin tikintisi zamanı Türkiyənin məşhur "Halk Bank"ından 62,5 milyon dollar kredit alaraq geri qaytarmayıb. Daha maraqlısı budur ki, "Halk Bank" rəhbərliyi bu məbləği vermək üçün əlavə zəmanət tələb etməyə ehtiyac görməyib. T.İsmayılov otelin inşası üçün başqa türk banklarından da kredit alıb. Lakin bu kreditlərin məbləği məlum deyil. Kreditin geri qaytarılmasında problem yarandıqdan sonra "Halk Bank" hoteli araşdırmağa başlamışdı. Məlum olmuşdu ki, otelin yerləşdiyi ərazinin bir hissəsi dövlətə məxsus olub və T.İsmayılov bu ərazini sadəcə olaraq zəbt edib. Araşdırma zamanı o da məlum olub ki, "Mardan Palace"in yerləşdiyi ərazinin bəzi hissələrinin sənədləri də qaydasında deyil. Belə ki, hotelin yerləşdiyi ərazinin 3 hektara yaxını Antalyanın Aksu bələdiyyəsinin mülkiyyətidir. Ötən il Rusiyanın "Manqazeya" adlı şirkəti də T.İsmayılovun onlara 135 milyon dollarlıq borcuna görə bütün sərvətinin dondurulması barəsində məhkəmə qərarı çıxarmasına nail olub. Bütün bunlar isə oliqarxın işlərinin heç də qaydasında getmədiyini göstərir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 11:08
Azərbaycan idmançıları Ermənistanda 6 medal qazandılar..

28.11.2026 / 09:46
Yaxın Şərq üzrə Yeni Təhlükəsuzlik konsepsiyası bəyan edildi - ərəb ölkələri ilə tək-tək razılaşma...

28.11.2026 / 09:08
Daşlaşmış yaddaşın söküntüsü: Bakının XIX əsr memarlıq irsini necə qorumalı?

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ