Cümə günü, 06 noyabr 2026
     

Müsəlman ölkələrində Fransanın gey XİN və Baş nazirilə kimsə əl-ələ görüşməyəcək...

Image


Fatimə Hacıbəyli: "...Makronun baş naziri və xarici işlər naziri ilə əl tutub görüşməzlər"
Faiq Ələkbərli: "...Məsafəli davranacaqlar"
Sədrəddin Soltan: "Axsaq atın kor nalbəndi..."

Fransada qalmaqallı "immiqrasiya qanunu" qərarından sonra təzyiqlərə tab gətirə bilməyən Elisabeth Borne və hökumətinin istefasından sonra Baş nazir vəzifəsinə təyin edilən ölkə tarixinin ən gənc və ilk gey baş naziri Qabriel Attal hökumətin yeni tərkibini açıqlayıb. 

34 yaşlı Attal biabırçı bir qərar qəbul edərək keçmiş "əri" Stefan Sejourneni də Xarici İşlər naziri təyin edib. Onu da vurğulayaq ki, Attalla və Sejournenin uzun müddət "vətəndaş nikah"ında yaşadıqları bildirilir.

Makronun birdən-birə sevgili olan bir cüt cinsi azlığı yüksək vəzifəyə gətirməsi dünyada ciddi müzakirə olunur. Bütün əxlaqi dəyərlərin çökdüyü və çürüdüyü Fransada belə mühüm postlara cinsi azlıqların təyin edilməsi narazılıq doğurmaya bilmir.

Hətta bəzi ekspertlər deyirlər ki, heç bir türk və müsəlman lideri Attalla və Sejourneni ilə əl tutub salamlaşmayacaq. Bəzi müşahidəçilər deyir ki, xristian ölkələri arasında da Makronun "yavruları"nı qəbul etməyənlər var. 

Müsəlman ölkələrinin, türkdilli dövlətlərin dövlət adamları Fransanın yeni təyin olunmuş baş naziri və xarici işlər naziri ilə əl verib görüşməyi özlərinə rəva görəcəklərmi?

"Vəfa" Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli baki-xeber.com-a "onlarla nəinki əl verib görüşmək, heç bir stolda oturmaq da qəbul edilməzdir. Mənə elə gəlir ki, türk və müsəlman dünyasının liderləri Makronun   baş naziri və xarici işlər nazir ilə əl tutub görüşməzlər" - deyə bildirdi. 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli bildirdi ki, son dövrlər Qərbdə, Avropada bir sıra dəyişikliklərin olduğunu görürük. "Bu onların baxışına görə, insani dəyərləri ehtiva edir, ancaq hər halda insani dəyərin də müəyyən bir həddi, çərçivəsi olmalıdır. Şübhəsiz ki, bəzi Qərb ölkələrində cinsini dəyişənlər, eyni cinslilərin nikahı, münasibəti kimi məsələlər müsbət  qarşılanır. Biz keçmişə baxsaq, Qərbdə əvvəllər də belə halların olduğunu bilirik. Hansı dövrdə ki, bu kimi məsələlər cəmiyyətdə adiləşmişdi həmin cəmiyyətlər tarixin səhnəsindən silinib gedib. Bəzi cəmiyyətlər Tanrının və təbiətin yaratdıqlarını dəyişməyə çalışır. Bu dəyərlərin itirilməsi və yeni "dəyərlər"in "formalaşması" ilə özünü biruzə verir. Belə ölkələrdən biri Fransadır. Baş nazirin Tanrının yaratdığının əksinə həyat tərzi sürməsi, özü kimi birini də yüksək vəzifəyə təyin etməsi tərəfimizdən normal qarşılanmır. Məqsədləri bu qeyri-ənənəvi nəsnəni yayğınlaşdırmaqdır, istəyirlər ki, bütün dünyada belələri çoxalsın. 

Düşünürəm ki, Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Pakistan və digər türk, müsəlman dövlətlərinin liderləri bu məsələdə məsafəli davranacaqlar. Hesab edirəm ki, türk və müsəlman liderləri Fransanın baş naziri və xarici işlər naziri ilə əl tutmamağa çalışacaqlar. Çünki onlar kimiləri bizim cəmiyyətlər üçün qəbul edilməzdir" - deyə F.Ələkbərli qeyd etdi. 

O, vurğuladı ki, Fransa, Kanada, Hollandiya və başqa bu kimi ölkələrdə cinsi oriyentasiyası ənənəvi olmayan şəxslərin dövlət vəzifələrinə təyin edilməsi, birinci şəxs vəzifəsinə gətirilməsi müşahidə olunur, amma bu qəbuledilməzdir.    

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Axsaq atın kor nalbəndi olar. Makronun kabineti belə olar" - deyə bildirdi.

S.Soltanın sözlərinə görə, Fransa liberal ölkədir və bu ölkənin daxili siyasəti liberal əsaslarda, xarici siyasəti isə fransız şovinizmi əsasında qurulub. 

"Odur ki, bu tip oriyentasiyalı insanların Fransada hakimiyyətə gəlməsi, yaxud hakimiyyətdən getməsi Fransa cəmiyyəti üçün adi haldır. Bu tip məsələlərdə onlarda əxlaqi dəyər ölçüsü yoxdur. Emmanuel Makron özü şəxsi həyatı ilə bağlı bir sıra rekordlara "imza" atıb. Özündən 24 yaş böyük qadınla evlənməklə, öz müəlliməsi ilə ailə qurmaqla, sosial məsələlərlə bağlı çox saylı etiraz aksiyaları keçirməklə, Fransada özünü islahatçı prezident göstərməklə yadda qalır. Eləcə də o, kabinetində fərqli cinsi oriyentasiyalı insanların hökumətinə və xarici siyasət idarəsinə rəhbərlik etməsi ilə Fransa tarixinə düşür. Avropada cinsi azlığın nümayəndələrinin hakimiyyətdə təmsil olunması halları çoxdur. Bu Avropa cəmiyyəti üçün qeyri-adi deyil. Onlar artıq ona öyrəşiblər. Fransada eyni cinslilərin ailə qurması məsələsi də adi hal alıb. Bu baxımdan, Fransa hökumətində bu sayaq addımların atılması da bizim üçün qeyri-adi olmaz. Makron həm də Fransanı dünyanın bir sıra ölkələrindən qovulması ilə tarixə düşəcək. Məsələn, Afrika ölkələrindən Fransa sıxışdırılmaqdadır, keçmiş müstəmləkə ərazilərində Fransa mərkəzi hakimiyyətinə qarşı etirazlar var. Nəhayətdə, Cənubi Qafqazda Makron hakimiyyətinin yürütdüyü siyasət də Fransanın imicinə, onun nüfuzuna heç də müsbət təsir edən hadisə deyil. Onun Cənubi Qafqazda Ermənistanı birmənalı müdafiə edib Azərbaycana qarşı ondan istifadə etməsi təbii ki, Fransa hakimiyyətinin regiondakı mövqeyinə mənfi təsir göstərməkdədir. Makron Fransa tarixinə qəribə və heç də ölkənin nüfuzunu artıran prezident kimi düşməyəcək. O, daha çox cinsi azlıqların prezidenti kimi düşəcək" - deyə S.Soltan bildirdi. 

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ