Misirdə hakim və prokurorları daşıyan xidməti avtobusa silahlı hücum olub. İddiaya görə avtobusda keçmiş prezident Məhəmməd Mursiyə edam cəzası çıxarmış 3 hakim də olub.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD yaraqlılarının mikroavtobusu atəşə tutması nəticəsində, avtobusda olan 3 hakim ölüb, aralarında mikroavtobusun sürücüsü və bir prokurorun da olduğu 4 nəfər isə yaralanıb.
Yaraqlılar hücumdan dərhal sonra avtomobillə ərazidən qaçıblar.
Öldürülən hakimlərin Mursi barəsində edam qərarı çıxaran hakimlər olduğu iddia edilir, ancaq iddialar rəsmi mənbələrdən hələlik təsdiqlənməyib. İngiltərənin məşhur qəzetlərindən olan "Independent” isə polislərə istinadən bu iddiaların doğru olduğunu yazır.