Cümə günü, 06 noyabr 2026
     

Prezident seçkiləri ABŞ-da xaosun başlanğıcı ola bilər

Image


ABŞ-da cari il noyabrın 5-də keçiriləcək prezident seçkiləri bu dəfə kəskin rəqabət, eyni zamanda müəyyən namizədlər üçün maneələrin yaradılması ilə müşayiət olunur. Elə bu fonda seçkilərin demokratik mühitdə olacağına indidən inam sarsılır. 

Ekspertlər hesab edir ki, əsas mübarizənin indiki prezident Co Bayden və sabiq dövlət başçısı Donald Tramp arasında gedəcəyi ehtimalı daha yüksəkdir. Lakin məhkəmə yolu ilə Donald Trampa çoxsaylı əngəllər yaradılması da diqqətdən yayınmır.

Bu arada Pensilvaniya ştatında kampaniyaya başlayan prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb. Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı Amerika demokratiyası üçün böyük təhlükə adlandırıb. O, prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb: "Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq". Co Bayden seçiciləri ona səs verməyə çağırıb. Donald Tramp Ayova ştatında keçirilən mitinq zamanı bildirib ki, Co Bayden 2024-cü ilin payızında keçiriləcək prezident seçkiləri öncəsi ölkəni məhv edəcək. Tramp bunun III Dünya müharibəsinə səbəb ola biləcəyindən ehtiyat edir: "O, ölkəyə çoxlu zərər gətirib. Qalan 10 ayda nə edə biləcəyini bilirsiniz. Üçüncü Dünya müharibəsinə gələ bilər. O hələ deyir ki, biz pisik". ABŞ-ın keçmiş prezidenti səlahiyyət müddətində Rusiya boru kəmərindən imtina etdiyini qeyd edib və siyasi qərarlarında yumşaq olmadığını vurğulayıb: "Ağıllısansa, Çini də idarə edə bilərsən, Rusiyanı da". O, həmçinin, Ukrayna və Yaxın Şərqdə münaqişələrə yol verməyəcəyini və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlaya biləcəyini təkrarlayıb. ABŞ prezidentliyinə namizəd izah edib ki, Co Baydendən fərqli olaraq, o, dünya liderləri ilə necə anlaşacağını bilir: "Putin məni bəyənib. Onunla anlaşıram. Nüvə silahı olan insanlarla ünsiyyət qurmaq yaxşıdır, elə deyilmi?". Ayova ştatında seçicilərlə görüşən Tramp bunun ardınca Vaşinqtonda məhkəmə zalına gəlməli olub. Belə ki, vəkilləri üç hakimi onun 2020-ci il seçkilərini qanunsuz olaraq dəyişdirməyə çalışmaq ittihamlarından toxunulmazlığa malik olduğuna inandırmağa çalışır. Dinləmədən sonra jurnalistlərə açıqlama verən Tramp mühakimə olunacağı təqdirdə ölkədə qarışıqlıq olacağı barədə xəbərdarlıq edib: "Prezidentin toxunulmazlığı olmalıdır. Başqa bir şey də odur ki, mən heç bir səhv etməmişəm. Nəhayət biz qalib gəlirik". 2024-cü ildə Respublikaçılar Partiyasının prezidentliyə namizəd olmaq üçün öndə gedən 77 yaşlı Trampın siyasi həyatında ikililik mövcuddur. O, seçki kampaniyası mitinqləri həyata keçirməklə yanaşı, dörd cinayət ittihamı üzrə görünməmiş 91 ittihamla üzləşib. 2023-cü ilin yayında Trampa qarşı bir neçə cinayət işi, o cümlədən 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi, 2020-ci il seçkiləri və sabiq ABŞ prezidentinin Mar-a-Laqo malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı ittiham irəli sürülüb. Siyasətçi özü bütün hallarda təqsirli olduğunu inkar edir, ona qarşı aparılan araşdırmaları hazırkı prezident Co Bayden administrasiyası tərəfindən siyasi təqib adlandırır. Tramp tərəfdarlarına xəbərdarlıq edib ki, onu bütün ittihamlar üzrə 561 il həbs gözləyir.

Trampdan bu il planlaşdırılan hər hansı bir cinayət məhkəməsində gündəlik olaraq iştirak etməsi tələb olunsa da, o, könüllü olaraq ABŞ Kapitoli binası və Ağ Evdən kənarda, Vaşinqtonun Federal Apellyasiya Məhkəməsi zalına getməyi seçib. Onun bu addımı Co Bayden və Ədliyyə Nazirliyinin xüsusi müşaviri Cek Smitin 2025-ci ilin yanvarında Ağ Evi geri almasına mane olmaq üçün siyasi intiqamla məşğul olduqlarına dair iddiasını vurğulamaq üçün açıq bir cəhddir. Smit Trampı müxtəlif yollarla qeyri-qanuni şəkildə səsverməni ləğv etmək planı hazırlamaqda, o cümlədən vitse-prezidenti Mayk Pensi Seçki Kollegiyasının səsverməsini təsdiqləmək üçün Konqres 6 yanvar 2021-ci ildə iclas keçirərkən Baydenin qələbəsini dəstəkləməkdən imtina etməyə inandırmaqda ittiham edib. Xatırladaq ki, Birləşmiş Ştatlarda prezidentlər 2020-ci ildə Baydenin 7 milyon səslə qələbə qazandığı ümumxalq səsverməsi yolu ilə seçilmir. Əksinə, ABŞ prezidentləri və onların vitse-prezidentliyə namizədləri 50 ştatda keçirilən səsvermə yolu ilə seçilir. Seçki Kollegiyasında ən çox seçici səsinə sahib olan ştatalar ən çox əhalisi olan ştatlardır. Trampın təxminən 2000 tərəfdarı üç il əvvəl Kapitoliyə girərək, polislə qarşıdurma yaradıb və Konqresin bəzi ofislərini qarət edib, Baydenin qələbəsinin Konqresdə təsdiqlənməsini gecikdirib. 1200-dən çox etirazçı həbs edilib, yüzlərlə insan artıq bir sıra cinayətlərə görə məhkum edilib. Baydenin təyin etdiyi hakimlər Mişel Çayldz və keçmiş Respublikaçı prezident Corc Buş tərəfindən təyin edilən Florens Pan iddia üzrə iş aparır. Trampın Vaşinqtondakı seçki saxtakarlığı işi martın 4-də başlayacaq. Tramp bütün işlərində məhkəmələri noyabr seçkilərinin sonuna qədər təxirə salmağa çalışır və əgər yenidən seçilsə, baş prokuroruna ona qarşı iki federal ittihamı ləğv etməyi əmr edə bilər. Elə bu fonda da mövcud ABŞ hakimiyyəti Trampın seçkilərə qatılmasını əngəlləməyə və bunu məhkəmə yolu ilə etməyə çalışır. Məhz bu da ABŞ demokratiyasına zərbə hesab olunur. Qeyd edək ki, ABŞ-da sayca 60-cı olacaq prezident və paralel olaraq ABŞ Senatı və Konqresinə seçkilər 2024-cü il noyabrın 5-də keçiriləcək. Birləşmiş Ştatların Konstitusiyasına əsasən, 35 yaşdan yuxarı, ABŞ-da anadan olmuş və ən azı 14 il bu ölkədə yaşamış vətəndaş prezidentliyə namizədliyini irəli sürə bilər.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ