Cümə günü, 06 noyabr 2026
     

Yəmən yeni savaş məkanına çevrilir - erməniləri böyük qorxuya salan nədir...

Image


ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib. "Reuters" agentliyi bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır. İranın dəstəklədiyi bu qruplaşma son vaxtlar Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edirdi.

Zərbələrin, əsasən, Hodeyda liman şəhərində və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir. Ümumiyyətlə, Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb. ABŞ prezidenti Co Bayden və Britaniyanın baş naziri Rişi Sunak zərbələrlə bağlı eyni vaxtda bəyanatlar səsləndiriblər. Bayden ABŞ və müttəfiqlərinin əməliyyatını husilərin Qırmızı dənizdə ticarət gəmilərinə misilsiz hücumlarına birbaşa cavab adlandırıb. ABŞ-nin müdafiə naziri Lloyd Ostin qeyd edir ki, Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır: "Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır". Onun sözlərinə görə, koalisiyanın əməliyyatları husilərə aydın mesajdır: "Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar. Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq". Xatırladaq ki, Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Avropa İttifaqının  terrorçu saydığı HƏMAS radikal qruplaşmasına dəstək nümayişi üçün dəniz yollarına hücum edirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib.  Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı bəyan edib ki, ABŞ və Böyük Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək.  Hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib ki, onlar mövqelərini dəyişməyəcəklər: "Bir daha bildiririk ki, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi. Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik". Bu fonda Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib. "Ənsar Allah" hərəkatının lideri Əbdülməlik əl-Husi "Al Masirah" telekanalında çıxışı zamanı bunu təsdiq edib: "Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir". O, həmçinin "Ənsar Allah" tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə deyib ki, ABŞ və Böyük Britaniyanın Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərinə qarşı həyata keçirdiyi zərbələr özbaşınalıq və Yəmənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. İran XİN sözçüsü Vaşinqton və Londonun bu kimi hərəkətlərinin yalnız regionda qeyri-sabitliyin artmasına səbəb olacağını vurğulayıb. Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələri endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının üçün təcili iclasını çağırıb.

"Bloomberg" agentliyi isə yazır ki, Yəmənin husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı dəniz əməliyyatı keçirməyi nəzərdən keçirir. Agentliyin məlumatına görə, bu həftə ərzində Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər təqdim etməyə hazır olduqları barədə danışıqlar aparır. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Agentliyin mənbələrinin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib. Aİ-nin əməliyyatının ABŞ hökuməti tərəfindən formalaşdırılan "Prosperity Guardian" missiyası ilə necə əlaqəli olacağı hələ də qeyri-müəyyən olaraq qalır. Bir daha qeyd edək ki, Qəzza sektorunda Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat sona çatana qədər gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Noyabrın ortalarından bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi Yəmənin üsyançı hərəkatının nəzarətində olan ərazilərdən hücuma məruz qalıb. Bundan əlavə, husilər göyərtəsində 20-dən çox ekipaj üzvü olan "Galaxy Leader" yük gəmisini ələ keçiriblər. Husilərin hərəkətlərinə cavab olaraq ABŞ hökuməti Qırmızı dənizdə hərəkət azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və əməliyyatın hazırlandığını elan edib. Əməliyyatın iştirakçıları sırasına Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransa daxildir. Hazırda baş verənlərdən ciddi narahat olanlardan biri isə Ermənistandır. Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan bunun əsassız olmadığını bildirir: "Yaxın Şərqdə ciddi eskalasiyaya doğru yeni addım atılıb. Yəməndə müharibə başlayır. Artıq müharibədə Livan, Suriya və İraq iştirak edir. Növbəti dayanacaq və ən mühüm hədəf isə İrandır. İranın müdaxiləsi ilə bütün bölgə partlayacaq. Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən öz xeyrinə istifadə edəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ