Cümə günü, 06 noyabr 2026
     

"ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır" - Vüqar Rəhimzadə

Image


ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabat və Birləşmiş Ştatlar Dövlət Departamenti tərəfindən ölkəmizin heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil edilməsi siyasi manipulyasiyadan başqa bir şey deyildir. Hesabat tərəddüdsüz Azərbaycana münasibətdə ikili standartların növbəti nümunəsidir.

Tolerant, sivilizasiyalararası dialoq mərkəzi, müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirən körpü rolunu oynayan Azərbaycanın təcrübəsi beynəlxalq səviyyədə təqdir edilir. Reallıq budur ki, ölkəmizdə tolerantlıq gerçəklikdir, multikulturalizm yaşayış tərzimizə çevrilib. ABŞ Dövlət Departamenti hər il dünyada insan hüquqlarına, dini azadlığa dair hesabatlar açıqlamaqla bir daha ədalət prinsipini hansı səviyyədə qoruduğuna aydınlıq gətirir. Bu hesabatların hansı prinsiplərə söykənərək hazırlandığı artıq məlumdur. Ölkəmizdə müxtəlif millətlərin, xalqların nümayəndələri sülh, əmin-amanlıq şəraitində yaşayır və fəaliyyət göstərirlər. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. Ölkəmizdə yaşayan bütün vətəndaşlar milli mənsubiyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bərabər hüquqlara malikdirlər.

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin daim çıxışlarında qeyd etdiyi kimi, Avrasiya məkanında yeganə monodövlət Ermənistandır. Zaman-zaman başqa xalqları bu ölkənin ərazisindən müxtəlif yollarla çıxarıblar, kimini öldürüblər, kimini hədələyiblər, kiminin evini yandırıblar. Bütün digər millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar.

Cənab İlham Əliyevin bu fikirləri hazırladıqları hesabatları ilə qərəzli mövqelərini ortaya qoyan ermənipərəst dairələrə tutarlı cavabdır. Azərbaycanın belə qərəzli yanaşmalarla üz-üzə qalması təbii ki, ilk dəfə deyil. ABŞ Dövlət Departamentinin, həmçinin "Freedom House", "Amnesty İnternational" kimi qeyri-hökumət təşkilatları mütəmadi olaraq ölkəmizə qarşı qərəzli mövqeləri ilə gündəmdə olublar. Demək, sonda sözü ikili standartlardan irəli gələn siyasətin təzahürləri olan qərəz, reallıqların inkarı deyil, ədalət, beynəlxalq hüquq deyir.

Baş redaktor onu da əlavə edib ki, Azərbaycan zaman-zaman demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiq edib. Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə İnsan Hüquqları Gününün təsis edilməsi, bu sahədə qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsi, fəaliyyət proqramlarının qəbulu və uğurlu icrası, ən əsası Milli Konstitusiyamızda əksini tapan müddəaların üçdə iki hissəsinin insan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə həsr edilməsi, Ali Qanunumuza bu günədək üç dəfə əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi və sair kimi biri-birindən mühüm addımlar ABŞ Dövlət Departamentinin hesabatlarının nə qədər qərəzli, əsassız olduğunu nümayiş etdirir. Ümumilikdə Azərbaycan dövlətinin siyasətində insan amili əsasdır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan 2001-ci ildə demokratik prinsiplərin bilavasitə inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini əməli işdə təsdiqlədiyini bir daha nümayiş etdirib. Ən yüksək tribunalardan bu mühüm məqam bəyan edilir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Bu baxımdan ABŞ Dövlət Departamentinin hər il dünyada insan huquqlarına dair vəziyyətin öyrənilməsi və təqdimatı adı altında apardığı ikili siyasəti ortaya qoyması ölkəmiz üçün heç bir mahiyyət kəsb etmir. Belə yanaşmalar Azərbaycanın tutduğu demokratiya yoluna kölgə salmaq imkanında deyil. Ədalətə, beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər, təşkilatlar bu reallıqlarımızı yüksək dəyərləndirir, Azərbaycanın uğurlarını həzm etməkdə çətinlik çəkən dövlətlər isə buna kölgə salmaq üçün ən çirkin yollara əl atırlar.

Baş redaktor vurğulayıb ki, hesabatda diqqəti çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərimizdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlığın ifadə olunmasıdır. Azərbaycanın tolerant ölkə olması bu narahatlıqların nə qədər əsassız, ən əsası nə qədər məqsədli olduğuna işıq salır. Belə bir narahatlığı ifadə edənlər ermənilərin 30 illik işğal dövründə tarixi və dini abidələrimizi yerlə-yeksan etmələrinə, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə İslam dünyasına hörmətsizlik etmələrinə niyə göz yumurdular? Onda bu narahatlıqlar niyə dilə gətirilmirdi? Azərbaycan bununla bağlı ən yüksək tribunalardan çağırışlar etdi. Amma əksər dünya gücləri, beynəlxalq təşkilatlar susmaqla açıq-aşkar Ermənistana dəstək olduqlarını nümayiş etdirdilər. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən hər kəs erməni vəhşiliklərinin, vandalizminin təzahürlərinin şahidi oldular.

Vüqar Rəhimzadə bildirib ki, hər bir hesabat onun təqdimatında maraqlı olan dairələrin ölkəmizə qarşı hansı mövqedə olduqlarına aydınlıq gətirir. 30 illik işğal dövründə artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistana dəstəklərinin hansı problemlərə yol açdığı göz qabağındadır. Bu dəstək səmimiyyətdən deyil, işğalçı ilə təcavüzkarı müdafiə edənləri eyni dəyərlərin birləşdirməsindən irəli gəlir. Başqa dövlətlərə "ədalət və beynəlxalq hüquq" dərsini keçən adları çəkilən dövlətlər yaxşı olar ki, özlərinin yürütdükləri siyasətə diqqət yetirib, öz davranışlarında müasir dünyanın çağırışlarına uyğun dəyişikliklər etsinlər, ədaləti, beynəlxalq hüququ çirkin niyyətlərinə, maraqlarına qurban verməsinlər. Qərəzli hesabatın Azərbaycana aid hissəsinin Livan ermənisi Daniella Aşbaxyan tərəfindən hazırlanması "tələsik" hazırlanan "sənəd"in mahiyyətinə işıq salır. O, Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. Artıq bu faktlar özü bütün məqamlara aydınlıq gətirir. Bu faktı da qeyd edək ki, ABŞ dini və etnik zəmində qətllərin sayının durmadan artdığı ölkələr siyahısındadır. "Öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarmağa" adətkar olan bu dövlətlər digər ölkələrdə insan hüquqlarının qorunması məsələsinə lupa ilə baxmaqdansa, siyasətlərinə bir daha nəzər salsalar həyəcan təbilinin çalındığı ölkə olduqlarının şahidinə çevrilərlər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ