Cümə günü, 06 noyabr 2026
     

Fransa Azərbaycana heç vaxt dost olmayacaq - anons gəldi…

Image


İbrahim Rüstəmli: "Azərbaycan qabaqlayıcı tədbirlərdən istifadə etməklə, ordusunu daha da gücləndirməlidir"

Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Prezident deyib ki, bu bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun, burada da Fransa yenə ön plandadır: "Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum".

Prezidentin Fransanın  Azərbaycana heç vaxt dost olmayacağı ilə bağlı verdiyi anonsu necə dəyərləndirmək olar?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki,  bu haqda danışarkən ilk növbədə ən böyük savaşın  Cənubi Qafqazdakı  mövqe uğrunda getdiyini bildirmişik:  "Başda Rusiya, Fransa olmaqla, hər bir ölkə Cənubi Qafqazda öz mövqeyini möhkömləndirməyə çalışır. Rusiyanın Ukrayna müharibəsinin fonunda bu cəhdlərinin artması tam təbiidir. Yəni Fransa, İran kimi  bir sıra Avropa və Qərb dövlətləri bu fürsətdən yararlanmağa çalışırdılar. Yadınızdadırsa, Amerika Ermənistanda hərbi təlimlər keçdi, Fransa bura 500 nəfərdən ibarət xüsusi missiya göndərmək istəyirdi. Mən sizə tam əminliklə deyə bilərəm ki, Fransanın Cənubi Qafqaza, daha doğrusu Qarabağa göndərmək istədiyi missiya 500 nəfərdən ibarət idi və bu heyətin böyük əksəriyyəti bir zamanlar xüsusi xidmət orqanlarında çalışmış, peşəkar hərbiçilər, xüsusi təyinatlılar idi. Burda çox ciddi və böyük plan var idi. Bu planın əsas qayəsi  Cənubi Qafqazda yerləşmək, Qarabağ problemini əbədi problemə çevirmək olub. Bunun da arxasında Fransa dayanırdı. Fransanın bu cəhdinin qarşısı Cənab Prezidentimiz, ona  dəstək olan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın uzaqgörən, müdrik siyasətinin nəticəsində alındı. Bunun qarşısı alınmasa idi, burada çox ciddi problem yaşanacaqdi. Eyni zamanda, İranın da öz mövqeyini möhkəmlətmək üçün müxtəlif cəhdləri oldu. Xatirlayırsızsa, Zəngəzur dəhlizi ilə bağlı problemə kimi, Amerika hərbiçilərinin Ermənistanda təlim keçirdiyi məqama kimi İran Ermənistanın yanında idi. Ancaq amerikalılar bura gələndən sonra İran Ermənistanla bağlı müəyyən neqativ bəyanatlarla çıxış etdi. Bu gün Cənubi Qafqazda çox böyük mövqe savaşı gedir. Bu savaş sakitləşmiş görünsə də, amma gələcək üçün çox ciddi baza yaradılır. Bu bazanı yaradanlardan da birincisi Fransadır. Ermənistanda Avropa Şurasının casus şəbəkəsi fəaliyyət göstərir. Onların məqsədi Azərbaycana qarşı nə edə biləcəklərinə cavab tapmaqdan ibarətdir. Cənab Prezident bununla bağlı çox maraqlı fikirləri ilə ağlımızda qalıb. Bu fikirlərdən biri də odur ki, biz gələn əsrin də müharibəsinə hazır olmalıyıq. Bu əbədi savaşdır. Eyni zamanda, Cənab Prezident öz çıxışında çox maraqlı bir fikirə də imza atdı. Dedi ki, bizim düşmənlərimiz bizi gücləndirir. Onlar bizi təriflyəndə biz dərhal düşünürük ki, nə səhvə yol vermişik ki, onlar bizi tərifləyirlər. Yəni harda tənqid varsa, o tənqid bizim doğru əməlimizdən doğan tənqiddir. Ona görə də, mənim kimi biri üçün cənab Prezidentin fikirlərini şərh etmək bir qədər məsuliyyətli məsələdir. Amma onun bir əsgəri olaraq, ilk növbədə onu demək istəyirəm ki, bu gün biz savaş bitdi deyib dayanmamalıyıq. Ən böyük savaş irəlidədir. Yazılarımın birində bu haqda xüsusi qeyd etmişdim. Yazmışdım ki, qələbə təhlükəli olur. Ona görə də, bu məsələdə mən cənab Prezidentin mövqeyini dəstəkləyirəm və belə düşünürəm ki, Azərbaycan dövlətinin silahlı qüvvələr quruculuğu, iqtisadi islahatlarla bağlı həyata keçirdiyi planlar bu təhlükənin qabağını almaq üçün kifayət qədər ciddi zəmin yaradır. Ona görə də, biz dayanmamalı, ordumuzu daim gücləndirməli, iqtisadi asılılığımızı maksimum dərəcədə azaltmalıyıq. Əlbəttə, dünya bir-biri ilə əlaqədədir, dünyadan təcrid olunmuş şəkildə yaşamaq çox çətindir. Bunu da nəzərə alsaq, onu da deməliyəm ki,  biz eyni zamanda dünya dövlətləri ilə öz münasibətlərimizi yüksək səviyyədə saxlamağa, balanslaşdırılmış siyasət həyata keçirməyə çalışmalıyıq. Bu da bizim gələcək asayişimiz, dincliyimiz, müharibəsiz həyatımız üçün əsas qaranti rolunu oynaya bilər. Bəli, Ermənistana Hindistandan silah daşınır. Ermənistan öz sözü, mövqeyi olmayan dövlətdir. Cənab Prezident öz çıxışında " Ermənistan + " ifadəsini işlətdi. Bu işarənin arxasında Fransa, İran, bir sıra dövlətlər dayanır. Cənab Prezident də öz çıxışında maksimum ehtiyatlı davrandı və digər ölkələrin adını çox az çəkdi. Mən bunu yüksək dəyərləndirirəm. Bu bir peşəkarlıq əlamətidir. Ancaq bununla belə, alt qatda Azərbaycana qarşı çox ciddi siyasi, hərbi təhdidlər hiss olunur. Bu təhdidlərin reallaşması görünəndir. Ona görə də, Azərbaycan qabaqlayıcı tədbirlərdən istifadə etməklə, ordusunu daha da gücləndirməlidir. Müdafiə Nazirliyində indi nələrin baş verdiyi göz qabağındadır. Ən böyük islahatlar isə Müdafiə Nazirliyində aparılmalıdır. Mən inanıram ki, seçkilərdən sonra Müdafiə Nazirliyində də çox ciddi islahatlar, kadr dəyişiklikləri aparalıcaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ