Cümə günü, 06 noyabr 2026
     

Qərb Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması üçün hərəkətə keçdi

Image


Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir. Bu barədə Rusiyanın TASS agentliyinə məlumatlı mənbə bildirib.

Mənbə digər maraqlı açıqlamalar da verib: "Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, dövlət aparatının Rusiyaya dost şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır. Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir". Qeyd edək ki, 1992-ci ildə imzalanmış "Ermənistan ilə Rusiya arasında Rusiyanın Ermənistan ərazisindəki sərhəd mühafizə qoşunlarının statusu və onların fəaliyyəti haqqında" sazişə əsasən rus sərhədçiləri bu ölkədədir.   Bu, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmət edən Rusiya sərhəd qoşunlarının statusunu müəyyən edən və tənzimləyən dövlətlərarası sənəddir. Müqavilənin 3-cü maddəsində aşağıdakılar yazılıb: "Rusiya sərhəd qoşunları Türkiyə və İranla sərhədin mühafizəsi ilə bağlı olmayan başqa tapşırıqların (təbii fəlakətlərin, qəzaların və digər fəlakətlərin aradan qaldırılması istisna olmaqla) icrasına cəlb edilmir".  Ermənistanın "Hetq" nəşri  isə bir müddət əvvəl yazmışdı ki, 44 günlük müharibədən sonra Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan təmas xəttində də yerləşdirilib ki, bu da razılaşmaya ziddir: "Müharibə başa çatdıqdan dərhal sonra, 2020-ci ilin noyabrında məlum olub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistan-Azərbaycan təmas xətti yaxınlığında - Arazdəyəndə, Paruyr Sevakda (Ağrı vilayəti), Dığda, Mehridə və Sığırt yüksəkliyi yaxınlığında (Zəngəzur vilayəti) 5 sərhəd mühafizə məntəqəsini yerləşdirib. Çox keçməyib ki, bunlara, xüsusən Zəngəzur və Tavuşda yeni dayaq məntəqələri əlavə edilib". Ötən ay isə israilli blogger, Ermənistanın böyük dostu Aleksandr Lapşin Ermənistandakı rus sərhədçilərini azərbaycanlılara məlumat sızdırmaqda ittiham edib: "Bu barədə düşünməyə bilmirəm. Təl-Əvivdə sərhəd nəzarəti kabinələrində əyləşənlər İsrail miqrasiya polisi  yox, məsələn, çinlilər, amerikalılar, argentinalılar olsaydı, mən nə hiss edərdim? Bir ölkəyə giriş-çıxışa bu ölkənin hakimiyyət orqanlarından başqa heç kimin nəzarət etmək hüququ yoxdur. Amma mən Ermənistanın paytaxtı İrəvandan uçarkən mütəmadi olaraq rus sərhədçiləri, daha doğrusu, slavyan görünüşlü ruslar tərəfindən aparılan pasport yoxlamasından keçirəm. Bəs giriş-çıxış zamanı sərhədçiyə verilən məlumatlar  hara ötürülür? Çox yaxşı bilirəm ki, Ermənistan sərhədini keçməyimiz barədə məlumatlar Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinə açıqdır. Azərbaycan təhlükəsizlik qüvvələrinin əlində təkcə onun deyil, Ermənistana səfər etmiş yüzlərlə digər sərnişinlərin, yəni həm Ermənistan vətəndaşlarının, həm də turistlərin məlumatları var. Bütün məlumatları isə Rusiya Federasiyası alır. Rusiyanın əldə etdiyi məlumatların bundan sonra hara ötürüldüyünü təxmin etmək çətin deyil".

Ümumiyyətlə, son dövrlərdə erməni mediasında rus sərhədçiləri barədə çoxsaylı ittihamlara rast gəlmək mümkündür. Bunlar da təsadüfi deyil. Ekspertlər hesab edir ki, İrəvan həmin sərhədçilərin çıxarılması, onların Qərbdən olan hərbçilərlə əvəzlənməsi üçün zəmin hazırlayır. Hazırda Qərbi Avropa İttifaqının timsalında Ermənistan ərazisində fəaliyyət göstərən monitorinq missiyası təmsil edir. Rusiyanın burada daha təsiredici varlığı var: Gümrüdəki hərbi baza, Ermənistanın İran və Türkiyə ilə sərhədində xidmət edən sərhədçilər. Bundan əlavə, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti cavabdeh olmalıdır. Moskva Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edir. Bəyanatın 9-cu bəndində deyilir: "Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirir". Amma bu məsələ Moskva ilə İrəvan arasında ciddi mübahisə predmetinə çevrilib. İrəvan bəyan edir ki, hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin infrastrukturun təhlükəsizliyini, o cümlədən malların, nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edir. Hətta baş nazir Nikol Paşinyan Ermənistan ərazisində bütün kommunikasiyaların təhlükəsizliyini təmin edəcək Ermənistan təhlükəsizlik qüvvələrinin xüsusi bölməsinin yaradılmasını da açıqlayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhindən belə çıxır ki, Moskva Ermənistan ərazisində sərhədçilərin olması üçün mübarizə aparmaq niyyətindədir: "Üçtərəfli razılaşmalara əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə nəzarəti həyata keçirməyə çağırılır". İndi Qərbin yardımı ilə Ermənistan rus sərhədçilərini ərazisindən çıxara bilsə, dəhlizə nəzarəti də ruslar edə bilməyəcək. Bu və digər məqamlar Qərbin də marağına cavab verir. O səbəbdən Qərb rus sərhədçilərini Ermənistandan çıxarmağa çalışır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ