Cümə günü, 06 noyabr 2026
     

Qafqazda Makronun ağzından vuran ölkə var...

Image


Azərbaycan prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, səsləndirdiyi fikirlər dünya mediasının, ekspert dairələrinin də diqqət mərkəzində yer alır. Müsahibənin təhlili üzrə gəlinən əsas nəticələrdən biri də bundan ibarətdir ki, Azərbaycan artıq geosiyasi güc mərkəzlərindən birinə çevrilir, onun təsir dairəsi Cənubi Qafqaz sərhədlərindən kənara çıxmağa başlayır.

Rusiyalı politoloq Sergey Markov da məsələyə qeyd olunan prizmadan nəzər salır. O qeyd edir ki, Azərbaycan prezidentinin müsahibəsində olduqca maraqlı məqamlar var. Xüsusilə də Ermənistan və Fransa haqqında: "Fransa hazırda Ermənistanı silahlandıran, ruhlandıran, bu ölkəyə hərbi təlim keçən və onu yeni müharibəyə hazırlayan ölkədir. Bu fonda prezident Əliyevin bu sözlərini dinləməyə dəyər. Əslində bu o deməkdir ki, Ermənistan indi Fransanın müttəfiqinə çevrilib, Fransa isə Rusiyanın düşmənidir. Buna gözümüzü yuma bilmərik. Əks halda Ermənistan ikinci kiçik Ukraynaya çevriləcək. Bakı bu yaxınlarda fransız casusunu həbs etdi. Eyni zamanda, hər iki ölkə bir-birinin bir neçə diplomatını ölkədən çıxarıb. Azərbaycan getdikcə daha çox Rusiyanın təkcə dostuna deyil, həm də əslində müttəfiqinə çevrilir". Markov onu da qeyd edib ki, Azərbaycan prezidentindən sonra Amerikanın "Voll Strit Jurnal" qəzeti də Fransaya zərbə vurur: "Qəzet Fransanın niyə Afrikadan qovulmasına dair böyük bir araşdırma aparıb. Səbəblərdən biri şəxsən Makrondur, onun hər çıxışı sadəcə olaraq fəlakətli nəticələr verir. Makron uğursuz və təkəbbürlə zarafat edir. Makron və Fransa yalançı hesab olunur. Makron hər zaman demokratiyadan danışır və eyni zamanda açıq-aydın çox antidemokratik və korrupsioner siyasi liderləri dəstəkləyir. Ümumiyyətlə, Makron Fransanı böyük Rusiyanın düşməninə çevirdi, Afrikada özünü biabır etdi və indi də Ermənistan vasitəsilə Qafqaza soxulur. Yaxşı ki, Qafqazda Makronun ağzından vuran var". Burada qeyd edək ki, Azərbaycan son aylarda tez-tez Fransanı regionda qərəzli və militarist siyasət yürütməkdə tənqid edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanı həm də Azərbaycanofob və anti-Azərbaycan mövqedə günahlandırıb. O qeyd edir ki, iki ölkə arasında münasibətlərin mövcud durumu və vəziyyəti ən aşağı nöqtədədir. Ötən ilin sonunda Azərbaycan Fransanın iki diplomatını arzuolunmaz şəxs elan edərək 48 saata ölkədən çıxmasını tələb etdikdən sonra, Fransa da cavab olaraq, Parisdəki iki azərbaycanlı diplomata qarşı eyni addımı atmışdı. Azərbaycandan fərqli olaraq, Fransa heç bir dəlil olmadan iki azərbaycanlı diplomatı arzuolunmaz şəxs elan edib. Rəsmi Bakının fransız diplomatlarla bağlı dekabrın 26-da verdiyi qərardan bir neçə gün əvvəl Fransanın ölkəmizdəki casus şəbəkəsi ifşa olunub. Onu da xatərladaq ki, hələ 2022-ci ildə Fransa prezidenti Emmanuel Makronun "France-2" telekanalına müsahibə zamanı Azərbaycana yönəlik bəzi iddialar səsləndirməsi rəsmi Bakını qəzəbləndirmişdi. O demişdi ki, Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğuldur. Prezident İlham Əliyev fransalı həmkarının sözlərini təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli adlandırıb və bununla da Fransanın özünü Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən kənarda qoyduğunu bildirib. Rəsmi Bakı Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini risqə atan qərəzli hərəkətlərə yol verdiyini və hərbiləşdirmə siyasəti apardığını əsas gətirərək İspaniyanın Qranada şəhərində əvvəldən planlaşdırılan Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya formatında nəzərdə tutulan beştərəfli görüşə qatılmaqdan imtina etmişdi. Ötən ilin oktyabrında Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın imzalanması da rəsmi Bakını narazı salmış və rəsmi Parisin bu addımını regionda destruktiv fəaliyyət kimi qiymətləndirmişdi.

İndi maraq doğuran odur ki, iki ölkə arasında gərginlik hansı həddə qədər arta bilər. Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov BBC-yə açıqlamasında qeyd edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsində təşəbbüskar ölkə Fransadır. Onun sözlərinə görə, Fransa son üç il ərzində üzv olduğu beynəlxalq təşkilatlarda bütün diplomatik səylərini Azərbaycana qarşı təxribatların təşkilinə yönəldib: "İki ölkə arasında gərginliyin hansı həddə qədər yüksələcəyi Fransanın gələcəkdə hansı addımlar atmasından asılı olacaq". Ancaq Fərhad Məmmədov hesab edir ki, Fransa ilə yaşanan gərginlik iki ölkə arasındakı iqtisadi, ticarət və digər sahələrə təsir etməyəcək. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da  bildirib ki, Azərbaycan heç vaxt Fransaya qarşı addım atmaq istəməyib, əksinə, həmişə münasibətlərin qorunmasının tərəfdarı olub. O əlavə edib ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə  ciddi şəkildə yenidən baxarsa və dəyişikliklər edərsə, onda hansısa rəylər və proqnozlar vermək mümkün olar. Fransanın "L’Opinion" nəşri isə yazır ki, Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir: "Rayan Fransanın Bakıdakı səfirliyində işləyən, Azərbaycan tərəfindən rəsmi statusuna uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub. Sözügedən səfirlik əməkdaşları Rayanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə məcbur edib, ondan təhlükəli oyunlarında istifadə ediblər. Bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsi müşahidə olunur. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən onun İrəvana silah və texnika tədarükünü davam etdirməsini, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək cəhdlərini qınayan ifadələr səsləndirir: "Nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı. Bundan başqa, o öz davranışı ilə Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ