"İslam dövləti” qruplaşmasının silahlıları qaçqın adı ilə Avropaya daşınırlar. Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Liviya hökumət nümayəndəsi bildirib.
Dövlət müşaviri Abdul Basit Harun bildirib ki, qaçaqmalçılar İD yaraqlılarını qeyri-leqal mühacir daşıyan gəmilərdə gizlədərək Avropaya keçirirlər. Məmurun sözlərinə görə, o, bunu cihadçıların nəzarət etdiyi Şimali Afrika bölgələrində qayıq sahibləri ilə söhbətdən bilib. O, deyir ki, cihadçılar onun əldə etdiyi qazancının yarısı müqabilində fəaliyyət göstərməyə icazə verirlər.
BMT-nin məlumatına görə, bu il 60 minə yaxın adam Aralıq dənizini kəsib keçməyə cəhd edib. Təxminlərə görə, 1600 nəfər yolda ölüb. Bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 qat artıqdır.
BBC-yə müsahibəsində Harun deyib ki, İD öz adamlarını Avropaya göndərmək üçün katerlərdən istifadə edir. Onun sözlərinə görə, Avropa polisi İD yaraqlılarını adi qaçqınlardan ayırmaq iqtidarında deyil.
Çox vaxt yaraqlılar qayıqda başqalarından ayrı əyləşir. Onun sözlərinə görə, cihadçılar Avropaya keçmiş yaraqlıları gələcəkdə hücumlar təşkil etmək üçün istifadə etmək niyyətindədir.
Daha əvvəl yaraqlıların qaçqın adı ilə Avropaya yayılması haqqında Avropa Birliyinin Xarici Sərhədlərin Təhlükəsizliyi Agentliyi (Frontex) ehtimal irəli sürmüşdü.
Avropa Komissiyası mühacirlərlə bağlı böhranın həlli üzrə yeni layihə təqdim edib. Layihədə ən çox mübahisə doğuran müddəa qeyri-leqalların milli kvotalar sistemi üzrə qəbul etmək planı olub. Bu, 50 min avro sərf ediləcək plan çərçivəsində gələn iki il ərzində Avropa ölkələrində 20 minə qədər qaçqın qəbul etmək nəzərdə tutulur.