Cümə günü, 06 noyabr 2026
     

İsrail Livanda əməliyyatlara başlayır - ABŞ və İran isə müdaxiləyə hazırlaşır...

Image


Yaxın Şərqdə hadisələrin inkişafı daha qanlı xarakter almaqdadır. Belə görünür ki, İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları tezliklə Livanı da əhatə edəcək. Bu da Livanın, əsas etibarı ilə də "Hizbullah" qruplaşmasının savaşa daxil olması deməkdir. Amma məsələnin maraqlı tərəfi ABŞ və İranın da bu halda müharibənin iştirakçısı olacaqları ilə bağlıdır.

Qeyd edək ki, İsrail Baş Qərargah rəisi Herzi Halevi ordunu Livanda da hərbi əməliyyatlara hazır olmağa çağırıb. Hərbçilərə müraciətində o deyib: "İsrail hərbçilərinin Livanda məhv edə bilməyəcəyi yer yoxdur. Necə ki, Qəzzada məhv edə bilməyəcəyimiz bir kilometr belə yoxdur, eyni şəkildə də Livana daxil olub yox edə bilməyəcəyimiz dayanıqlı yer yoxdur. Sizi lazımi yerlərə yerləşdirəcəyik, siz də tapşırıq üzrə onu icra edəcəksiniz". "Hizbullah" baş katibinin köməkçisi Naim Qasım bildirib ki, İsraillə savaşa hazırdırlar: "Biz müharibəni genişləndirmək niyyətində deyilik. Livan "Hizbullah"ı müharibəni genişləndirmək niyyətində deyil, lakin İsrail müharibəni genişləndirmək istəsə, "Hizbullah" bunun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görəcək və maksimum reaksiya göstərəcək". Qeyd edək ki, Naim Qasım bu açıqlamanı "Hizbullah"ın İsrail hərbi bazasına dron hücumundan sonra edib və bunu İsrailin Livandakı son hücumlarına verilən cavabın bir hissəsi adlandırıb. Bu arada "Hizbullah" hərəkatının hərbi hava qüvvələri komandiri, son aylarda İsrailin şimalında çoxsaylı pilotsuz təyyarə hücumlarına cavabdeh olan Əli Hüseyn Barci öldürülüb. Ardınca İsrail ordusu "Hizbullah" qruplaşmasının komandiri Naber əl-Qədrini məhv edib. O, Livanın cənubuna hava zərbələri nəticəsində öldürülüb. Naber əl-Qədrininin "Hizbullah"ın səhra komandiri olduğu bildirilib. Bundan başqa, "Hizbullah"ın "Rizvan" xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Hac Cavad ət-Tavil İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb. Livanlı politoloq Həsən əl-Dürr bildirib ki, İsrailin "Hizbullah" hərəkatının səhra komandirlərini öldürməsi Livanda qarşıdurmanın yeni mərhələsinin başlanğıcından xəbər verir. Ekspert yeni mərhələ dedikdə, yerli əməliyyatları və "Hizbullah" komandanlığı və HƏMAS hərəkatının üzvlərinin məqsədyönlü şəkildə məhvini nəzərdə tutduğunu qeyd edib: "ABŞ Qəzza zolağında ilk atəşkəs başa çatdıqdan sonra bu mərhələyə keçidi müdafiə edərək, İsrailə əvvəlcə Qəzzanı yenidən işğal etməyi, sonra isə bufer zonanı tərk edərək geri çəkilməyi və yerli əməliyyatlara və məqsədyönlü qətllərə keçməyi tövsiyə etdi". Türkiyəli ekspert Ardan Zentürk baş verənlər fonunda qeyd edir: "Əgər İsrail yeni bir cəbhə açıb "Hizbullah" ilə müharibəyə başlayarsa və  hadisələr 2006-cı il Beyrut müharibələrinin daha böyük bir versiyasına dönərsə, İsrail çıxılmaz vəziyyətdə qalacaq. Nəticədə Amerika da daxili siyasi sistemi və bağlı olduğu lobbi təşkilatlarının təzyiqi nəticəsində özünün də bu müharibəyə daxil olmaq məcburiyyətini dərk edir. ABŞ İsrailin mövcud vəziyyətdə iki cəbhədə vuruşmaq qabiliyyətinin olmadığını bilir. İsrail "Hizbullah"la döyüşdə  məğlub olarsa, Amerika ordusunun vəziyyətə müdaxiləsinin son çarə olduğunun da fərqindədir. Ona görə də ABŞ növbəti cəbhəsinin açılmaması üçün, lazım gələrsə, İranla müzakirə masasına belə otura biləcəyi siqnalını verir". O, ABŞ rəsmisi Entoni Blinkenin Yaxın Şərq ölkələri səfərinə diqqət çəkib: "Amerika müharibə tərəfi olmaq üçün həm İsraili "Hizbullah" məsələsində yumşaltmağa çalışır, həm də bütün ərəb ölkələrini İranla ortaq məxrəcə gələrək, münaqişənin Qəzza da daxil olmaqla, bütün regionda tez zamanda bitməsini istəyir". Lakin İsrail fərqli düşünür.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin "Hizbullah"la müharibəyə hazır olduğunu bildirib. Netanyahu vurğulayıb ki, İsrail "Hizbullah"la müharibə etmədən bölgədə təhlükəsizliyi bərpa etməyə üstünlük verir: "Lakin savaşa da hazırıq". Bunlar fonunda İsrail ordusu "Hizbullah" hərəkatının Livanda yerləşən obyektlərini atəşə tutmaqda davam edir. Elə bu günlərdə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri hərəkatın Mərvahina rayonundakı hərbi kompleksini və Ayta-əş-Şəb rayonundakı raket qurğusunu, həmçinin digər infrastruktur obyektlərini bombardman edib. Eyni zamanda, İsrail ordusuna məxsus zərbə PUA-ları yəhudi dövlətinin nəzarətində olan ərazilərə atəş açmaq üçün istifadə edilən artilleriya qurğusuna, helikopterlər isə tank əleyhinə raket mövqelərinə zərbə endirib.  İsrailin sabiq müdafiə naziri Benni Qantz qeyd edir ki, İsrail lazım gələrsə, "Hizbullah"la daha geniş hərbi toqquşmaya girə bilər. Onun sözlərinə görə, İsrail Qəzza zolağında vəziyyətin siyasi həllində maraqlıdır. Lakin bu baş verməzsə, İsrail dövləti və İsrail Müdafiə Qüvvələri təhdidi aradan qaldıracaq. İsrailin təhlükəsizliyinin prioritet olduğunu deyən Qantz İsrail hərbi kabinetinin də eyni mövqedə olduğunu bildirib. Bu fonda İran "Hizbullah" hərəkatının İsrailə qarşı daha sərt addımlar atmasını istəyir. Məhz bu vəziyyətdə ABŞ-ın prosesə hərbi müdaxiləsi daha geniş miqyas ala bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ