Cümə günü, 06 noyabr 2026
     

"Bakı İrəvana təcavüz edə bilər" - BBC-nin “peyğəmbərliyi"...

Image


"BBC zaman-zaman Azərbaycana qarşı dezinformasiyalar yaymaqda "şücaət" göstərib"    

Azərbaycanla heç cür ulduzu barışmayan BBC daim antiazərbaycan mövqeyi tutub. Yayımladığı "2024-cü ili hansı xoşagəlməz sürrprizlər gözləyir? Bakı erməni torpaqlarına təcavüz edə bilər" sərlöhvəli məqalədə BBC iddia edir ki, 2024-cü ildə təhlükəli və partlayışa səbəb ola biləcək situasiyaların arasında müharibədən sonra yaranmış vəziyyət də var, Azərbaycan öz esklavı olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrini bərpa etməyə can atır. 

"...Partlayışa səbəb  ola biləcək situasiyalar arasında Ermənistanla Azərbaycan arasında qarşıdurma da var ki, bu qarşıdurmada Bakı Qarabağ müharibəsindəki qələbədən sonra öz uğurlarını möhkəmləndirməyə və Azərbaycanın əsas hissəsini öz eksklavından ayıran Ermənistan torpaqlarına təcavüz etməyə cəhd edə bilər" - deyə BBC iddia edib. Münəccimlik eşqinə düşən ermənipərəst BBC Azərbaycanın Ermənistana "təcavüz edəcəyini" iddia edir. Qaşınmayan yerdən qan çıxarmağa çalışan bu media orqanı bir dəfə də olsun Ermənistanın Azərbaycana təcavüzünü pisləmədi, indi ermənidən çox erməni olub Azərbaycan barədə dezinformasiya yayır.  

"BBC-nin bu yanaşması kökündən yanlışdır, Azərbaycanın atdığı addımlarla heç uyuşmur, yaxından-uzaqdan dövlətimizin mövqeyi ilə kəsişmir..." 

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov "Bakı-Xəbər"ə bildirdi ki, BBC-nin münəccimlik etməsi gülüncdür. "Əslində, belə qərəzli münəccimlik edənlər çoxdur. Yaxşı olardı ki, ədalətli, obyektiv, neytral münəccimlik edəydilər. Amma mən bunu münəccimlikdən daha çox, hazırkı dönəmdə Azərbaycanın uğurlarının, qələbələrinin, inkişafının fonunda antiazərbaycan mövqeyi tutmaqda yarışa girən tərəflərdən biri kimi təşəbbüslərin ortaya qoyulması hesab edərdim.  Sanki BBC də antiazərbaycan yarışına girib. Proqnoz verməyin, münəccimlik etməyin özünün qaydaları var, o da nəyəsə əsaslanmalıdır, orada nəyəsə istinad edilməlidir. Əsaslandırma olmadan, konkret əsaslı istinad olmadan belə fikirlərin səsləndirilməsi qərəzin yönəldildiyi tərəf üçün elə bir təsirə malik olmur. Əksinə, bu mövqeyi bildirən BBC kimi media qurumlarının, digər beynəlxalq aləmdə fəaliyyət göstərən təşkilatların və dövlətlərin imicinə xələl gətirir" - deyə qeyd edən X.Bəşirov hesab edir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra formalaşdırdığı yeni reallıqları həzm edə bilməyən, qəbul etmək istəməyən tərəflər çoxdur, bunlardan biri də məhz BBC-dir. "BBC zaman-zaman Azərbaycana qarşı dezinformasiyalar yaymaqda "şücaət" göstərib. Keçən əsrin 90-cı illərinin əvvəllərində azərbaycanlıların özlərinin dədə-baba yurdlarını vəhşiliklər, vandallıqlar, ölümlər qarşısında tərk etmək məcburyyətində qaldığını əks etdirən o görüntüləri gizlədən BBC Azərbaycan ərazilərindən könüllü köçüb gedən, Azərbaycanın çağırışlarına baxmayaraq komfort şəraitində çıxıb gedən ermənilərin görüntülərini "etnik təmizləməyə məruz qalanlar", "vəhşilik qurbanları" kimi qələmə verirlər ki, guya onlar məcburən ev-eşiklərini tərk ediblər. Bu da antiazərbaycan mövqeyidir. BBC həqiqətən də 90-cı illərin əvvəllərində Azərbaycanın 1 milyona yaxın insanına qarşı törədilən o vəhşilikləri zamanında öz ekranlarından göstərsəydi, daha ədalətli, şəffaf informasiya versəydi biz onun addımlarını tərəddüdlə qarşılamazdıq, qərəzsizliyinə şübhə etməzdik. Amma bilirik ki, bunu etməyən BBC bu gün Azərbaycana qarşı dezinformasiya püsgürməyə cəhd göstərir. Eyni zamanda belə münəccimliyin edilməsi, siyasi proqnozların verilməsi özü də çox ciddi arqumentlər tələb edir". X.Bəşirov qeyd etdi ki, BBC-nin heç bir arqumenti yoxdur. X.Bəşirov vurğuladı ki, 44 günlük müharibə zamanı Azərbaycan bunu etmədi və dövlətimiz Ermənistandan fərqli olaraq təcavüzkar deyil. Onun sözlərinə görə, Ermənistan dəfələrlə Azərbaycana qarşı təxribatlar törədib, ən ciddi təxribatlardan biri isə 12-14 sentyabr tarixlərində sərhədboyu ərazlərdə olmuşdu. Azərbaycan Murov dağından başlayaraq Araz çayına qədər sərhədboyu ərazilərdə strateji yüksəklikləri nəzarətə götürdü. Həmin o dönəmdə bizim əlimizdə kifayət qədər imkan, əsas vardı   ki, Ermənistan Azərbaycana qarşı təxribat törədib, biz Ermənistanın təxribatlarına cavab olaraq bu gün BBC-nin münəccimlik etdiyi məsələni o zaman həyata keçirə bilərdik. Niyə etmədik? Yaxud 19-20 sentyabr tarixlərində Azərbaycan 23 saatlıq antiterror tədbirləri həyata keçirdi. Həmin o dönəmdə də biz onu edə bilərdik. Biz bunu etmədik. Yəni bu gün antiazərbaycan mövqeyini fərqli formalarda ifadə edən  o təxribatçı, Cənubi Qafqazda sülhün tərəfdarı olmayan o  qüvvələrin iddia etdiyi o məqamları reallaşdırmağa dəfələrlə imkanımız olsa da, biz bunu etməmişik, Azərbaycan buna getməyib. Ona görə getməyib ki, Azərbaycanın davası, mübarizəsi, müharibəsi yalnız və yalnız öz ərazi bütövlüyünü təmin etməklə bağlı olub. Azərbaycanın apardığı mübarizə beynəlxalq səviyyədə ərazilərimizin tanınması və qarşılıqlı şəkildə bu ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə əlaqədar olub. Ona görə də bizə qarşı səsləndirilən bu dezinformasiyanın heç biri bizə yapışmır. Bu, əslində Azərbaycanla bağlı heç bir şeyi dəyişmir, əksinə, bir daha BBC-nin beynəlxalq səviyyədə nə dərəcədə dezinformasiya siyasəti ilə məşğul olduğundan, kimlərinsə maraqlarına xidmət edən bir media qurumu olduğundan xəbər verir. Biz bir daha belə qurumların çirkin kampaniyalarını ifşa etmiş oluruq. Ona görə düşünürəm ki, BBC-nin bu yanaşması kökündən yanlışdır, Azərbaycanın atdığı addımlarla heç uyuşmur, yaxından-uzaqdan dövlətimizin mövqeyi ilə kəsişmir, əksinə, bizim mövqeyimizlə daban-dabana ziddir. Düşünürəm ki, Azərbaycana qarşı belə əsassız ittihamlar səsləndirməklə əslində belə qüvvələr kimlərinsə maraqlarının təsiri altına düşənlərdir. Bunlar isə Azərbaycanın qazandığı qələbənin, Cənubi Qafqazda formalaşdırdığı reallıqların, Qafqaz evi yaratmaqla bağlı Prezident İlham Əliyevin təşəbbüslərinin üzrindən xətt çəkmək, onu kölgə altına almaq cəhdləri ilə bağlıdır. Hesab edirəm ki, bu, prosesi müəyyən qədər uzada bilər, amma prosesin qarşısını ala bilməz. Azərbaycan 2020-ci ilin 27 sentyabrından Cənubi Qafqazda start verdiyi sülh prosesinə tam şəkildə nail olacaq..." - deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ