Cümə günü, 06 noyabr 2026
     

Zəngəzur dəhlizi açılmasa, Ermənistanı Suriyanın taleyi gözləyir...

Image


Bakı ikitərəfli dialoqu tətbiq etməklə, demək olar ki, beynəlxalq zaminlər institutunun ləğvinə nail olub və Zəngəzur dəhlizi ilə bağlı məsələdə beynəlxalq konsensus yaradıb. Belə bir açıqlama ilə erməni politoloq Suren Surenyants çıxış edib.

O qeyd edir ki, Ermənistan və Azərbaycan yalnız Bakı üçün mübahisəli məsələlər həll edildikdən sonra sülh müqaviləsi imzalaya biləcəklər. Buna qədər Azərbaycan  tərəfi Ermənistana şərtlərini diqtə etməkdə davam edəcək: "Azərbaycan tərəfi ikitərəfli danışıqlar institutunu tətbiq etmək üçün məhbus mübadiləsi hekayəsindən uğurla istifadə etdi. Bakı kifayət qədər inandırıcı şəkildə beynəlxalq ictimaiyyətə deyir: "Baxın, ikimiz razılığa gələ bilərik". Daha bir məsələ odur ki, Zəngəzur dəhlizi haqqında təkcə Azərbaycan deyil, Avropa da danışır. 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra Zəngəzur Ermənistan-Azərbaycan münaqişəsinin obyektinə çevrildi və Bakı heç vaxt bu dəhlizlə bağlı mövqeyindən əl çəkməyəcək. Bu gün Zəngəzur dəhlizindən təkcə Azərbaycan danışmır. Şarl Mişel də müxtəlif nəqliyyat modellərindən danışır. Onun təklif etdiyi nəqliyyat kommunikasiyaları modelləri Ermənistanın ərazi bütövlüyünü pozmur, lakin digər mühüm prinsipi - suverenliyi və idarəçiliyi pozur. Beləliklə, Ermənistan bu ərazi üzərində nüfuzunu itirir". Politoloq hesab edir ki, regionda nəqliyyat kommunikasiyalarına daha yaxşı nəzarət 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmuşdu, baxmayaraq ki, bu nəticə vermədi: "Həmin sənədə görə, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaları blokadadan çıxarılmalıdır. Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin etməlidir. Bu nəqliyyat əlaqəsi Rusiya Federasiyasının sərhəd xidməti tərəfindən idarə olunur. Tərəflərin razılığı ilə Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən nəqliyyat marşrutu çəkilir. Amma Ermənistan buna əməl etmədi. O səbəbdən bu gün nəqliyyat hərəkətinə nəzarətin istənilən variantı üçtərəfli bəyanatın mətnində qeyd olunandan daha pisdir. Nikol Paşinyan bunu müharibədən sonrakı status-kvonu və ya Rusiyanın nəzarətini pozmaq üçün edib. Əslində, məlum oldu ki, o, nəqliyyat əlaqələrinə qarşı deyil, Rusiyanın nəzarətinə qarşıdır, çünki indi bu 42 kilometrlik hissə geosiyasi maraqların toqquşmasının episentrindədir. Bu baxımdan Ermənistanı Suriyanın taleyi gözləyir, xüsusən də heç bir tərəf öz ambisiyalarından əl çəkmir".

Surenyants vurğulayıb ki, bu gün Ermənistan hakimiyyətinin "səyləri" sayəsində problemlər nəinki azalmayıb, hətta artıb və 2024-cü il siyasi baxımdan əvvəlkindən daha çətin olacaq. Beləliklə, bütün bunlar göstərir ki, Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Bunu təkcə Azərbaycan yox, əslində dünya istəyir. Bundan imtina, sadəcə, Ermənistanın özü üçün yeni böyük problemlər deməkdir. Bu dəhlizin açılması həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. İlk növbədə o baxımdan ki, dəhliz Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaradacaq. Cənubi Qafqaz, türk dünyası və Avropa qitəsi arasında ticarət əlaqələri güclənəcək. Bu isə öz-özlüyündə iqtisadi maraqları, əməkdaşlığı ön plana çıxaracaq. Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "tvnet" telekanalına müsahibəsində deyib ki, ölkəsi Zəngəzur dəhlizi layihəsinin 2029-cu ilədək həyata keçiriləcəyinə ümid edir: "Zəngəzur dəhlizinin Bakıdan Horadizədək olan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 kilometrdir. Onun hazırlıq prosesi beş il çəkəcək. 2028-ci ildə bütün işlərin başa çatacağını düşünürəm". Nazirin sözlərinə görə, dəhlizin, Ermənistan ərazisi istisna olmaqla, Horadizdən Ordubadadək olan hissəsində tikinti işləri davam edir: "Naxçıvanı Türkiyə ilə birləşdirən 100 kilometrlik mövcud yol yenidən qurulmalıdır. Dəhliz İğdır-Qars dəmir yolu ilə davam edəcək. Tender prosedurları artıq başa çatan dəmir yolunun tikintisinə bu il başlanacaq". Zəngəzur dəhlizi ilə bağlı İrəvanın mövqeyinə toxunan nazir bu yaxınlarda Nikol Paşinyanın layihəyə müsbət mesajlar verdiyini vurğulayıb: "Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 kilometrdir. İrəvan dəhlizin planlaşdırılma və tender prosedurlarını həyata keçirdikdən sonra o, tam başa çatdırılmış hesab olunacaq. Beləliklə, Türkiyə Türk dünyası və Orta Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək". Nazir İranın Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun öz ərazisi ilə tikilməsi təşəbbüsü ilə çıxış etdiyini və Ankara ilə Bakının buna etiraz etmədiyini xatırladıb. Britaniyalı analitik Tomas de Vaal da bildirir ki, 2024-cü ildə Ermənistanı çoxlu sınaqlar, çağırışlar gözləyir: "Bir neçə il əvvəl kim inanardı ki, Qafan şəhərində Avropa İttifaqının, İranın bayraqlarını görəcək, fransızlar orada konsulluq açmaq istəyəcək, ruslar da oradadır. Bu niyə baş verir? Çünki bura həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqamətləri üçün həlledici marşrutdur. Vaxtilə Naxçıvandan İrana dəmir yolu vardı. Əlbəttə, bu bağlandı, 30 ildir oradan qatar keçmir. Amma Sünik və ya Zəngəzurdan keçən dəmir yolu yenidən tikilsə, Naxçıvan yenə Rusiya və İranın dəmir yolu keçidinə çevriləcək. Deməli, Rusiya və İran yenidən həmin bölgəyə baxır. Zəngəzur Azərbaycan üçün Türkiyə ilə əlaqədir, Qərb üçün isə Türkiyə, Ermənistan, Azərbaycan ərazisindən Orta Asiyaya yeni Şərq-Qərb kanalıdır. Beləliklə, birdən bu kiçik, 43 kilometrlik dəmir yolu hamını maraqlandırmağa başlayır. Ukraynadakı müharibə bütün bu Şərq-Qərb yollarını bağladığından, Qafqazdan keçən bu Şərq-Şimal-Cənub kanalları daha çox əhəmiyyət kəsb edir".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ