Cümə günü, 06 noyabr 2026
     

60-cı prezident seçkiləri ABŞ demokratiyası üçün fəlakət ola bilər...

Image


ABŞ-da bu il noyabrın 5-də keçiriləcək prezident seçkiləri fonunda ölkədə siyasi müstəvidə proseslərin daha gərgin xarakter aldığı müşahidə edilir. Xüsusən də ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilər ərəfəsində məhkəməyə cəlbi bu ölkədə demokratiyaya böyük zərbə hesab olunur.

Qeyd edək ki, Trampa qarşı ikisi federal, ikisi isə əyalət səviyyəsində olmaqla ümumilikdə 4 fərqli məhkəmə prosesi davam edir. Bu arada Donald Tramp, hakimin qadağasına baxmayaraq, dələduzluq işi üzrə məhkəmə iclasında yekun söz deyib: "Burada baş verənlər mənə qarşı saxtakarlıqdır". Hakim çıxışını yarımçıq kəsənə qədər siyasətçi müdafiə masasından təxminən 5 dəqiqə danışıb. Tramp özünün təqsirsizliyinə müraciət edərək, seçkiyə müdaxilə edən kimsə tərəfindən təqib edildiyini iddia edib və həmçinin təzminat tələb edib. Amerikanın keçmiş liderinin sözlərinə görə, ona qarşı açılan cinayət işləri "siyasi cadugər ovu"na nümunə oldu: "Faktlar ondan ibarətdir ki, maliyyə hesabatları mükəmməldir, bizim əleyhimizə heç bir şahid yoxdur". Onun sözlərinə görə, Bayden administrasiyası heç bir ölkə ilə düzgün siyasət yürütmür və buna görə bütün dünya müharibəyə məruz qala bilər: "Seçkiyə yaxın olsaq da, vəziyyət dəyişə bilər. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər". O, prezident kimi etdiyi hərəkətlərə görə təqibdən toxunulmazlığa sahib olması lazım olduğunu qeyd edib. Tramp bu xüsusda bildirib: "Mənim toxunulmazlığım yoxdursa, hiyləgər Co Baydenin də toxunulmazlığı olmamalıdır". Tramp Baydeni sərt şəkildə tənqid etməkdən də çəkinməyib. Belə ki, Tramp Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpini çox ağıllı insanlar adlandırıb: "ABŞ prezidenti Cozef Bayden iki cümləni birləşdirə bilmir və bizi nüvə silahına malik ölkələrin liderləri ilə danışıqlarda təmsil edir. Putin və Si Cinpin çox ağıllı insanlardır. Ağıllı deməyimə media nifrət edir, amma sizə deyim ki, onlar çox ağıllı və çox hiyləgərdirlər". Bundan əvvəl Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu və ABŞ administrasiyasının rəhbəri postunu tutsaydı, Ukraynadakı münaqişənin qarşısını ala biləcəyini bildirmişdi. Eks-prezident özünü Amerikanı xilas edə biləcək yeganə şəxs adlandırıb: "Belə olan halda üçüncü dünya müharibəsindən söhbət gedə bilməz". Tramp Baydeni "Amerika demokratiyasının məhvedicisi" adlandırıb: "Co Bayden Amerika demokratiyasının müdafiəçisi deyil. Co Bayden Amerika demokratiyasını dağıdan şəxsdir. Onun adamları Amerika xəyalını məhv ediblər. Onların vəzifədə olması ilə Amerika arzusu ölüb".

Bunlara cavabında ABŞ prezidenti Co Bayden bildirib ki, sələfi Donald Tramp ölkəsi üçün təhlükədir: "Tramp artıq niyyətini gizlətmir. O, sadəcə olaraq aqressiv bəyanatlar verir. Tramp özünün təyin etdiyi məhkəmə tərəfindən adam öldürdüyü faktını belə söyləməkdən qürur duyur, ədalət məhkəməsindən xilas olmaq üçün yenidən seçkilərə qatılır. Tramp və onun Respublikaçılardan ibarət komandası Amerika demokratiyasını məhv etməkdə qərarlıdır". Bayden Trampı Avropa və bütün dünya üçün də təhdid adlandırıb. Bu arada "Politico" qəzeti yazır ki, Tramp hələ 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə təkbətək söhbətində qorxulu açıqlamalar verərək deyib: "Avropa İttifaqına hücum edilərsə, ABŞ ona kömək etməyəcək. Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizin köməyinizə gəlməyəcəyik və sizə dəstək verməyəcəyik". Baydenin seçki qərargahı bu fikirlərinə görə Trampı tənqid edib. Bayden kampaniyasının rəsmisi Ammar Moussa "Politico"ya deyib: "Onun məqsədlərinə çatmazsa, müttəfiqlərimizi tərk edəcəyi fikri, Donald Tramp haqqında artıq bildiklərimizi bir daha vurğulayır: onu maraqlandıran yeganə şəxs özüdür". Demokrat prezidentin qərargahının əməkdaşının fikrincə, amerikalılar Trampı yenidən seçməməlidirlər, çünki onun NATO-nu zəiflətməklə bağlı hədələri və "Rusiya prezidenti Vladimir Putinlə isti davranışları" ABŞ-ın milli təhlükəsizliyinə və Vaşinqtonun dünya səhnəsindəki nüfuzuna xələl gətirmək riski daşıyır. Beləliklə, ABŞ tarixində bu il keçiriləcək 60-cı prezident seçkiləri görünməmiş yeniliklər vəd edir. Əvvəllər heç vaxt ölkənin iki böyük partiyasından birinin aparıcı namizədi namizədliyinə qadağa qoyulacağı ilə hədələnməmişdi. Əvvəllər heç vaxt prezidentliyə aparıcı namizəd çoxsaylı cinayət təqibinin hədəfi olmayıb. Əvvəllər heç vaxt belə bir namizəd seçki kampaniyası aparmalı və eyni zamanda iki məhkəmə prosesində potensial cavabdeh olmalı olmayıb. Əvvəllər heç vaxt prezidentliyə aparıcı namizəd öz cinayət təqibindən əsas kampaniya arqumenti kimi istifadə etməyib. Belə bir namizəd əvvəlki seçkilərdə aşkar məğlubiyyətə baxmayaraq, öz qələbəsində israrlı olmaq və məğlubiyyəti etiraf etməmək üçün heç vaxt belə tükənməz əzm nümayiş etdirməyib. Minnesota Universitetinin politoloqu Larri Ceykobs  qeyd edir ki, indi Amerikanın yandırılmış qoruyucu ilə barıt çəlləyinin üstündə oturduğu hissi var: "Son bir neçə ay ərzində aparılan ictimai rəy sorğularına görə, Tramp təxminən Baydenlə bərabərdir və ya bəlkə də bir az irəlidədir. İnsanlar Trampı sevdiyi üçün yox, Bayden çox populyar olmadığı üçün belə nəticə var. Ona görə də Trampın 2016-cı ildə olduğu kimi seçkilərdə qalib gəlmə şansı var. Düşünürəm ki, belə bir nəticənin olma ehtimalı bəzi insanların düşündüyündən bir qədər aşağıdır. Çünki ilk növbədə, Tramp cinayət işi üzrə mühakimə olunarsa, sorğular göstərir ki, bu ona zərər verə bilər. İkincisi, son bir neçə ayda ictimaiyyətin diqqətinin böyük hissəsi İsraillə HƏMAS arasındakı müharibə nəticəsində Trampdan yayınıb. Lakin seçki ciddi şəkildə başlayanda diqqət Trampa qayıdacaq".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ