Cümə günü, 06 noyabr 2026
     

Azərbaycandakı dini konfessiya rəhbərləri ABŞ Departamentinə müraciət etdi...

Image


Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri ABŞ Dövlət Departamentinə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir:

"Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə "xüsusi izləmə siyahısı"na salmaq barədə qərarını qətiyyətlə pisləyir, bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Etiraz bəyanatımızın məramı Azərbaycan reallıqlarına istinadən obyektiv mövqe ifadə etməkdir.

Azərbaycanda hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk.

Əfsuslar olsun ki, beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir. Burada diqqət çəkən məqam bundan ibarətdir ki, bir il öncə — 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndində ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir.

Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyildir. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır.

Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən biz cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik. Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımız və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlıq ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur.

Qeyd olunmalıdır ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-ünün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərlə bərabər xristian məbədləri və digər bölgələrdəki qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır. Təəccüblüdür ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz "qara siyahısı"na daxil etməmişdir. 2022-ci il hesabatında qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Assambleyasında onilliklər ərzində Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktlarına hüquqi qiymət verilməsi, UNESCO-nun regionda mədəni irsin qorunması məsələlərinin qiymətləndirilməsi və məsləhətləşməsi üzrə müstəqil, şəffaf missiyasını dəstəkləməyə çağırmış, lakin nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ də cavab verməmişdir.

Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır.

Hesabat tərtib edənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın dinlərarası mühitini, dini vəziyyətini izləmək üçün həyata keçirilən gündəlik tədbirlərdə iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmək lazımdır. Əminik ki, diplomatik korpus nümayəndələrinin azad olunmuş Şuşaya və s. şəhərlərinə çoxsaylı səfərlərində amerikalı diplomatlar da iştirak etsəydilər orada məscidlərlə yanaşı xristian və digər dinlərə məxsus məbədlərin necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər vasitəsilə deyil, dost səfərləri ilə öyrənmək saxta, məkrli erməni qarayaxmalarının təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi.

ABŞ dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir.

Aşkar faktdır ki, Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını işğaldan qurtardıqdan və 2023-cü ildə öz qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin önündə gedir, aktiv şəkildə nifrət çağırışları ilə etnik dözümsüzlüyü təşviq edir, aqressiv sepratizmi dəstəkləyirlər. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir.

Hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı əsassız iddiaları, o cümlədən həqiqəti əks etdirməyən uydurma "statistikanın" müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə daxil olunmasını qeyri-etik və təxribat hesab edirik. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr və dini amildən fəal istifadə edən dairələr tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyir, bu manipulyasiya hallarına son qoymağa çağırırıq. ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik:

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Arximandrit Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ